04 Aprel 2025 08:20
216
SİYASƏT
A- A+
Zəfərin Aprel səhifəsi

Zəfərin Aprel səhifəsi


Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 2016-cı ilin aprelində düşmən üzərində qazandığı  parlaq qələbədən 9 il ötür. Aprel döyüşlərində igid oğullarımız hərb meydanında düşməni qarşılarında diz çökdürərək Azərbaycan bayrağını Lələtəpə yüksəkliyində əbədi dalğalandırdılar. Həmin tarixdə Lələtəpə yüksəkliyinə sancılan bayraq hələ də işğal altında olan torpaqlarımızın tezliklə azad olunacağının müjdəsini verdi. 

2018-ci il iyunun 26-da Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən təntənəli hərbi paraddakı nitqi zamanı da məhz qarşıda xalqımızı gözləyən zəfərin xoş sorağını vermişdi: "2016-cı ilin Aprel döyüşlərində, 2018-ci il Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun çox böyük mənəvi əhəmiyyəti var...  

...Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək". 

Prezident İlham Əliyevin bu tarixi çıxışından cəmi iki il keçdikdən sonra  həmin gün gəldi. 2016-cı ilin Aprel döyüşlərində düşmənə sarsıdıcı zərbə vuran  "dəmir yumruq" 2020-ci ildə qəti qələbə qazanaraq el-obamıza şanlı Şuşa zəfərini bəxş etdi. 

Aprel döyüşlərindən başlanğıcını götürən və ölkəmizin, xalqımızın tarixinə yazılan bu Zəfər salnaməsinin altında qətiyyətli, əzmkar, vətənpərvər şəxsiyyət Prezident İlham Əliyevin qızıl imzası var. Dövlət başçısı hər zaman ən yüksək tribunalardan bəyan edirdi ki, torpaqlarımız mütləq düşmən işğalından azad ediləcək. 

2017-ci il martın 31-də Azərbaycan Ordusunun Aprel qələbəsinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüşü zamanı da Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev qətiyyətlə bəyan etmişdi: "Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun, bərpa edəcəkdir".


Parlaq qələbə 


Ölkəmizi hərtərəfli inkişaf mərhələsinə yüksəldən Prezident İlham Əliyevin hər zaman gündəliyində duran vacib prioritet ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunması idi. Buna görə də Silahlı Qüvvələrin Ali Baş Komandanı müasir ordu quruculuğu işinə xüsusi diqqət yetirir, Azərbaycan Ordusunun arsenalını ən müasir silah və digər hərbi texnikalarla  daha da zənginləşdirir, bir sözlə, ölkənin hərbi gücünü gündən-günə artırırdı. Çünki hər zaman sülh tərəfdarı olan Azərbaycan ATƏT-in keçmiş Minsk qrupunun vasitəçiliyi ilə münaqişənin danışıqlar yolu ilə nizamlanması əvəzinə daha da müşkülə salındığının, dalana dirəndiyinin şahidi olurdu. Bu yarıtmaz qurum onilliklər boyu sadəcə vəziyyətin Ermənistanın xeyrinə əbədi olaraq dondurulmasına çılışmışdı. Digər tərəfdən də Ermənistan ilə Azərbaycan arasında danışıqların güc yolu ilə həlli versiyası da qərəzli mövqe tutan xarici ölkə və qurumlar (ATƏT-in keçmiş Minsk qrupu başda olmaqla) tərəfindən qəti şəkildə rədd edilirdi. 

Azərbaycan isə sərgilənən bütün bu ikili standartlara,  Ermənistanın hərbi təxribatlarına dözmək niyyətində deyildi. 

Ermənistan havadarlarına və ətrafında məğlubedilməzlik mifi yaratdığı ordusuna güvənərək Azərbaycana qarşı dayanmadan hərbi təxribatlara əl atır, bu təxribatlarının qarşılıqsız qalacağını düşünürdü. 

2016-cı ilin aprelində növbəti dəfə Ermənistan silahlı qüvvələri təxribata əl ataraq, mövqelərimizi, o cümlədən yaşayış məntəqələrimizi atəşə tutdu, Azərbaycana qarşı hücuma keçdi. Ermənilərin bu təxribatı nəticəsində hərbçilərimizlə yanaşı, içərisində azyaşlının da olduğu mülki şəxslərimiz həlak oldular. 

