Ölkəmizin qadın rəssamlarının sırasında özünün uğurlu bədii yaradıcılıq fəaliyyəti ilə seçilən, özünəməxsus dəst-xəti və üslubu olan sənətkarlarımızdan biri də Xalq rəssamı Xalidə Səfərovadır. O, Gəncə şəhərində anadan olub. Rəssamlığa orta məktəb illərindən maraq göstərib.
İxtisas təhsilini əvvəlcə Bakıda Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda (1941-1944), daha sonra isə Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunda (1949-1955) almışdır. 1946-cı ildən ölkəmiqyaslı rəssamlıq sərgilərində fəal iştirak etməyə başlamışdır. Gənc rəssam diplom işini dahi Nizami Gəncəvinin ölməz "Xəmsə"sinin "Xosrov və Şirin" poeması mövzusunda akvarel və pastel texnikasında icra edilmiş illüstrasiya işləri ilə müvəffəqiyyətlə müdafiə etmişdir. O, 1981-ci ildə bu mövzuya yenidən müraciət edərək, poemanın süjetləri əsasında yaratmış olduğu illüstrasiyaları təkmilləşdirərək N.Gəncəvinin anadan olmasının 840 illiyinə həsr olunmuş sərgidə nümayiş etdirmişdir.
X.Səfərova dəzgah rəngkarlığı sahəsində süjetli tablo, portret, mənzərə və natürmort janrlarında bir sıra uğurlu bədii sənət nümunələri yaratmışdır. Rəssamn yaradıcılığının səciyyəvi xüsusiyyətləri kimi mahir kompozisiya qurmaq, sərbəst mövzulu süjet seçimi, peşəkar kolorit həlli və başqa sənətkarlıq keyfiyyətlərini qeyd etmək olar. X.Səfərova impressionizm (təəssürat) cərəyanına bağlı sənətkar olmuşdur. Onun bir çox mənzərə və süjetli tablosunda bu cərəyanın ən kamil elementləri peşəkar rəssam duyumu və müşahidəsi ilə özünün parlaq ifadəsini tapmışdır. X.Səfərovanın süjetli tablolarına nümunə olaraq "Xalçatoxuyanlar" (1951), "Alma yığan qız" (1957), "Müxtəlif nəsillər" (1967), "Sabahkı günə" (1970), "Mənim doğma diyarım", "Axşam" (sağ hissə), 1970), "Uçun, göyərçinlər" (1975), "Qarayanız qızlar" (1977), "Ağac altında" (1981), "Günəşli diyar" (1980), "Fərhad" (triptix: "Cadarlanmış torpaq" (sol hissə), "Fərhad" (mərkəz hissə), "Çiçəklənən torpaq" (sağ hissə), 1982), "Gün başlanır" (1982), "Üzüm yığımı" (1984), "Qızıl payız" (1987), "Novruz" (1990) və başqa əsərlərini qeyd etmək olar.
Rəssamın sadalanan əsərlərinin hər birinə həm də mənzərə janrının xüsusiyyətləri xasdır. Onun süjetli əsərlərini mənzərə janrında işlənilmiş əsərlər kimi də qəbul etmək olar. Rəssam daha çox açıq havada, təbiətin qoynunda hansısa pambıq tarlasında, meyvə bağlarında təsərrüfatla məşğul olan insanların ümumiləşdirilmiş obrazlarını yaradıb. X.Səfərovanın belə əsərlərində sanki insan fiqurları ikinci dərəcəli əhəmiyyət daşıyır. O, daha çox təbiəti, barlı meyvə ağaclarını, bağları, tarlaları, gül-çiçəklər qoynunda insanların iş şəraitini, işlədikləri məqamda bədii görüntülərini kətanda canlandırıb.
"Mənim doğma diyarım" triptixində rəssam səhər-səhər dağların arxasından göyə qalxan günəşin şüalarından işıqlanan ucsuz-bucaqsız tarlada işləyən xanımları, günorta vaxtı yayın istisində bürküdən ağacın kölgəsində dincələn başıpapaqlı ağsaqqal kişini, gölün suyunda yuyunan gənc oğlanı, göldə üzən öküzləri, arxa fonda qızmar günəş şüalarından yanan əkin sahələrini, axşam dağların arxasında qürub edən günəşin fonunda tarladan işləməkdən yorulmuş, amma yenə də bir-biri ilə söhbət edə-edə işləyən iki xanımın surətlərini əks edib. Hər biri müstəqil baxılan və ümumilikdə vahid kompozisiya təşkil edən tablolarda rəssam əməyin romantikasını yaradıb.
