08 Aprel 2025 19:50
548
SİYASƏT
A- A+
Azərbaycan və Çin liderlərinin sıx münasibətləri ölkələrimizin əməkdaşlığına töhfə verir  

Azərbaycan və Çin liderlərinin sıx münasibətləri ölkələrimizin əməkdaşlığına töhfə verir  


Azərbaycan Prezidenti İlham Əliyevlə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında dostluq, qarşılıqlı etimad və hörmətə əsaslanan fəal siyasi dialoq qurulub. Bu sıx münasibətlər və liderlər arasında siyasi dialoqun yüksək səviyyəsi ölkələrimiz arasında mövcud vəziyyətə və əməkdaşlığa töhfə verir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər xarici işlər nazirinin müavini Elnur Məmmədovun Çinin CGTN (China Global Television Network) telekanalının internet səhifəsində yerləşdirilmiş “Əlaqələrin möhkəmləndirilməsi, gələcəyin formalaşdırılması: Azərbaycan-Çin tərəfdaşlığı” adlı məqaləsində qeyd olunur.

Nazir müavini iki ölkənin qarşılıqlı hörmət, etimad və dəstəyə əsaslanan münasibətlərin tarixindən, inkişafından danışaraq, ötən il Azərbaycan ilə Çin arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə dair imzalanan Birgə Bəyannamənin əməkdaşlığın müxtəlif sahələrdə genişlənməsini qarşıya məqsəd qoyduğunu bildirib.

Məqalədə qeyd olunur ki, iki ölkə beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti möhkəmləndirməyə, ortaq maraqları birgə müdafiə etməyə, regional və qlobal sülhə, sabitliyə və inkişafa birgə töhfə verməyə qərarlıdır və Azərbaycan “Vahid Çin” prinsipini hər zaman dəstəkləyir. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Çin də Azərbaycanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə daim hörmətlə yanaşır.

Nazir müavini yazıda ölkələrimizin beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığından, bir-birinin təşəbbüslərinə olan dəstəyindən söz açıb.

İqtisadi-ticari əlaqələrə toxunan E.Məmmədov ötən il ticarət dövriyyəsinin həcminin 20 faiz artdığını, Çinin Azərbaycanın 5 əsas ticarət tərəfdaşından biri olduğunu vurğulayıb. İki ölkənin iqtisadi əlaqələrində nəqliyyat-logistika sahəsinin xüsusi önəm kəsb etdiyini vurğulayan nazir müavini əlavə edib ki, Azərbaycan coğrafi və geosiyasi mövqeyi sayəsində tarixən şərq ilə qərb arasında körpü rolunu oynayıb. Hazırda ən azı 3 böyük nəqliyyat dəhlizi Azərbaycan ərazisindən keçir. Bu mənada Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu – Orta Dəhliz xüsusi əhəmiyyət daşıyır. Ölkələrimiz strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamədə “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində bütün sahələrdə praktiki əməkdaşlığı inkişaf etdirməyə sabiq olduqlarını qeyd ediblər.

Məqalədə iki ölkənin xalqları arasında əlaqələrdən də söz açılıb, bu xüsusda Azərbaycanın Çin vətəndaşlarına vizasız səyahət imkanı yaratdığı vurğulanıb. Bakı ilə Çinin Pekin və Urumçi şəhərləri arasında birbaşa uçuşlar son bir neçə ildə Çindən Azərbaycana gələn turistlərin sayında davamlı artımı təmin edən amillərdən biri kimi göstərilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!