2016-cı il aprelin 2-də düşmən təxribatlarına cavab olaraq Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Tərtər-Suqovuşan istiqamətində yolların nəzarətdə saxlanılması təmin olundu. Həmçinin minlərlə hektar ərazi ordumuzun tam nəzarətinə keçdi. Ordumuzun güclü zərbələri nəticəsində düşmənin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edildi, 320 hərbçisi öldürüldü, 500-dən artıq döyüşçüsü yaralandı. Şanlı Azərbaycan Ordusunun yüksək peşəkarlığının göstəricisi olan Aprel döyüşlərində qəhrəman döyüşçülərimiz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldular və təmas xəttini dəyişdirdilər. Bütün bu mühüm üstünlüklər təbii ki, sonrakı qələbələrimizin də əldə olunması üçün mühüm zəmin yaratdı. 

Dörd gün sürən Aprel döyüşlərində torpaqlarımızı işğaldan azad etmək üçün irəli şığıyan qəhrəman döyüşçülərimiz düşmənə nə yerdə, nə də göydə aman verdilər, bir həmlədə onların murdar nəfəslərini kəsdilər. Raquf Orucov, Murad Mirzəyev, Təbriz Musazadə, Urfan Vəlizadə, Əbu Bəkir İsmayılov kimi neçə-neçə igidimiz ana torpaq uğrunda gözlərini qırpmadan canlarını qurban verib şəhadətə ucaldılar.  


Başlanğıc və zirvə: 4 gündən 44 günə 


Dörd gün sürən Aprel döyüşləri zamanı düşmən Azərbaycan Ordusunun gücünü hərb meydanında gördü və məğlubiyyətlərdən qaça bilməyəcəyini anladı. Bununla təcavüzkar və işğalçı Ermənistanın uzun illər ərzində guya güclü ordusunun olması haqqında yaratdığı mifin də sabun köpüyündən başqa bir şey olmadığı ifşa edildi. Azərbaycan Aprel döyüşlərində, əlaltısı olduğu ölkələrin hərbi dəstəyi ilə qeyri-bərabər döyüşlərdə ərazilərimizi işğal edən, xarici hamilərinin köməyi sayəsində işğalı onilliklər boyu sürdürən və hətta əbədiyyətədək davam etdirmək istəyən təcavüzkar Ermənistana bu torpaqların əsl sahiblərinin kim olduğunu "dəmir yumruq"la başa saldı. Ermənistanın qorxaqlardan, fərarilərdən ibarət ordusunun canına lərzə salaraq bu utancverici məğlubiyyətlərinin ardının tezliklə gələcəyinin ismarıcını çatdırdı. 

2017-ci ilin martında Azərbaycan Ordusunun Aprel qələbəsinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüşü zamanı Prezident İlham Əliyev vurğulamışdı ki, Ermənistanın uzun illər ərzində öz ordusu haqqında yaratdığı mifləri, əfsanələri Aprel döyüşləri darmadağın etdi və göstərdi ki, bu gün əgər bölgədə güclü ordu varsa, o da Azərbaycan Ordusudur. 

Dövlət başçısı onu da əlavə etmişdi ki, Ermənistan rəhbərliyi Aprel döyüşləri zamanı özlərini tam şəkildə ifşa etmişdir. Onlar həm döyüş meydanında acı məğlubiyyətə uğradılar, həm də siyasi meydanda heç bir dəstək almadılar... 

Ermənistan rəhbərliyi özünü o qədər miskin vəziyyətə saldı ki, onun acı nəticələrini bu gün də hiss edir. "Aprel döyüşləri demək olar ki, onların ideoloji əsaslarını dağıtdı. Bu gün Ermənistan cəmiyyəti sarsıntı, təşviş içindədir. Artıq vəziyyətə daha praqmatik baxımdan yanaşan qüvvələr açıq-aydın bildirirlər ki, əgər Azərbaycan ilə münasibətlər yoluna qoyulmasa, Ermənistanın gələcəyi yoxdur", - deyə dövlət başçısı bildirmişdir.