"Uçun, göyərçinlər" adlı əsərdə bahar fəslində mavi səma fonunda çiçəklənmiş ağacların əhatəsində əlvan geyimli, alyanaqlı qız göyərçinləri uçurduğu vaxtda təsvir olunub. Əsərin kompozisiya, kolorit həlli və bədii ifadəliliyi olduqca təsirlidir.
X.Səfərova hələ tələbəlik illərindən dahi N.Gəncəvi sözünün sehrinin sirrinə vaqif olmuş və bu sehrin işığında rənglərin dili ilə uğurlu sənət lövhələri ərsəyə gətirmişdir. "Fərhad" adlı triptixində rəssam N.Gəncəvinin "Xəmsə"sinin qəhrəmanı Fəhradın simasında insan oğlunun əməyi ilə həyata, torpağa can verildiyinin bədii görüntüsünü ustalıqla əks etdirmişdir.
X.Səfərovanın yaradıcılığında idman mövzusu xüsusi yer tutur. Rəssam bu mövzuda maraqlı və diqqəti cəlb edən sənət nümunələri yaratmışdır. Görkəmli sənətkarın müxtəlif idman növlərinə həsr olunmuş çoxsaylı əsərlərini Azərbaycanın təsviri sənət tarixində xüsusi mərhələ təşkil etdiyini vurğulamaq olar. "Qapıçı" (1955), "Futbol" (1960), "Yaxtklub" (1962), "Velosiped yarışı" (1963), "Estafet" (1965), "Yarışçı" (1967), "Qız və çənbər" (1970), "Xəzərdə" (1971), "Çövkən oyunu" (1972), "Stadionda" (1979), "Ot üstündə xokkey" (1979), "Mavi ənginlik" (1983) və başqa əsərləri rəssamın yaratdığı ən uğurlu əsərlərindəndir. X.Səfərova yaradıcılığında portret janrına da yer vermişdir. Rəssam yaratdığı şəxslərin portret cizgilərində qəhrəmanlarının zahiri görünüşləri ilə yanaşı, onların daha çox daxili dünyalarını, xarakterik xüsusiyyətlərini verməyə çalışmışdır. Onun "Qız" (1950), "Futbolçu Ələkbər Məmmədov" (1958), "Balerina Leyla Vəkilova" (1959), "Rəssam Maral Rəhmanzadə" (1960), "Rəssam Mahmud Tağıyev" (1961), "Qaynaqçılar briqadiri D.Hidayətov" adlı portret əsərlərini vurğulamaq olar.
X.Səfərova imressionizm cərəyanına xüsusi sevgisi olmuş rəssamlarımızdandır. O, çıxışlarından birində deyirdi: "Mane, Renuar, Van Qoqu çox sevirəm". Rəssamın mənzərə və natürmort əsərlərində daha çox impressionit xüsusiyyətlərə rast gələ bilərik. Rəssamın mənzərə əsərlərindən "Şuşa" (1947), "Al səhər" (1966), "Yay" (1972), "Payız" (1972), "Sərbəstlik" (1980), "Payız günəşi" (1980), "Payız bağında" (1982), natürmort əsərlərindən isə "Qızılgüllər" (1943), "Qarpız və güllər" (1954), "Payız gülləri" (1956), "Siniyalar" (1964), "Süsənlər" (1965), "Aprel" (1970), "Türk qərənfilləri" (1971), "Bahar" (1975), "Pionlar" (1978), "Nar çiçəkləri" (1979) və digərlərinin adlarını qeyd edə bilərik. Rəssamın mənzərə və natürmort əsərlərinə tamaşa edəndə onun hansı dərəcədə bədii təxəyyülə, həssas müşahidə və duymaq qabiliyyətinə malik olduğunu görmək olur. Rəssamın mənzərə və natürmort əsərləri sözün əsl mənasında ilahi gözəlliyin kamil görüntülərini əks etdirən təbiət lövhələridir.
