11 Aprel 2025 16:09
480
İQTİSADİYYAT
A- A+
“Azərkosmos”un Kosmik Akademiyası mobil əsaslı kosmik innovasiya və sistem avtobusu layihəsi həyata keçirəcək  

“Azərkosmos”un Kosmik Akademiyası mobil əsaslı kosmik innovasiya və sistem avtobusu layihəsi həyata keçirəcək  


Kosmik Akademiya tərəfindən gələcəkdə mobil əsaslı, kosmik innovasiya və sistem avtobusu layihəsinin həyata keçilməsi nəzərdə tutulur. Bu, regional layihədir. Layihə Türk Dövlətləri Təşkilatı üzrə nəzərdə tutulub.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Kosmik Agentliyi (“Azərkosmos”) nəzdində fəaliyyət göstərən Kosmik Akademiyanın kosmik icma layihələrinin rəhbəri Əli Tağıyev deyib.

“Bu mobil tədris və təcrübə platforması nəinki Azərbaycanda, bütün türk dövlətlərinə səfər edəcək, müxtəlif regionlara, məktəblərə gedəcək və hər kəsi kosmos elmi haqqında məlumatlandıracaq. Bu layihə ilə biz çalışırıq ki, türk dövlətləri arasında həm elmi, həm də mədəni əlaqələrin inkişafına öz töhfəmizi verək”, - deyə Əli Tağıyev bildirib.

Kosmik Akademiyanın nümayəndəsi bildirib ki, kosmik icma layihələrinin əsas məqsədi Azərbaycanda kosmik ekosistem ilə cəmiyyət arasında dayanıqlı əlaqələr, körpülər yaratmaqdır. “Bu istiqamətdə biz müxtəlif təşəbbüslər həyata keçiririk. Biz, həmçinin hazırda dünyada, kosmik sənayedə trendlərə nəzər salsaq, görərik ki, kosmik sahədə həyata keçirilən ictimai layihələrə, sosialyönümlü layihələrə investisiyalar artmaqdadır. Kosmik Akademiya tərəfindən həyata keçirilən innovativ layihələr nəticəsində biz kosmos elmini, kosmik ekosistemi hər bir vətəndaş üçün əlçatan və maraqlı etmək istəyirik. Burada əsas məqsəd kosmik sahədə insan kapitalının inkişafına nail olmaqdır. KOSMİK Akademiya tərəfindən müxtəlif layihələr həyata keçirilir. Bu layihələr çərçivəsində il ərzində 12 mindən çox vətəndaş bizim fəaliyyətlərimizdən faydalanır. Buna müxtəlif vətəndaş qrupları aiddir, eləcə də məktəbliləri, tələbləri, müəllimləri, professorları misal göstərə bilərik. Xarici icmalar arasında Türkiyə, İsrail və Braziliya Kosmik agentlikləri ilə əməkdaşlıq edirik. Çalışırıq ki, həmin şəxslərin sonradan məşğulluq, karyer imkanlarına dəstək göstərək. Məqsədimiz bu şəxslərin Azərbaycanda kosmik ekosistemin daim aktiv bir nümayəndəsinə çevrilmələrinə və ümumi ekosistemin inkişafına töhfələrini dəstəkləməkdir. Kosmik icmanın digər məqsədi – müxtəlif sahələrə kosmos elmini inteqrasiya etdirməkdir. Bura mədəniyyət, elm, incəsənət, qida sənayesi daxildir”, - deyə Əli Tağıyev əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!