08 Aprel 2025 19:45
516
SİYASƏT
A- A+
Nazirlər Kabinetində İran nümayəndə heyəti ilə görüş keçirilib  

Nazirlər Kabinetində İran nümayəndə heyəti ilə görüş keçirilib  


Aprelin 8-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan tərəfindən həmsədri Şahin Mustafayev ölkəmizdə səfərdə olan İran İslam Respublikasının yol və şəhərsalma naziri, Komissiyanın İran tərəfindən həmsədri Fərzanə Sadiqlə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə keçirilən görüşdə Azərbaycan və İran prezidentləri arasında təmasların ikitərəfli gündəliyin müəyyən edilməsi, həmçinin dövlətlərarası münasibətlərin müxtəlif istiqamətlərdə inkişafı baxımından böyük önəm kəsb etdiyi vurğulanıb.

Qeyd edilib ki, prezidentlər arasında təmaslar və konstruktiv dialoq son dövrlərdə Azərbaycan ilə İran arasında müxtəlif səviyyələrdə ikitərəfli səfərlərin intensiv xarakter daşımasına təkan verib, bu da əlaqələrin dinamik inkişafının təzahürüdür.

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə ölkəmizə baş tutacaq səfərinin əhəmiyyətinə toxunularaq, bu səfərin tarixən dostluq və mehriban qonşuluqdan qaynaqlanan ikitərəfli münasibətlərin inkişafında yeni səhifə açacağına əminlik ifadə olunub.

Azərbaycan-İran əlaqələrinin bu gün müxtəlif sahələrdə müsbət dinamika nümayiş etdirdiyi diqqətə çatdırılıb. Bununla yanaşı, bir çox istiqamətlərdə, xüsusilə də ticarət, investisiya, nəqliyyat, neft-qaz, energetika, kənd təsərrüfatı, humanitar və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük perspektivlərin olduğu bildirilib.

İqtisadi-ticari əməkdaşlığın inkişafından məmnunluq ifadə olunaraq, qarşılıqlı ticarət dövriyyəsinin həcminin ötən il 32 faizdən çox artdığı qeyd edilib. Prezidentlər tərəfindən verilən tapşırıqlara uyğun olaraq ticarət əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində mövcud potensialın maksimum dərəcədə reallaşdırılması üçün hökumətlər səviyyəsində birgə səylərin göstərildiyi diqqətə çatdırılıb.

İnvestisiya sahəsində əməkdaşlığın inkişafı vurğulanıb, Azərbaycanda fəaliyyət göstərən İran investisiyalı kommersiya qurumlarının sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət və xidmət sahələrini əhatə etdiyi qeyd olunub.

Nəqliyyat sahəsi ikitərəfli əməkdaşlığın əsas istiqamətlərindən biri kimi dəyərləndirilib. Bildirilib ki, 2024-cü ildə Azərbaycan ilə İran arasında ikitərəfli yükdaşımaların həcmi 20 faiz, tranzit daşımaları isə 23 faizdən çox artıb.

Nəqliyyat sahəsində prezidentlər səviyyəsində əldə olunmuş razılaşmaların hər iki hökumət üçün yol xəritəsi olduğu bildirilərək, bu kontekstdə bir sıra qarşılıqlı faydalı layihələrin icra olunmasından, digər əhəmiyyətli layihələr üzrə isə səmərəli işbirliyinin davam etməsindən məmnunluq ifadə olunub. Vurğulanıb ki, bu layihələr hər iki ölkənin nəqliyyat əlaqələrinin genişlənməsi ilə yanaşı, regionun xüsusilə nəqliyyat və logistika imkanlarının artmasına hesablanıb. Bunların sırasında Şimal-Cənub nəqliyyat dəhlizinin təşviqi, o cümlədən Astara yük terminalının tikintisi üzrə davam edən işlər və Astaraçay çayı üzərində inşa olunmuş yeni avtomobil və piyada körpüsü xüsusi qeyd edilib. Həmçinin Şərq-Qərb dəhlizinin inkişafının, o cümlədən İran ərazisindən keçməklə Naxçıvanla ən qısa əlaqəni təmin edəcək Ağbənd-Kəlalə avtomobil və dəmir yolu bağlantısının yaradılmasını, Siyahrud-Ordubad avtomobil körpülərinin inşasını nəzərdə tutan Şərqi Zəngəzur–Naxçıvan nəqliyyat infrastrukturunun əhəmiyyəti vurğulanıb, habelə müvafiq sərhəd-gömrük infrastrukturunun tikintisinin önəmi diqqətə çatdırılıb.

Eyni zamanda, Ağbənd–Cəbrayıl–Ağdam–Yevlax–Gürcüstan avtomobil marşrutunun, bununla yanaşı, Ağbənd–Laçın–Kəlbəcər–Gəncə–Gürcüstan marşrutunun da gələcəkdə istifadəyə verilməsinin regionda yük və sərnişin daşımaları baxımından yeni imkanlar açacağına əminlik ifadə olunub. Bu marşrutların körfəzi Qara dənizlə birləşdirən ən əlverişli marşrutlardan birinə çevriləcəyi vurğulanıb.

Energetika sahəsində əməkdaşlığın da uğurlu layihələrlə müşayiət olunduğu və nümunəvi xarakter daşıdığı bildirilib. Araz çayı üzərindəki “Xudafərin” və “Qız qalası” hidroqovşaqları, su elektrik stansiyaları, həmçinin Ordubad və Marazad su elektrik stansiyaları ilə bağlı Azərbaycan-İran əməkdaşlığının önəminə toxunulub. Vurğulanıb ki, hər iki ölkə üçün böyük əhəmiyyət daşıyan bu infrastruktur layihələri bölgədə inkişafa və tərəqqiyə xidmət edir.

Bildirilib ki, elektrik enerjisi sahəsində əməkdaşlıq istiqamətində qarşılıqlı fəaliyyət davam etdirilib. Azərbaycan ilə İran arasında 5 nöqtədə ümumi ötürmə gücü 860 MVt olan elektrik ötürücü xətlərin qarşılıqlı bağlantısı mövcuddur, bu da enerji təhlükəsizliyinin və dayanıqlı əməkdaşlığın təmin olunmasında mühüm rol oynayır.

Bununla yanaşı, Şərqi Zəngəzur iqtisadi rayonunu İran ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək elektrik verilişi xəttinin tikintisinin enerji təhlükəsizliyinin təmin olunmasına xidmət etməklə bərabər, ölkələrimiz arasında elektroenergetika sahəsində əməkdaşlığın möhkəmlənməsinə də böyük töhfələr verəcəyinə əminlik ifadə olunub.

Neft-qaz sahəsində həyata keçirilən uğurlu layihələrin önəmi vurğulanaraq, bu sahədə əməkdaşlıq üçün yeni imkanların mövcud olduğu məmnunluqla qeyd edilib.

Səfər zamanı həmsədrlər ikitərəfli layihələrin bir neçəsinin icra vəziyyəti, həmçinin bir sıra infrastruktur obyektlərinin fəaliyyəti ilə tanış olacaqlar.

Tərəflər Azərbaycan-İran əlaqələrinin müxtəlif sahələrdə genişləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayaraq, mövcud potensialın reallaşdırılması istiqamətində birgə səylərin davam etdirilməsi ilə bağlı razılığa gəliblər.

Görüşün sonunda bu il yanvarın 22-də Tehran şəhərində keçirilən Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 16-cı iclasının nəticələrinə dair imzalanmış Anlaşma Memorandumunun Azərbaycan və fars dillərində olan əsl nüsxələrinin mübadiləsi həyata keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!