10 Aprel 2025 08:45
492
İQTİSADİYYAT
A- A+
BP-dən təhsilə növbəti dəstək

BP-dən təhsilə növbəti dəstək


BP "Bazarın Hüdudları: Dövlət və Bazar Arasındakı İqtisadi Rəqqas" adlı kitabı  ictimaiyyətə təqdim edib. Bu layihə şirkətin  Azərbaycanda təhsilin inkişafına dəstəyinin və beynəlxalq biliklərin ölkəyə gətirilməsi səylərinin bir hissəsidir.

Kitabın ingiliscədən Azərbaycan dilinə tərcüməsi və nəşrində BP-nin məqsədi bu dəyərli bilikləri makroiqtisadiyyat, marketinq və dövlət və bazar arasındakı münasibətlər sahəsində ixisaslaşan tədqiqatçılar, tələbələr və bu sahələr üzrə mütəxəssislər üçün əlçatan etməkdir.

Kitabın müəllifi London İqtisadiyyat Universitetinin professoru Paul De Qrauvdur. Tərcümə kitabın 2017-ci ildə ingilis dilində Oxford University Press tərəfindən çap olunmuş birinci nəşrindən edilmişdir.

Kitab dövlətin iqtisadi siyasətləri ilə bazar mexanizmləri arasındakı dinamik təmasları araşdırmaqla bu sahədəki iqtisadi nəzəriyyələr və təcrübələr haqqında dərin bilgilər təklif edir. O, dünyanın belə bir baxışına əsaslanır ki, bu məsələdə seçim bazar, ya dövlət arasında yox, nə qədəri bazar və nə qədəri isə dövlət olması sualındadır.

BP-nin Xəzər bölgəsi üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli kitabın Azərbaycanın elmi icması üçün əhəmiyyətini vurğulayaraq deyib: "Akademik cəmiyyətə bu kitabı hədiyyə etməklə BP Azərbaycanda bu vacib mövzunun daha dərin anlamlarının yayılmasına və bu sahədə Azərbaycanda tədqiqatlara əsaslanan innovativ iqtisadi strategiyaların işlənməsinə töhfə vermək istəyir. İnanırıq ki, yüksəkkeyfiyyətli təhsil materiallarının əlçatan olması bilgilərin mükəmməlləşməsi və gələcək liderlərin yetişdirilməsi səylərinin əsasını təşkil edir".

Kitabın ictimaiyyətə təqdimatı dünən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkil etdiyi "Elm Festivalı"nda baş tutub. Təqdimatın UNEC-in "Elm Festivalı"nın bir hissəsi kimi keçirilməsi  BP-nin  Azərbaycanda təhsil resurslarının genişlənməsinə və elmin inkişafına verdiyi əhəmiyyəti bir daha vurğulayır. 

"BP təhsilin inkişafına sərmayə qoyulması və Azərbaycana yüksəkkeyfiyyətli beynəlxalq resursların gətirilməsi səylərini davam etdirəcək. Bugünkü təqdimat da |BP-nin akademik mükəmməlliyi dəstəkləmək və beynəlxalq bilik və təcrübə mübadiləsi üçün imkanlar yaratmaq səylərinin daha bir nümunəsidir", - deyə B.Aslanbəyli bildirib.

Bütün maraqlı şəxslər və mütəxəssislərə geniş şəkildə əlçatan olması üçün şirkət  bu dəyərli kitabın nüsxələrini yerli universitetlərə, ictimai kitabxanalara və əlaqədar təhsil və elm müəssisələrinə təqdim edəcək.

Layihənin ümumi dəyəri təxminən 54,2 min AZN-dir. Bu xərclər 220 səhifəlik kitabın tərcüməsini, redaktəsini və nəşrini əhatə edir. Layihəni Rəqəmsal Transformasiya Fondu həyata keçirib. 


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!