04 Aprel 2025 08:25
232
SİYASƏT
A- A+
Şanlı tarix

Şanlı tarix


Tarixdə elə günlər var ki, illər, əsrlər keçsə belə unudulmur. Bəzən bir gün  millətin ən şanlı tarixinin parlaq səhifəsi kimi yaddaşlara həkk olur, xalqların şərəf salnaməsinə öz möhürünü vuraraq əbədiyaşarlıq ömrü qazanır...

2016-cı ilin ilk aprel gecəsi idi. Ətrafa zülmət qaranlıq çökmüşdü. Qarşı tərəfdəki uca dağların arxasında mövqe tutan Ermənistan ordusu məkrli niyyətini həyata keçirmək üçün səssiz-səmirsiz ordumuzun mövqelərinə doğru sürünürdü. Uzun illər törətdiyi vəhşiliklərin cavabını layiqincə almayan düşmən yeni torpaqlar ələ keçirmək həvəsinə düşmüşdü. Amma düşmən bir şeyi unutmuşdu. Artıq Azərbaycan Ordusu 1990-cı illərdəki ordu deyildi, ürəyi vətən sevgisi ilə döyünən gənclərdən, yüksək peşəkarlığı olan zabitlərdən ibarət vahid komandanlığı olan Silahlı Qüvvələr idi. Elə bir ordu ki, başında qətiyyətli, xalqın birliyindən və sevgisindən güc alan, onu qələbəyə apara biləcək böyük sərkərdə, Ali Baş Komandan dururdu. Bu elə bir ordu ki, hər zaman döyüşə atılıb düşmənə layiqli cavab vermək üçün əmr gözləyirdi...

Düz 24 il idi ki, hər gün cəbhə xəttindən silah səsləri eşidilirdi. 24 il idi ki, cəbhə bölgəsində yaşayan insanlarımız səhərlərini güllə səsi ilə açırdılar. 

2016-cı il aprelin ilk günləri də sakit keçmirdi. Ön xətdəki mövqelərimiz və yaşayış məntəqələrimiz Ermənistan silahlı qüvvələrinin növbəti intensiv artilleriya atəşinə məruz qalırdı. Cəbhə xəttindəki gərgin vəziyyət, ermənilərin qəfil hücumu haqqında operativ məlumat dərhal Ali Baş Komandana məruzə edildi. Anındaca ordumuza qəti olaraq düşmən təxribatının qarşısını almaq üçün əks-hücuma keçmək əmri verildi. Bununla cəsur Azərbaycan əsgərinin çoxdan gözlədiyi məqam yetişdi. 

Cəbrayılın Lələtəpə yüksəkliyi… Döyüş gedirdi. Əsl torpaqsevərlərin döyüşü idi bu döyüş. Düşmən can vermək istəmirdi. İrəliyə doğru getmək, daha bir bəd niyyətini həyata keçirmək istəyirdi. Amma yanılırdı. Qarşısındakı nizami Azərbaycan Ordusu, yüksək təlim görmüş Azərbaycan əsgəri idi. Düşməndən qisas almaq, Xocalıda törətdiklərinin hesabını sormaq üçün irəliləyirdi. Qələbəyə təşnə, sevincə həsrət olan xalqımıza müjdə vermək, igidlərimizin zəfər tarixini salamlamaq üçün açılmağa tələsirdi sanki səhərimiz. Düşmən şok, təlaş içindəydi. Azərbaycan əsgərinin vətən sevgisini, qətiyyətini, gücünü görüb, mövqelərini tərk edib canını götürüb qaçmağa çalışırdı! Azərbaycan əsgəri isə torpağının azadlığı eşqi ilə irəliləyirdi. Vətən deyib hayqırırdı Azərbaycan oğulları... 

