04 Aprel 2025 08:15
224
İQTİSADİYYAT
A- A+
Nəhəng Çin iqtisadiyyatının Azərbaycana marağı getdikcə artır

Nəhəng Çin iqtisadiyyatının Azərbaycana marağı getdikcə artır


Azərbaycan və  Çin arasındakı münasibətlər dostluq, qarşılıqlı faydalı əməkdaşlıq və etibarlı strateji tərəfdaşlığa əsaslanır. Azərbaycan Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin  ölkələrimiz  arasında əlaqələrin inkişafına böyük önəm verirlər. Dövlət başçılarının iradələri sayəsində müxtəlif sahələri əhatə edən çoxşaxəli əməkdaşlığın dərinləşdirilməsi istiqamətində məqsədyönlü fəaliyyət həyata keçirilir. 

Fəal siyasi dialoq və davamlı diplomatik təmaslar fonunda  keçən  il iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" qəbul edilib. Həmin sənəddə də  qeyd olunduğu kimi, tərəflər siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı genişləndirməyə, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti gücləndirməyə dair razılıq əldə ediblər. Bu, ölkələrimizin bir-birini etibarlı tərəfdaş hesab edərək strateji hədəflərini ardıcıl olaraq gerçəkləşdirmək əzmini göstərir.

Bu il aprelin 2-də Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə "Azərbaycan-Çin strateji tərəfdaşlığı: Qlobal Cənubda konsolidasiya və əməkdaşlığın təşviqi" mövzusunda keçirilən konfrans da adından göründüyü kimi, münasibətlərin uğurla davam etdiyinin daha bir sübutu oldu.

Bu  münasibətlər iki ölkə arasında iqtisadi əlaqələrin və ticarət əlaqələrinin inkişafına geniş imkanlar açıb. Belə ki, son illərdə Çinlə ölkəmiz arasında  səmərəli investisiya əməkdaşlığı həyata keçirilib. Ticarətin həcmində xeyli artim müşahidə olunub. 2015-ci ildə ticarət dövriyyəsi 561 milyon dollar, 2016-cı ildə 975 milyon dollar, 2017-ci ildə 1 milyard 300 milyon dollar, 2018-ci ildə 1 milyard 310 milyon dollar, 2019-cu və 2020-ci illərdə 2,1 milyard dollar, 2022-ci ildə 2,2 milyard dollar, 2023-cü ildə isə 3,1 milyard dollar təşkil edib. Son 9 ildə mal mübadiləsi 6 dəfə yüksəlib və Çin Azərbaycanın əsas ticarət tərəfdaşlarından birinə çevrilib.

Çin ölkəmizin  5 böyük ticarət tərəfdaşından biridir və bu sırada   4-cü yerdə qərarlaşır. İdxalda isə 3-cü yeri tutur. Çin həm də ölkəmizdə potensial investorlardan hesab edilir. İndiyə qədər Çindən ölkəmizə 1,5 milyard dollara qədər sərmayə yatırılıb. Öz növbəsində Azərbaycan bu Asiya-Sakit region ölkəsinə çoxhəcmli investisiya qoyuluşlarında xüsusi paya malikdir və investisiyaların həcmi 1,7 milyard dolları ötür.

Qeyd edək ki,  Çin şirkətləri ölkəmizin neft, sənaye, energetika, maliyyə, bank, rabitə, İKT, kənd təsərrüfatı və qeyri-neft sektorunun müxtəlif sahələrində təmsil olunur. Onların sayı 120-yə yaxındır. Hər iki ölkədə ticarət nümayəndəlikləri yaradılıb, investisiyaların təşviqi ilə bağlı səmərəli iqtisadi alətlər tətbiq  edilir. Çinin Urumçi, Şanxay və Lucou şəhərlərində Azərbaycanın ticarət və şərab evləri açılıb. Beləliklə, iqtisadi əməkdaşlığın coğrafiyası və strukturu da genişlənir. Bütün  bunlar iqtisadi əlaqələrin dinamikasına təsir göstərən mühüm amillərdən sayılır. 

Ölkələrimiz  nəqliyyat-logistika, infrastruktur sahələrində də əməkdaşlıq edirlər. Asiya və Avropanı birləşdirən "Bir kəmər, bir yol" nəqliyyat marşrutunun gerçəkləşməsini ilk dəstəkləyən, eləcə də ona siyasi dəstək verən ölkələrdən biri məhz Azərbaycan olub. Xatırladaq ki, Prezident  İlham Əliyevin  hələ  2015-ci ildə Çinə rəsmi səfəri zamanı "İpək Yolu İqtisadi Kəməri"nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanıb. Bu, Azərbaycan-Çin münasibətlərində əsas məsələlərdən birini təşkil edir.

Çin şirkətləri həmçinin ölkəmizin neft-qaz sənayesinə böyük maraq göstərirlər. 2018-ci ildə SOCAR və CNPC neft şirkətinin törəməsi olan "BGP.Inc" birgə müəssisəsinin yaradılması haqqında təsis müqaviləsi imzalayıblar. "BGP.Inc"in əsas fəaliyyət sahələrinə quruda, keçid zonasında və dənizdə kəşfiyyat işlərinin aparılması, o cümlədən mürəkkəb əməliyyatlar aparmaqla seysmik məlumatların əldə edilməsi, emalı, İKT texnologiyalarının xidmətinin göstərilməsi və seysmik avadanlıqların istehsalı daxildir. 

