22 Aprel 2025 16:40
756
İQTİSADİYYAT
A- A+
Ekspert: Qızılın dünya bazarında qiymətinin artması Azərbaycana indiki məqamda ancaq müsbət təsir edəcək  

Ekspert: Qızılın dünya bazarında qiymətinin artması Azərbaycana indiki məqamda ancaq müsbət təsir edəcək  

Qızıl qiymətlərinin bahalaşması dünya iqtisadiyyatında, siyasi və hərbi-strateji məkanda baş verən qeyri-müəyyənliklərlə əlaqədardır. Ümumiyyətlə, ilin əvvəlində qızılın bu il 3500 dollara qədər bahalaşacağı ehtimalları mövcud idi. Həmçinin bu ehtimalları 3700 dollara qədər yüksəldən beynəlxalq təşkilatlar da var. Hesab olunur ki, qızıl qiymətlərində artım davam edəcək.

Bunu AZƏRTAC-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli bildirib.

“Burada əsas səbəb ondan ibarətdir ki, xüsusilə 2025-ci ildə qızıl qiymətini artıran əsas amil – Amerikanın dünyaya, xüsusilə də Çinə qarşı apardığı ticarət müharibəsidir. Bu iki nəhəng ölkə arasında baş verən ticarət müharibəsi bütün dünyada ciddi qeyri-müəyyənliklər yaradır. Qeyri-müəyyənliklər dövründə qızıl investorların sevimli investisiya alətinə çevrilir. Qızılın uzun illər sonra son bir neçə ayda bahalaşması da məhz bu qeyri-müəyyənliklərlə bağlı kəskin yüksəlişi idi. Çünki Rusiya-Ukrayna müharibəsi fonunda Rusiya ilə Qərb arasında qarşıdurma, ölkələrin bir-birinə sanksiyalar tətbiq etməsi və eyni zamanda, dünyanın təbəqələşməsi kimi məsələlər qızılın qiymətini artırırdı.

Bundan başqa, pandemiyadan sonra müşahidə olunan inflyasiyanın aşağı düşməsi də qızıl qiymətlərinə artırıcı təsir göstərirdi. 2025-ci ildə bu amillər qüvvədə qalır. Proqnozlara əsasən, Amerikanın tarif siyasəti dünyada qeyri-müəyyənlikləri artıracaq və bu müharibə ciddi şəkildə dönərli valyutalar üçün problem yarada bilər. Eyni zamanda, bu ziyanverici prosesdə baş verə biləcək ssenarilərin proqnozlaşdırılması çətin olduğuna görə investorlar təbii olaraq qızıla yatırım edirlər.

Burada, təbii ki, dolların ucuzlaşması da rol oynayır. Dollar əmtəələrin ölçü vahididir. Dolların son bir neçə ayda dəyərini itirməsi qızılın qiymətlərinə artırıcı təsir göstərir. Bu artımda inflyasiya göstəricilərinin kifayət qədər aşağı olması da rol oynayır”, - deyə ekspert qeyd edib.

Qızılın bahalaşmasının Azərbaycana təsirlərini təhlil edən iqtisadçı ekspert deyib: “Təbii ki, bunun Azərbaycana necə təsir edə biləcəyi böyük maraq doğurur. Qızıl yığım valyutasıdır. Azərbaycan üçün indiki məqamda biz ancaq bunun müsbət təsirlərini qeyd edə bilərik. Çünki ölkəmizin, yəni Azərbaycan Respublikası Dövlət Neft Fondunun ehtiyatlarının 22 faizi qızıldadır və 2023-cü ilin hesabatına nəzər saldıqda görürük ki, burada Fond əhəmiyyətli alışlar həyata keçirib. 2024-cü ildə Fond 44,8 ton qızıl alıb və öz ehtiyatını 11-12 faizdən 21,6 faizə qədər qızıla keçirib. Bu prosesin bu ildə də davam edəcəyi elan olunub. Belə ki, Dövlət Neft Fondu ehtiyatlarının 25 faizə qədərini qızılda saxlayacaq və bu göstərici 29 faizə qədər arta bilər. Azərbaycan Dövlət Neft Fondunun son ehtiyat strategiyasında bu rəqəmlər qeyd olunub.

Bundan başqa, Azərbaycanda qızıl çıxaran şirkətlər – “Azərgold”, “Anglo Asian Mining PLC” mövcuddur ki, bu şirkətlərin də qızıl qiymətinin artması nəticəsində satışdan gəlirləri artacaq. Mənfi tərəfi isə qızılı zinət əşyası kimi əldə edən və ya hədiyyəlik kimi alan vətəndaşlar üçün olacaq. Yəni bazarda qızıl almağa məcbur olan vətəndaşlar zinət əşyalarını daha baha qiymətə almaq məcburiyyətində qalacaqlar,” – deyə Xalid Kərimli bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvanda duzun emalı bərpa olunub

20:39
30 Aprel

Bakıda WUF13 çərçivəsində nəqliyyat monitorinqi keçiriləcək

20:34
30 Aprel

Qoxu hissinin yaranması ilə bağlı kəşf 

20:21
30 Aprel

Kolumbiyada təhlükəsizlik yenidən əsas müzakirə mövzusudur

20:12
30 Aprel

Autizmli uşaqlar üçün ümidverici araşdırma

20:06
30 Aprel

Şimali Koreyada şiddətli quraqlıq hökm sürür

19:59
30 Aprel

Mamdani Kral III Çarlzdan Koh-i-Nur almazını Hindistana qaytarmağı tələb edir  

19:51
30 Aprel

Donald Tramp: Nüvə proqramından imtina etmədən İranla razılaşma mümkün deyil

19:43
30 Aprel

Avropa İttifaqı üzvləri təhlükəsizlik üçün alternativlər axtarırlar

19:34
30 Aprel

Qazaxıstan iqtisadiyyatında Rusiya prioritet tərəfdaş mövqeyini qoruyur  

19:27
30 Aprel

ABŞ-də “uçan taksi” dövrü başlayır

19:18
30 Aprel

Körfəz liderlərinin görüşü: Xarici təhdidlərə qarşı ortaq güc nümayişi 

19:16
30 Aprel

Dünyada neft bahalaşıb

19:07
30 Aprel

Beynəlxalq gənclər forumunun bir qrup iştirakçısı Milli Məclisdə olub

19:00
30 Aprel

ABŞ viza qaydalarını sərtləşdirir  

18:58
30 Aprel

Pekində dron satışına qadağa tətbiq olunur

18:51
30 Aprel

Hindistanda rəqəmsal fırıldaqçılıq böhranı   

18:41
30 Aprel

Tramp: Rusiya-Ukrayna məsələsində Almaniya tamamilə səmərəsiz olub

18:38
30 Aprel

Milli Məclisin sədrinin Yunanıstan səfiri ilə görüşündə parlamentlərarası münasibətlər nəzərdən keçirilib  

18:37
30 Aprel

Səfir: Britaniya ilə Azərbaycan arasında yüksək texnologiyalar sahəsində geniş perspektivlər var  

18:21
30 Aprel

XTQ-nin yaradılmasının 27-ci ildönümü qeyd olunub

18:12
30 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!