2016-cı ilin apreli məmləkətin ürəyinin döyündüyü şanlı bir tarix idi. Umu-küsünün qayğıya, mərhəmətə çevrildiyi, xalqın bir yumruq kimi birləşdiyi zaman gəlmişdi. Uçrəngli bayrağımızın daha əzəmətlə, daha qürurla dalğalandığı, ordumuzun, xalqımızın tarixinə zəfər yazdığı şanlı tarix yazılırdı. Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qüdrətini, qələbə əzmini göstərdi.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Aprel döyüşlərinə xüsusi önəm verərək onu şanlı tariximiz adlandırdı: "Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri göstərdi ki, bizim əsgərlərimiz, zabitlərimiz Vətən uğrunda ölümə getməyə hazırdırlar".

Dördgünlük müharibə - 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayan Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş hərbi münaqişə zamanı Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad edib, Füzuli rayonu istiqamətində yerləşən "Lələtəpə" adlandırılan yüksəkliyə nəzarəti ələ keçirdi. Döyüşlər nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanmasını təmin etdi. Ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis istehkam qurğuları məhv edildi. Düşmənin 320 döyüşçüsü öldürüldü və 500-dən artıq əsgəri yaralandı.

Aprel döyüşləri tarix oldu. Azərbaycan əsgəri təsdiqlədi ki, torpaqlarını işğaldan azad etməyə qadirdir. Sülh danışıqları baş tutmasa, Ali Baş Komandanın əmri ilə torpaqlarımız döyüşlə azad ediləcək! 

2016-cı ilin aprelində düşmənin irimiqyasılı təxribatının qarşısını alan, işğaıçıları ağır itkilərə düçar edən, 88 qəhrəman Azərbaycan oğlu bu yurdun, bu vətənin yolunda canını qurban verdi. Son dəfə qollarını yana açıb müqəddəs torpağı qucaqlayıb gözlərini əbədi yumarkən "Vətən sağ olsun!" dedi oğullarımız. "Bir damcı qanımız bayrağımızın al rənginə qarışıb ucalıqda dalğalanarsa, bəsimizdir" dedi igidlərimiz.

Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə 2016-cı il aprelin 19-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan Silahlı Qüvvələrinin 3 üzvü "Azərbaycanın Milli Qəhrəmanı", 7 üzvü "Azərbaycan Bayrağı" ordeni, 1 üzvü 2-ci dərəcəli və 4 üzvü 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 19 üzvü "Vətən uğrunda" medalı, 43 üzvü "İgidliyə görə" medalı, 45 üzvü "Hərbi xidmətlərə görə" medalı ilə mükafatlandırıldı, 2 üzvü general-mayor ali hərbi rütbəsinə layiq görüldü.

İndi aprel ayı bizim üçün adi təqvim ayı deyil, həm də qəhrəmanlıq, zəfər tarixidir. Oğullarımızın bu vətən üçün canlarını fəda etməyə hər zaman hazır olduqlarına şəhadət verən tarixdir. Aprel ayı igidlərimizin üçrəngli müqəddəs bayrağa bükülüb geri dönərkən anaların "Başın sağ olsun vətən!" dediyi ucalıq məqamıdır. Aprel döyüşləri tarixə ordumuzun gücünün, xalqla ordunun birliyinin, vətənpərvərliyin göstəricisi kimi düşdü. Əks-hücum əməliyyatı aparan hərbi hissələrimiz mühüm mövqelərə sahib oldular. Nəticədə 1994-cü ildə düşməndən azad edilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin təhlükəsizliyi təmin olundu. Dövlət başçısının Cocuq Mərcanlı kəndinin bərpası və əhalinin yerləşdirilməsi ilə bağlı 2017-ci il 24 yanvar tarixli sərəncamı ilə Böyük qayıdış prosesinə start verildi. 23 illik fasilədən sonra Cocuq Mərcanlı kənd sakinlərinin doğma torpaqlarına qayıtması işğal altındakı digər ərazilərimizin də tezliklə azad olunacağına xalqımızda dərin inam yaratdı.

