10 Aprel 2025 08:00
476
SİYASƏT
A- A+
44 ölkə, 80-dən çox beynəlxalq ekspert

44 ölkə, 80-dən çox beynəlxalq ekspert


VII ADA Siyasi Forumunda qlobal çağırışlara qarşı birgə həll yolları müzakirə edildi


Aprelin 8-9-da Azərbaycan daha bir beynəlxalq toplantıya evsahibliyi etdi. ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə "Yeni dünya nizamına doğru" mövzusunda keçirilən sayca 7-ci ADA Siyasi Forumunda 44 ölkədən 80-dən çox beynəlxalq ekspert, beyin mərkəzlərinin nümayəndələri iştirak etdilər.

Ümumiyyətlə, sayca 7-ci olan bu forum Azərbaycanda hər il keçirilir. Konfransların hamısında beynəlxalq ekspertlər və beyin mərkəzləri qlobal dünyanı narahat edən məsələləri müzakirə edib, təklif və rəylərini səsləndiriblər. Eyni zamanda dünyanın müxtəlif ölkələrindən gələn ekspertlər, beyin mərkəzləri Azərbaycan həqiqətləri ilə yaxından tanış olublar. Hər dəfə konfrans iştirakçıları işğaldan azad olunmuş hansısa şəhər və rayonumuza səfər edirlər. Bu da erməni vandalizminin dünyaya tanıdılması prosesində təqdirəlayiq addım sayılmalıdır. 

Forumların ölkəmizdə keçirilməsi həm də Azərbaycanın dünyaya təqdimatıdır. Çünki Azərbaycanın müstəqillik əldə etməsindən sonra müəyyən bir dövr ərzində iri platformalara çıxışının olmaması, yaxud bu tribunalara çıxışının qəsdən məhdudlaşdırılması ciddi fəsadlara yol açmışdı. Lakin Prezident İlham Əliyev artıq elə bir geosiyasi reallıqlara nail olub ki, Azərbaycanın nəinki qlobal arenaya çıxış imkanını təmin edib, üstəlik, özü belə platformanın təşkilatçısıdır.

Təkcə son 3 ildə ADA Universitetinin təşkilatçılığı ilə ölkəmizdə keçirilən V, VI və VII forumlara diqqət etsək aydın görərik ki, bu qısa müddətdə Azərbaycan dünyanın əksər dövlətinə əsl erməni xislətini, erməni vandalizmini nümayiş etdirə bilib. 

2023-cü il dekabrın 6-da ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" Forumunda, 2024-cü il aprelin 23-də "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" Forumunda və sonuncu VII konfransda ümumilikdə dünyanın 100-dən artıq dövlətindən 250-dən artıq ekstert, beyin mərkəzi iştirak edib. Forum iştikakçıları indiyədək Laçına, Zəngilana, Füzuliyə və Xankəndiyə səfər edib müxtəlif məzmunlu panel iclaslarda iştirak ediblər. 

Bu dəfə Xankəndiyə səfər edən ekspertlər yeni yaranmış Qarabağ Universiteti ilə tanış olublar. ADA Universitetinin rektoru Hafiz Paşayev Xankəndidə yerləşən Qarabağ Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda keçirilən 7-ci ADA Siyasi Forumunda qeyd edib ki, bu konfrans iştirakçı ölkələrin nümayəndələri arasında mühüm əlaqələrin qurulmasına imkan yaradacaq. 

Qarabağ Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda keçirilən Siyasi Forum çərçivəsində panel iclaslar keçirilib. Müzakirələrdə iqtisadi müstəqillik, texnologiyaların qlobal güc bölgüsünə təsiri və dayanıqlı inkişaf yanaşmaları gündəmə gətirilib.

Forum çərçivəsində keçirilən sessiyalar regionun bərpası ilə bağlı planların və gələcək perspektivlərin müzakirəsi baxımından da olduqca əhəmiyyətli olub. Sessiya regionun yenidən qurulması istiqamətində planların hazırlanması və gələcək imkanların reallaşdırılmasına da diqqət çəkib. 

Toplantı iştirakçıları tədbiri Xankəndi şəhərində təşkilini Azərbaycanın bərpa və yenidən inteqrasiya siyasətindəki açıq dialoqa və beynəlxalq əməkdaşlığa verdiyi önəmin təzahürü kimi qiymətləndiriblər. Bildirilib ki, bu yanaşma postmünaqişə dövründə Qarabağ regionunun yalnız fiziki bərpasına deyil, eyni zamanda intellektual və mədəni inkişafına da fayda verir.

Onu da vurğulayaq ki, bu forumların hamısında Prezident İlham Əliyev iştirak edərək geniş nitq söyləyir və vədinə sadiq lider kimi öz mövqeyini ortaya qoyur. Məhz bu beynəlxalq forumlar İlham Əliyevin Azərbaycanın qlobal oyunçu mövqeyini gücləndirdiyini və ölkəmizi ümumbəşəri əhəmiyyətə malik hesablaşılan platformaya çevirdiyini göstərir. Bu, xüsusən əldə olunmuş hərbi-siyasi zəfərlərin, o cümlədən sosial-iqtisadi nailiyyətlərin nəticələrinin dayanıqlılığını təmin etmək üçün həyati əhəmiyyətə malikdir. 

Forumlar ümumilikdə Azərbaycanın mövqeyini nümayiş etdirir. Prezidentin çıxışı, açıqladığı reallıqlar Azərbaycanın ümumbəşəri dəyərlərə sadiqliyinin, dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək hədəfinin göstəricisidir. 

Dünənki foruma gəlincə isə deyə bilərik ki, Prezident İlham Əliyevin söylədiyi kimi, beynəlxalq forum Azərbaycanın yeni dövr üçün prioritet və hədəflərinin bəyanı üçün mühüm platformadır. Çıxışında Prezident bir neçə mühüm məsələlərə toxundu. İlham Əliyev özünün qətiyyətli və aydın ritorikası ilə göstərdi ki, Azərbaycan yeni reallıq yaratmış güc sahibi, sülh və sabitlik arzulayan beynəlxalq subyekt olaraq qlobal məsələlərin həlli baxımından ciddi töhfələr vermək əzmindədir.

Azərbaycan Prezidenti forumda son zamanlar Ermənistanın müharibəyə hazırlaşması məsələsinə də toxundu. Bildirdi ki, Ermənistanın dostları onu yeni, ölümcül silahlarla təmin edirlər. Bu isə regionda heç də sülhə və sabitliyə xidmət etmir. Bunun yalnız yeni gərginlik ocaqlarının yaranmasına xidmət edəcəyini vurğulayan dövlətimizin başçısı diqqətə çatdırdı ki, bu gün Ermənistanda olduqca güclü revanşist qruplar mövcuddur. 

Bir sözlə, bu forum və orada səslənən fikirlər onu deməyə əsas yaradır ki, Prezident İlham Əliyevin uzaqgörən və davamlı siyasəti nəticəsində Azərbaycan  sabitlik və təhlükəsizlik adasına çevrilib. Ölkəmiz siyasi-ictimai sabitliyi, dinamik iqtisadi inkişafı, uğurlu xarici siyasəti və sosial rifah səviyyəsi ilə beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Azərbaycanın nüfuzu getdikcə artmaqla yanaşı, ölkə qlobal miqyasda sivilizasiyalararası dialoq və əməkdaşlığın mühüm platforması statusuna sahiblənib.  


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!