10 Aprel 2025 03:53
1647
Sərəncamlar
A- A+
Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 5 fevral tarixli 67 nömrəli Sərəncamı ilə yaradılmış Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının (bundan sonra - Dövlət Komissiyası) aşağıdakı yeni tərkibi təsdiq edilsin: 


Dövlət Komissiyasının sədri

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) prezidenti

 

Dövlət Komissiyasının üzvləri

Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru 

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru 

"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti

Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyəti sədrinin müavini

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti

PAŞA Holdinqin Baş icraçı direktoru

NEQSOL Holdinqin Baş icraçı direktoru

Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri.

2. Dövlət Komissiyasının cari fəaliyyətinin təşkili məqsədilə Dövlət Komissiyasının Katibliyi yaradılsın və Katibliyin funksiyasının həyata keçirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə edilsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Dövlət Komissiyasının yeni tərkibi barədə Yaponiya tərəfinə bildiriş göndərsin.

4. "Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 dekabr tarixli 1852 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 12, maddə 1111 (Cild I) ləğv edilsin.

5. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.                                 

                         

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 9 aprel 2025-ci il


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb

10:50
05 Mart

Dünya bazarında qızıl 40 dollaradək bahalaşıb

10:16
05 Mart

Dünya birjalarında neft bahalaşıb

10:08
05 Mart

Azərbaycan nefti ucuzlaşıb

10:02
05 Mart

Keçmiş məcburi köçkün: Sevincimizin həddi-hüdudu yoxdur 

09:47
05 Mart

Ağdam sakini: Həmişə düşünürdüm ki, mütləq qayıdacağıq 

09:36
05 Mart

Avropada sığınacaq axtaranların sayı xeyli azalıb

09:15
05 Mart

Keçmiş məcburi köçkün: 32 yaşımda 4 nəfərlə çıxmışdıq, 66 yaşımda 10 nəfərlə qayıdıram 

09:13
05 Mart

"Alimlərin sultanı"

09:10
05 Mart

Növbəti Beynəlxalq Xalça Festivalı mayda keçiriləcək

09:05
05 Mart

Ağdam şəhərinə daha 90 ailə köçürülüb

09:04
05 Mart

Bənzərsiz memarlıq abidəsi 

09:00
05 Mart

Özü xalqın xatirəsində, adı zamanın yaddaşında yaşayır

08:55
05 Mart

"Şəhid ismi yazılaydı soyadım..."

08:50
05 Mart

Lənkəranda sənət hadisəsi - "Gəlinlik paltarı"nın səhnə təntənəsi

08:45
05 Mart

250 tələbəyə "Həmkarlar ittifaqı təqaüdü" təqdim olunub

08:40
05 Mart

Azərbaycan nəqliyyat sektorunda yeni dönəm - daha sürətli, daha rahat, daha səmərəli

08:35
05 Mart

Gücümüz birliyimizdədir

08:30
05 Mart

Azərbaycan Avropanın enerji xəritəsini yenidən cızır

08:25
05 Mart

Regional sabitlikdən beynəlxalq həmrəyliyə 

08:20
05 Mart

Ölkəmizin enerji sahəsində hədəfləri böyükdür

08:15
05 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!