2016-cı ilin dördgünlük Aprel döyüşlərinin uğurlu davamı olaraq 2018-ci il may ayının 20-dən 27-nə qədər həyata keçirilən uğurlu əməliyyat nəticəsində Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklər işğaldan azad edildi.  

Həm Aprel döyüşləri, həm də  Günnüt əməliyyatı Şuşa Zəfərimizin başlanğıcı oldu. 

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu işğalçı düşməni məhv edərək torpaqlarımızı azadlığına qovuşdurdu. 2016-cı ildə 4 günə düşməni darmadağın edərək ölkəmizə qələbə ərməğan edən qəhrəman oğullarımız 2020-ci ildə cəmi 44 günə ay-ulduzlu, üçrəngli Azərbaycan bayrağını Şuşa zirvəsində dalğalandırdılar. 2023-cü ilin sentyabrında isə 23 saatlıq antiterror tədbirlərində igid döyüşçülərimiz Qarabağda quldur yuvasını dağıdaraq bütöv Azərbaycanın qalibiyyət dastanını yazdılar. 

Beləliklə, Azərbaycan xalqı 2016-cı il Aprel qələbəsi ilə bünövrəsini qoyduğu və 2020-ci il noyabr zəfəri  ilə məntiqi zirvəsinə yetirdiyi milli yolunu layiqincə başa çatdırıb növbəti hədəflərinə - Qarabağda və Şərqi Zəngəzurda quruculuq və qayıdış hədəflərinə yönəldi... 


Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

UNESCO İcraiyyə Şurasının sessiyasında Azərbaycanın Milli bəyanatı səsləndirilib

19:53
08 Aprel

Qərbi Azərbaycan həqiqətlərindən bəhs edən yeni nəşrlərin təqdimatı olub

19:51
08 Aprel

Azərbaycan və Çin liderlərinin sıx münasibətləri ölkələrimizin əməkdaşlığına töhfə verir  

19:50
08 Aprel

Azərbaycan Ordusunda döyüş atışlı taktiki təlim keçirilib

19:49
08 Aprel

Səfir: Ermənistan işğal dövründə Azərbaycan torpaqlarında 1,5 milyondan çox mina basdırıb  

19:47
08 Aprel

Xanlar Vəliyevin səlahiyyət müddətinin başa çatması ilə əlaqədar tədbir keçirilib  

19:46
08 Aprel

Nazirlər Kabinetində İran nümayəndə heyəti ilə görüş keçirilib  

19:45
08 Aprel

Faktiki hava: Ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur  

19:43
08 Aprel

FHN gözlənilən hava şəraiti ilə əlaqədar təhlükəsizlik qaydalarına riayət etməyə çağırır  

19:43
08 Aprel

Tbilisidə 31 Mart soyqırımı, Qərbi Azərbaycana Qayıdış və mina problemlərinə həsr olunmuş beynəlxalq konfrans keçirilib  

19:38
08 Aprel

Teymur Musayev: TDT üzv ölkələrinin 200 milyona yaxın əhalisi səhiyyə investisiyaları üçün böyük maraq yaradır  

19:34
08 Aprel

Səhiyyə naziri Astanada bir sıra görüşlər keçirib

19:31
08 Aprel

Azərbaycanda ilk dəfə smart televizorlar istehsal ediləcək  

19:22
08 Aprel

Müstəqilliyimiz əbədidir: İslam dininin, “Qurani-Kərim”in Azərbaycan xalqı üçün açdığı yol davam edəcək  

19:13
08 Aprel

Yanvar-mart aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 15 faizə qədər artıb  

19:01
08 Aprel

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

18:31
08 Aprel

Bakıda I Azərbaycan-Türkiyə Pediatrik Təcili Yardım və Reanimasiya konfransı keçirilib  

18:17
08 Aprel

Ətirli smartfon istehsal

17:40
08 Aprel

Təyyarələr avtomatik şəkildə eniş edə biləcəklər

17:39
08 Aprel

Robot at təqdim edilib

17:38
08 Aprel

TDT ölkələrinin səhiyyə nazirləri tibbi turizmin inkişafı barədə razılığa gəliblər  

17:37
08 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!