10 Aprel 2025 08:10
440
SİYASƏT
A- A+
Ermənistanın xilası sülh müqaviləsidir 

Ermənistanın xilası sülh müqaviləsidir 


İki ölkə arasında sülh razılaşmaları ilə bağlı danışıqların aparılmasına baxmayaraq, sərhədlərdə yenə silah səsləri eşidilməkdədir. Ermənistan hər zamankı kimi dildə sülhdən danışıb əməldə silahları işə salır. Bunu heç də təsadüfi hadisə hesab etmək olmaz. Aydın məsələdir ki, iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına mane olmaq istəyən qüvvələr var. Ermənistanda hakimiyyət uğrunda mübarizə aparan revanşistlər də, onlara xaricdən havadarlıq edən dövlətlər də hər vasitə ilə sülh müqaviləsinin imzalanmasına mane olmağa çalışırlar.

Sülh müqaviləsinin əsas istiqamətləri sərhədlərdə üçüncü dövlətlərin qüvvələrinin olmaması, Ermənistan konstitusiyasının dəyişdirilməsi və ATƏT-in Minsk qrupunun ləğv edilməsi məsələləridir. Eyni zamanda sülh müqaviləsi imzalandıqdan sonra beynəlxalq səviyyədə bir-birinə qarşı imtiyaz məsələlərinin qaldırılmaması da gündəmdədir. 

Əgər Ermənistan özündə cəsarət tapıb regionda marağı olan Qərb dövlətlərinin, xüsusilə Fransanın asılılığından xilas olub sülh müqaviləsinin imzalanması üçün qəti addım atarsa, bu öz qlobal maraqları naminə regionda sülhə mane olan qüvvələrin Cənubi Qafqaz planlarını pozmuş olar. Elə bu səbəbdən də Avropa İttifaqının müşahidə missiyası adı ilə Ermənistana yerləşdirdiyi kəşfiyyatçılar çalışırlar ki, revanşistlərin maraqlarını Ermənistan silahlı qüvvələrində təmsil edən qüvvələr vasitəsilə şərti sərhədlərdə təxribatlar törədib atəşkəsi pozsunlar. Binokl siyasəti ilə məşğul olan Aİ "müşahidəçi"ləri dəqiq bilirlər ki, bölmələrimizin mövqelərinin atəşə tutulmasına silahlı qüvvələrimiz biganə qalmayıb adekvat cavab verəcəklər. Ermənistanın təxribat törətməkdə də yeganə məqsədi Azərbaycanın sülh istəməməsi barədə dünyaya feyk xəbərlər yaymaq, iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına əngəl olmaq məqsədilə Azərbaycana təzyiqlər göstərilməsidir. Bu bir faktdır ki, indi İrəvanda Rusiyaya meyilli qüvvələr də, Cənubi Qafqazda geosiyasi marağı olan Qərb dövlətləri də bütün qüvvələrini səfərbər edərək hər vasitə ilə iki ölkə arasında sülh sazişini imzalamağa mane olmağa çalışırlar. Nəzərə alsaq ki, Cənubi Qafqazda bəlkə də, ilk dəfə davamlı sülhə nail olmaq məqsədilə real addımların atılması üçün fürsət yaranıb. Belə bir durumda vaxtilə münaqişəni həll etmək üçün vasitəçilərdən biri olan Fransa nə edir? Ermənistanı açıq şəkildə silahlandırmaqdan çəkinmir. Sülh prosesinə zərbə vurmaq, yeni münaqişələr yaratmaq, bu regionda çirkin niyyətlərini gerçəkləşdirmək üçün bütün vasitələrə əl atır. Qərbin hazırda sülhə deyil, müharibəyə, insan fəlakətlərinə xidmət edən siyasət yürütdüyü göz qabağındadır. Dünyada baş verən qanlı münaqişələrin daha da alovlanmasında, böyüməsində Qərbin "xidmət"lərini heç cür inkar etmək mümkün deyil.

Dağılıb viran olmuş, dövlətçiliyi tamamilə məhv olmaq təhlükəsi ilə üzləşən Ukrayna "nümunəsi" göz önündədir. Bu bir faktdır ki, Ukrayna kimi böyük potensialı olan bir ölkə Avropa və Amerika oyunlarının qurbanı olub, şəhərləri viran qalıb. Ukraynanın 40 milyondan çox vətəndaşından bu gün cəmi 20 milyonu Ukraynada yaşayır. Qalanları isə ya artıq həyatda yoxdur, ya da ki, Avropada miqrant kimi yaşamaq üçün mübarizə aparırlar. Ukraynaya təhlükəsizlik vədi verənlər, Ukraynanı NATO-ya üz qəbul edəcəkləri ilə şirnikləndirənlər vədlərini unudublar. Sanki baş verənlər Ukraynanın sərvətlərini bölmək üçün hazırlanmış bir ssenariymiş. Ukraynadan təbii sərvətlər, qaz, neft, limanlar və strateji infrastruktur üzərində özlərinin nəzarətlərini tələb edirlər. Ukraynaya səfəri zamanı Avropa Sənaye Strategiyası komissarı Stefan Sejurne kritik əhəmiyyətli xammal üzrə yeni partnyorluq layihəsini açıqlayıb. Aİ, Ukraynanın təbii sərvətləri üzərində ABŞ-nin eksklüziv nəzarət hüququna malik olmasının qarşısını almağa çalışır və bildirir ki, Avropaya lazım olan 30 əsas strateji elementdən 21-i məhz Ukraynadan tədarük oluna bilər. Avropa İttifaqı Kiyevə mühüm strateji materiallarla bağlı "qarşılıqlı fayda" prinsipi üzərində qurulmuş müqaviləsini təqdim edir.

Bu gün Ermənistan hakimiyyəti Qərbin Ukrayna "sevgisindən" dərs götürməli, sürüşkən xarici siyasətdən əl çəkib bu ölkəni silahlı münaqişəyə yenidən təhrik edən güclərin təsirindən xilas olub ortalığa qəti iradə qoymalıdır. Ermənistanın baş naziri Nikol Paşinyan və digər rəsmilər sülhə sadiq olduqlarını sözdə yox, əməldə təsdiqləmək üçün konkret işə keçməlidirlər. Ermənistan rəsmiləri anlamalıdırlar ki, Aİ-nin Ermənistanı maliyyələşdirməsi, Fransanın bu ölkəni sürətlə silahlandırması yaxşı heç nə vəd etmir. Bu, əksinə olaraq, bölgədə vəziyyətin daha da gərginləşməsinə, Ermənistan daxilindəki revanşistlərin ayağa qalxmalarına şərait yaradır.

Azərbaycan ərazi bütövlüyünü təmin edib. Ölkəmiz beynəlxalq və regional aktorlarla uğurlu, davamlı münasibət qurub. Odur ki, indi sülh müqaviləsi Azərbaycandan daha çox Ermənistana lazımdır. Ona görə də Ermənistan vaxt itirmədən ciddi addımlar atmalıdır. Çünki hər ötən gün Paşinyan hakimiyyəti daha ağır durumla üzləşir. Sülhün təmin olunması Ermənistan üçün əslində çıxış yoludur. Məhz sülh sayəsində rəsmi İrəvan kənar oyunçuların təzyiqlərindən qurtulacaq və yeni təhlükəsiz əməkdaşlıq çətirinə daxil olacaq.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!