X.Səfərova 1985-ci ildə ongünlük müddətdə Fransada yaradıcılıq ezamiyyətində olmuşdur. Rəssam həmin ildən başlayaraq yaradıcılığı boyu Fransada gördüklərini, yaradıcı rəssam həssaslığı ilə müşahidə etdiklərini incə duyğularla lirik rəngkarlıq tablolarında əks etdirmişdir. X.Səfərovanın Fransa mövzulu - "Marsel. İf qəsri", "Sakit guşə. Paris", "Parisdə axşam", "Eyfel qülləsi", "Dode dəyirmanı, Arl", "Zəfər tağı. Paris", "Mulen Ruj. Paris", "Sena sahili", "Pol Sezanın evi", "Paris. Muftar məhəlləsi" adlı tabloları 2002-ci ildə Fransanın Azərbaycandakı səfirliyində təşkil olunmuş rəssamın fərdi sərgisində uğurla nümayiş olunmuşdur.
Görkəmli sənətkarın uğurlu bədii yaradıcılıq fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, Əməkdar rəssam (1977) və Xalq rəssamı (1989) fəxri adlarına və Prezident təqaüdünə layiq görülmüşdür. X.Səfərovanın sənət əsərlərindən fərdi sərgiləri təşkil olunmuşdur. Bu il rəssamın anadan olmasından 100 il, dünyasını dəyişməsindən isə 20 il ötür. Xalq rəssamı Xalidə Səfərovanın uğurlu yaradıcılıq fəaliyyəti sənət adamlarının və onu sevənlərin yaddaşında həmişə yaşayacaqdır.
Əsəd QULİYEV,
Azərbaycan Rəssamlar İttifaqının üzvü, sənətşünas
“Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1051-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə
M.C.Əliyevin "Şərəf" ordeni ilə təltif edilməsi haqqında
“Sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatından istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 3 sentyabr tarixli 341 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
“Aviasiya təhlükəsizliyinin təmini sahəsində personalın hazırlığı Qaydası”nın təsdiq edilməsi haqqında
Zərərçəkən: Tibb məntəqəmiz, sanitar maşınlarımız, həkimlərimiz artilleriya zərbələrinə məruz qalmışdı – VARDANYANIN MƏHKƏMƏSİ
Bakıda Pakistanın Milli Günü münasibətilə rəsmi qəbul təşkil edilib
UNESCO İcraiyyə Şurasının sessiyasında Azərbaycanın Milli bəyanatı səsləndirilib
Qərbi Azərbaycan həqiqətlərindən bəhs edən yeni nəşrlərin təqdimatı olub
Azərbaycan və Çin liderlərinin sıx münasibətləri ölkələrimizin əməkdaşlığına töhfə verir
Azərbaycan Ordusunda döyüş atışlı taktiki təlim keçirilib
Səfir: Ermənistan işğal dövründə Azərbaycan torpaqlarında 1,5 milyondan çox mina basdırıb
Xanlar Vəliyevin səlahiyyət müddətinin başa çatması ilə əlaqədar tədbir keçirilib
Nazirlər Kabinetində İran nümayəndə heyəti ilə görüş keçirilib
Faktiki hava: Ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur
FHN gözlənilən hava şəraiti ilə əlaqədar təhlükəsizlik qaydalarına riayət etməyə çağırır
Tbilisidə 31 Mart soyqırımı, Qərbi Azərbaycana Qayıdış və mina problemlərinə həsr olunmuş beynəlxalq konfrans keçirilib
Teymur Musayev: TDT üzv ölkələrinin 200 milyona yaxın əhalisi səhiyyə investisiyaları üçün böyük maraq yaradır
Səhiyyə naziri Astanada bir sıra görüşlər keçirib
Azərbaycanda ilk dəfə smart televizorlar istehsal ediləcək
Müstəqilliyimiz əbədidir: İslam dininin, “Qurani-Kərim”in Azərbaycan xalqı üçün açdığı yol davam edəcək
Yanvar-mart aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 15 faizə qədər artıb
Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ başlayır04 Aprel 2025
SÜLHSEVƏR DÜNYANIN FİKİR ÜNVANI03 Aprel 2025
Yenidən qurulan Ağdamda Böyük qayıdış təntənəsi02 Aprel 2025
Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik28 Mart 2025
Son 5 ilin Novruzu20 Mart 2025
Mediasiyanın effektivliyinin artırılması məqsədilə bir sıra normalar təkmilləşdirilir19 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | 3 | 4 | 5 | 6 | |
7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
28 | 29 | 30 |
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!