Aprel döyüşləri Azərbaycanın hərb salnaməsinə qızıl hərflərlə yazılan Şanlı Vətən müharibəsində Böyük Qələbəyə gedən yolun başlanğıcı oldu. Beş il əvvəl bu döyüşlərdə düşmən üzərində qazanılan hərbi uğurlar Azərbaycan Ordusunun və xalqının Böyük Qələbəyə inamını və əzmini artırdı. Aprel döyüşləri ordumuzun şəxsi heyəti üçün mühüm sınaq, döyüş təcrübəsi, baş məşqi oldu. Məhz bu təcrübəni İkinci Qarabağ müharibəsində uğurla tətbiq edən rəşadətli Azərbaycan Ordusu düşmənə qəti zərbə vuraraq torpaqlarımızı işğaldan azad etdi. Aprel döyüşlərində Azərbaycan əsgərinin Lələtəpədə yüksəltdiyi Azərbaycan bayrağı bu gün yurdumuzun hər yerində qürurla dalğalanmaqdadır. Xalqımız hər qarış torpaq, Vətən üçün canını qurban verməyə hazır olan əsgər və zabitlərimizlə, möhtəşəm Azərbaycan Ordusunu quran, onu qələbəyə aparan Müzəffər Ali Baş Komandanla qürur duymaqda tam haqlıdır. 


Elşən QƏNİYEV,

 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İqtisadi Şuranın növbəti iclası keçirilib

18:22
11 Aprel

Fuad Oktay: Kimsə ATƏT-in Minsk qrupunu oyandırıb, onlara problemin bitdiyini deməlidir

18:21
11 Aprel

Prezident İlham Əliyevin Antalyada Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub YENİLƏNİB-2

18:20
11 Aprel

Türkiyə Qara dənizdə gündəlik qaz hasilatını 8,8 milyon kubmetrə çatdırıb

18:18
11 Aprel

Azərbaycan dəyişən dünya nizamında güclü mövqeləri ilə fərqlənir

17:33
11 Aprel

Ukrayna “Ramştayn”dan rekord həcmdə yardım alacaq

17:32
11 Aprel

Antalya şəhərində “Antalya Diplomatik Forumu”nun açılış mərasimi keçirilib Prezident İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB

17:31
11 Aprel

Xəbərdarlıq: Aprelin 15-də hava şəraiti daha da kəskinləşəcək

17:30
11 Aprel

Energetika naziri Ucarda vətəndaşlarla görüşüb  

17:29
11 Aprel

Qəbələ-Xankəndi ultramarafonu: İkinci mərhələnin qalibləri bəlli olub  

17:29
11 Aprel

Ukrayna mediası Prezident İlham Əliyevin müharibənin tənzimlənməsinə dair fikirlərinə geniş yer ayırıb  

17:16
11 Aprel

Macarıstan nəşri ADA Universitetinin Xankəndi və Bakıda keçirdiyi beynəlxalq forumdan yazıb

17:15
11 Aprel

AQTA ilə Moldovanın Milli Qida Təhlükəsizliyi Agentliyi arasında anlaşma memorandumu imzalanıb  

16:50
11 Aprel

Baş prokuror Yevlaxda vətəndaşların müraciətlərini dinləyib  

16:50
11 Aprel

Antalya Diplomatiya Forumunda Qərbi Azərbaycan həqiqətləri barədə müzakirələr aparılıb

16:33
11 Aprel

ADSEA sədri Şəmkirdə vətəndaşların müraciətlərini dinləyib

16:32
11 Aprel

IV Antalya Diplomatik Forumu çərçivəsində ilk panel iclası keçirilib

16:30
11 Aprel

ADY Astara terminalının inşası üzrə işlərin böyük hissəsini tamamlayıb

16:22
11 Aprel

Bağanıs Ayrım kəndindən olan zərərçəkmiş: Ermənilər 39 günlük körpəmi qətlə yetirdilər

16:14
11 Aprel

Ələt Azad İqtisadi Zonası üzrə İşçi Qrupunun ikinci iclası keçirilib  

16:13
11 Aprel

Hərbi xidmətdə yaş həddi tətbiq olunmayan şəxslərin dairəsi genişlənir

16:12
11 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!