06 Aprel 2025 00:17
597
Mədəniyyət
A- A+
Nizami Kino Mərkəzində "Tağıyev: Çar" bədii filminin təqdimat mərasimi olub

Nizami Kino Mərkəzində "Tağıyev: Çar" bədii filminin təqdimat mərasimi olub


Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva tədbirdə iştirak edib


Aprelin 4-də Nizami Kino Mərkəzində böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin ömür yoluna həsr edilən "Tağıyev: Çar" bədii filminin təqdimat mərasimi olub.

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində layihənin rəhbəri və baş prodüseri, Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, mədəniyyət naziri Adil Kərimli, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.

Təqdimat mərasimindən əvvəl filmdə rol alan Xalq artisti Qurban İsmayılov jurnalistlərə açıqlamasında filmin böyük zəhmət bahasına başa gəldiyini deyib. 

"Tamaşaçılara tövsiyə edirəm ki, bu filmə baxsınlar, çünki belə şəxsiyyətlər çox az olur. Onlar haqqında film çəkmək bütün yaradıcı insanların borcudur. Bu film eyni zamanda gənc nəsil üçün bir nümunədir," - deyə o qeyd edib.

Ekran əsəri Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə hazırlanıb.

Nümayişdən əvvəl məlumat verilib ki, "Tağıyev: Çar" filmi böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat hekayəsinə həsr olunan "Tağıyev" filminin ikinci hissəsidir. 

Bakı Media Mərkəzinin istehsalı olan filmdə XIX əsrin sonu - XX əsrin əvvəlində Bakı və regionda baş verən mühüm tarixi hadisələrə toxunulur. Çarı qarşılamaq təlaşı ilə paytaxt Bakının güc mərkəzləri hərəkətə keçir. Bu vəziyyətdə Hacı Zeynalabdin Tağıyev də öz çevik zəkası ilə vacib addımlar atır, qərarlar verir. Artıq məşhur milyonçu və xeyriyyəçiyə çevrilmiş Hacı bu zaman şəhər rəhbərliyi ilə ciddi mübahisələr də yaşayır. 

Azərbaycan tarixinin tanıdılmasında və milli dəyərlərimizin təbliğində vacib əhəmiyyət daşıyan dördhissəli filmin ilk bölümü "Tağıyev: Neft" məhz böyük xeyriyyəçinin vəfatının 100 illiyinin qeyd olunduğu 2024-cü ildə təqdim edilib. Filmin ilk bölümü ilin əlamətdar mədəniyyət hadisəsinə çevrilib və ölkə kinoteatrlarında yayımlanaraq geniş izləyici kütləsi toplayıb, onu kinoteatrlarda 70 mindən çox tamaşaçı izləyib. Eyni zamanda film beynəlxalq səviyyədə ilk uğurunu da qazanıb. Bədii filmin ilk bölümü dünyaca məşhur "Dehancer Colourist Awards 2024" festivalına qatılaraq keyfiyyətli rəng korreksiyalı tammetrajlı film nominasiyasında qalib gəlib.

Ekran əsəri Bakıda başmaqçı ailəsində dünyaya gələn və sonrakı milyonçu taleyi ilə öz xalqı üçün böyük işlər görən Hacı Zeynalabdin Tağıyevin həyatının ən müxtəlif dövrlərini özündə əks etdirir. Filmdə dövrünün nüfuzlu xeyriyyəçisi olan Tağıyevin fəaliyyəti ilə bağlı verdiyi çətin qərarlar, uğur qazanacağına olan inamı, inadkarlığı, sadə insanlara göstərdiyi dəstək, cəmiyyətin təhsil səviyyəsinin yüksəlməsi üçün atdığı tarixi addımlarla yaxından tanış olmaq, onun yaşadığı dövrə bir növ səyahət etmək mümkün olacaq. Ekran əsəri Şərqdə ilk "Qızlar məktəbi"nin Azərbaycanda tikilməsinə, ölkədə neft sənayesinin inkişafına, Bakı şəhərinin zəruri infrastrukturunun yaradılmasına nail olan Tağıyevin yaşadığı cəmiyyətin inkişafında oynadığı əvəzsiz rolu tamaşaçıya bədii-estetik formada təqdim edir. 