Sənaye sahəsində isə  Azərbaycan və Çin şirkətləri arasında ümumi dəyəri 821 milyon dollar olan müxtəlif istiqamətlər üzrə 10 sənəd imzalanıb. Buraya Sumqayıt Kimya Sənaye Parkı ərazisində şin istehsalı zavodunun qurulması, Kürdəmir rayonunda 300 hektarlıq sahədə müasir istixana kompleksinin tikintisi, Quba, Xaçmaz və Göyçayda aqro-logistik sənaye parklarının yaradılması, "Azerbaijan Digital Hub" proqramı çərçivəsində Asiya-Avropa telekommunikasiya dəhlizinin yaradılması, TransXəzər nəqliyyat dəhlizi vasitəsilə Bakıya və Azərbaycandan tranzit keçməklə digər ölkələrə 2500-dək konteynerin daşınması, Azərbaycan istehsalı olan şərab və spirtli içkilərin Çinə ixracı və s. daxildir. Göründüyü kimi, Çin  Azərbaycandan kənd təsərrüfatı və kimya sənayesi məhsullarının idxalını artırmaqda da maraqlıdır.

Azərbaycan-Çin iqtisadi əlaqələrindən bəhs edərkən  Prezident İlham Əliyevin cari il yanvarın 20-də Davosda Çinin CGTN  telekanalına müsahibəsinin bu məqamlarını da xatırlatmaq yerinə düşər. Belə ki, bizim 2027-ci ilə qədər olan hədəfimiz 2 giqavat həcmində Günəş və külək elektrik enerjisini hasil etməkdir. 2030-cu ilə qədər isə bu hədəf 6 giqavatdır. Ölkəmiz bu layihələri bir sıra xarici tərəfdaşlari ilə həyata keçirir. Konkret olaraq Birləşmiş Ərəb Əmurliklərinin "Masdar", Səudiyyə Ərəbistanının "ACWA Power", Böyük Britaniyanın BP şirkətləri ilə. Prezidentimiz sözügedən müsahibəsində qeyd etmişdir  ki, bu layihələrə sərmayə yatıran xarici şirkətlər, eləcə də Azərbaycandan olan yerli şirkətlər Çin texnologiyasından istifadə edirlər:" Günəş panelləri Çində istehsal olunur. İndi bizim heyətlərimiz enerjinin tədarükü imkanları üzərində işləyirlər və biz ən yaxşı batareyaların Çində istehsal olunduğunu müəyyən etmişik. Mən bu möhtəşəm uğur münasibətilə Çin istehsalçılarını təbrik edirəm. Çünki burada söhbət məhsulun keyfiyyəti və qiymətindən gedir. Heç kim bu rəqabəti apara bilmir".


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Maarifçi xeyriyyə cəmiyyətləri

09:00
10 Aprel

Azərbaycan Xalq Cümhuriyyətinin ilk xarici işlər naziri

08:55
10 Aprel

İhsan Doğramacı fenomeni

08:50
10 Aprel

BP-dən təhsilə növbəti dəstək

08:45
10 Aprel

Dünya COP30-a hazırlaşsa da...

08:40
10 Aprel

Tikdikləri əsrlərə yadigar... 

08:35
10 Aprel

Rəsmi İrəvan mina terroruna son qoymalıdır

08:30
10 Aprel

Dildə barış, əməldə savaş

08:25
10 Aprel

Rəsmi İrəvan sülhü oda atır

08:20
10 Aprel

"Qərbin Cənubi Qafqazla bağlı planları iflasa məhkumdur"

08:15
10 Aprel

Ermənistanın xilası sülh müqaviləsidir 

08:10
10 Aprel

İkili standartlar tarixi ədalətin bərpasına mane ola bilməz

08:05
10 Aprel

44 ölkə, 80-dən çox beynəlxalq ekspert

08:00
10 Aprel

Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında

03:53
10 Aprel

A.N.Eminovun Mingəçevir Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında

03:52
10 Aprel

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Həssas əhali qruplarının sosial müdafiəsi ilə bağlı tədbirlərin təşkili" adlı müsabiqə keçirir

03:51
10 Aprel

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və asudə vaxtlarının səmərəli təşkili" adlı müsabiqə həyata keçirir

03:51
10 Aprel

Dövlət komitəsinin sədri Zərdabda məscidlərin fəaliyyəti ilə tanış olub  

23:46
09 Aprel

Ersin Tatar: Şimali Kiprə dəstəyinə görə Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm  

23:45
09 Aprel

ABŞ Prezidenti 75 ölkəyə tarif tətbiqini 90 günlük dayandırıb  

22:37
09 Aprel

Donald Tramp Çinə tətbiq etdiyi tarifi 125 faizə yüksəldib

22:09
09 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
 123456
78910111213
14151617181920
21222324252627
282930    

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!