Filmin çəkilişləri öz miqyasına görə də Azərbaycan kinematoqrafiya tarixinə düşüb. 76 fərqli məkanda çəkilişləri baş tutan filmdəki kütləvi səhnələrdə 2500-ə yaxın yaradıcı şəxs iştirak edib. Filmin tarixi səhnələri üçün 300-dən çox dekorasiya hazırlanıb. Tağıyevin yaşadığı tarixi dövrü tam əks etdirmək üçün xüsusi geyim emalatxanası yaradılıb, çoxlu sayda libas, aksesuar, zərgərlik nümunəsi və xüsusi rekvizitlər hazırlanıb.  

Filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, operatoru Vladimir Artemyev, rəssamı Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhim və bəstəkarı Etibar Əsədlidir.

Xalq artistləri Pərviz Məmmədrzayev, Qurban İsmayılov, Əməkdar artistlər Rasim Cəfər, Elşən Rüstəmov, Natəvan Hacıyeva da daxil olmaqla, geniş peşəkar aktyor heyəti filmdə tarixi personajları canlandırıblar. 

Ekran işinin ərsəyə gəlməsinə "Neqsol Holding", "Kapital Bank", "Bakcell" və "Norm" şirkətləri də dəstək verib.

Nümayişdən sonra çıxış edən ssenari müəllifi Zaur Qasımlı filmin ərsəyə gəlməsində əməyi olanlara təşəkkürünü bildirib. 

Filmin təqdimatı böyük maraqla qarşılanıb.

Qeyd edək ki, Azərbaycan tarixini yaşatmaq, həqiqətləri olduğu kimi çatdırmaq yarandığı ilk gündən Bakı Media Mərkəzi üçün böyük önəm daşıyır. Mərkəz bu müddət ərzində ölkəmizin ən müxtəlif tarixi dövrlərini özündə əks etdirən və ictimaiyyət tərəfindən geniş marağa səbəb olan "Hədəf Bakıdır", "Miras", "Son iclas", "Əbədi ezamiyyət", "Biz", "Şuşa, sən azadsan!" kimi filmlər istehsal edib. 

"Tağıyev: Çar" bədii filminin treylerini bu linkdən izləmək olar: https://www.youtube.com/watch?v=T2DO2juNRMo

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qəbələ-Xankəndi ultramarafonu: İlk mərhələnin qalibi bəlli olub

12:27
10 Aprel

Baş Prokurorluğun nümayəndə heyəti Argentinada işgüzar səfərdə olub

12:25
10 Aprel

Şimali Kiprin Baş naziri: Prezident İlham Əliyevə öz adımdan və Kipr türkləri adından təşəkkür edirəm  

12:02
10 Aprel

Bakı və Aktau limanları arasında qarşılıqlı elektron fəaliyyət formatı tətbiq edilir  

11:53
10 Aprel

Aprelin 13-də 51 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək

11:47
10 Aprel

Prezident İlham Əliyevin “Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumdakı çıxışı Gürcüstan mətbuatının diqqət mərkəzində olub  

11:21
10 Aprel

Səudiyyə Ərəbistanı zəvvarları Həcc ziyarəti üçün qeyri-rəsmi kanallardan istifadə etməməyə çağırıb  

11:09
10 Aprel

“AzerGold” Pakistanda ölkələrarası işgüzar görüş və beynəlxalq forumda iştirak edib  

10:53
10 Aprel

Heydər Əliyev Beynəlxalq Aeroportu daha bir "Skytrax" mükafatına layiq görülüb  

10:41
10 Aprel

Azərbaycan neftinin qiyməti azalıb  

10:32
10 Aprel

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb

10:29
10 Aprel

Leyla Əliyevanın təşəbbüsü ilə Nizami Kino Mərkəzində sənədli film nümayiş olunub  

10:21
10 Aprel

İsveç qızıl ehtiyatlarını ABŞ-da saxlamağa davam edəcək  

10:08
10 Aprel

Qəbələ-Xankəndi ultramarafonuna start verilib

09:57
10 Aprel

Ağdam sakini: Doğma el-obama qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur  

09:41
10 Aprel

Keçmiş məcburi köçkün: Birlik və həmrəylik nümayiş etdirərək düşmənə layiqli cavab verdik  

09:32
10 Aprel

Azərbaycan Ordusunun mövqeləri Tovuzqala istiqamətindən atəşə tutulub  

09:19
10 Aprel

Böyük Qayıdış: Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb  

09:04
10 Aprel

Maarifçi xeyriyyə cəmiyyətləri

09:00
10 Aprel

Azərbaycan Xalq Cümhuriyyətinin ilk xarici işlər naziri

08:55
10 Aprel

İhsan Doğramacı fenomeni

08:50
10 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!