04 Aprel 2025 09:05
444
Mədəniyyət
A- A+
Sənətini sevən və sevdirən aktyor

Sənətini sevən və sevdirən aktyor


Bu gün Xalq artisti Muxtar Maniyevin 90 illik yubileyi qeyd edilir


Onun milli kinomuzun inkişafında xidmətləri misilsizdir. Xalq artisti Muxtar Maniyev öz istedadı, sənətə bağlılığı, sevgisi və fədakarlığı ilə Azərbaycan kinosunun bənzərsiz və əvəz-edilməz sənətkarlarından biridir.

O, 1935-ci il aprelin 4-də Bakıda dünyaya gəlib. Muxtar Maniyev Bakıdakı 199 saylı məktəbdə təhsil almağa başlayıb. Orta məktəbi bitirdikdən sonra sənədlərini Neft-Kimya İnstitutuna verib. Qəbul imtahanlarından uğurla keçib, tələbə adını qazanıb. Mühəndis ixtisasına yiyələnib. Diplomunu aldıqdan sonra qəlbinin səsini dinləyib. Aktyorluq sənətinin sehrinə düşən Muxtar Maniyev başqa bir təhsil ocağına üz tutub. Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub.

Kino aləminə 1959-cu ildə çəkilən "Onu bağışlamaq olarmı?" filmində milis serjantı rolu ilə qədəm qoyub. Bir gün "Koroğlu" filminə çəkilişlərinə hazırlaşan kinorejissor Hüseyn Seyidzadə onun təhsil aldığı instituta aktyor axtarışı ilə gəlib. Birinci kurs tələbəsi olan Muxtar Maniyev ilk baxışdan kinorejissorun diqqətini cəlb edib. Onun 1960-cı ildə ekranlaşdırılan qəhrəmanlıq dastanında dəmirçi oğlu Polad roluna çəkilməsi belə olub. O zaman tənqidçilərin Muxtar Maniyevin ifası barədə müsbət sözlər söyləmələri kinorejissorun seçiminin uğurlu olduğunu təsdiq edib.

Bundan sonra o, bir-birinin ardınca filmlərə dəvət olunub. Kinosevərlər Muxtar Maniyevi "İnsan məskən salır"da Məcid, "Bizim Cəbiş müəllim"də Nəcəfov, "Qərib cinlər diyarında" Akşad, "Bəxt üzüyü"ndə Zırpı, "Ölsəm…bağışla"da Seyidrza, "Bəyin oğurlanması"nda Qonaq, "Bakıda küləklər əsir"də Kərim, "Nəsimi"də Miranşah, "Sizi dünyalar qədər sevirdim"də Məmməd, "Babək"də İbn Muaz, "Qara gölün cəngavərləri"ndə Qoçu, "O qızı tapın"da Hacıbala, "Qızıl uçurum"da Xəlil, "Qorxma, mən səninləyəm"də Məhbus, "Cin mikrorayonda"da Ramiz, "Yaramaz"da iş icraçısı, "Yarımçıq qalmış mahnı"da Xədicənin qardaşı, "Şahid qız"da Həsən və digər rollarda görüblər. Aktyor tanındıqca daha çox sevilib. 

1960-cı illərdə görkəmli rejissor Adil İsgəndərov Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına rəhbərlik etdiyi dövrdə o, bu sənət ocağında çalışıb. Amma teatrda fəaliyyəti uzun sürməyib. Adil İsgəndərov "Azərbaycanfilm" kino-studiyasına direktor təyin edilib. Muxtar Maniyev də onun yanında işləməyə gedib.

O, eyni zamanda "Azərbaycanfilm" kinostudiyasının nəzdində açılmış, Adil İsgəndərovun rəhbərlik etdiyi aktyor kurslarında dərs deyib. Muxtar Maniyev gələcək həyat yoldaşı Nəsibə xanımla orada tanış olub. Həmin kursda Nəsibə xanım da aktyorluq dərsi alırdı. Tələbəsinə vurulub. Onunla  ailə qurub. Üç oğlu olub. Muxtar Maniyev qayğıkeş, mehriban ailə başçısı olub.

Muxtar Maniyev Azərbaycan kino sənətinin ən məhsuldar aktyorlarından biri kimi tanınıb. O, ümumilikdə 157 filmdə rol alıb. Yalnız bədii filmlərdə deyil, "Mozalan" satirik kinojurnalında da bir sıra maraqlı rollara ekran ömrü verib.

Çəkildiyi filmlərin sayı çox olsa da, istedadlı kinoaktyorun sənət yolu enişsiz-yoxuşsuz, rəvan keçməyib. O, satirik rolları da, dramatik rolları da eyni ustalıqla yaradıb. Kinorejissorlar ona bir-birindən fərqlənən, müxtəlif səpkili rollar həvalə ediblər. Ancaq… Kino fəaliyyəti barədə Muxtar Maniyev belə deyib: "Mən fağır uşaq olmuşam, çəkilib bir kənarda dayanmışam, lazım olanda çağırıblar, gedib çəkilmişəm. Belə deyim də: əlimyandıda yada düşmüşəm".

Qürurlu, ötkəm adam olub. Kimsəyə ağız açmağı, minnət etməyi sevməyib. Bəzən onu filmə təsdiq ediblər, sonra heç bir açıqlama vermədən çəkmək istəməyiblər. Muxtar Maniyevi baş rola təsdiq edib, ancaq ikinci dərəcəli rola çəkdikləri də az olmayıb. Sənətini çox sevən, kin-küdurət bilməyən aktyor heç nəyə əhəmiyyət vermədən yaradıcılıq yolunu davam etdirib, rolun böyük-kiçikliyinə baxmadan filmlərdə çəkilib. Beləcə, 40 ildən artıq sənət yolu keçərək milli kinomuzun inkişafında əvəzedilməz işlər görüb.

Müxtəlif xarakterli rolları ekranda uğurla canlandırıb. Onun qəhrəmanları arasında dürüstlər də, vicdanını itirməmişlər də, fırıldaqçılar da var. Aktyoru filmlərdə bəzən şux, zarafatcıl, bəzən çox ciddi, qaraqabaq görürük. Muxtar Maniyev kinorojissorların həvalə etdikləri hər bir rolu yüksək peşəkarlıqla, bənzərsiz aktyorluq ifası, məharəti ilə təqdim edib. Kino tənqidçiləri onun haqqında yazıblar ki, Muxtar Maniyevin konkret ampluası yoxdur. Bu fikrə böyük sənətkar müsahibələrindən birində belə münasibət bildirib: "Bu, aktyorun imkanlarının genişliyi deməkdir. Mən xoşbəxt adamam ki, heç vaxt özümü məhdudlaşdırmamışam. Filan rolda oynaya bilərəm, o birində yox deməmişəm. Qətiyyən! Hansı rol təklif olunubsa, oynamışam. Oynamaq istəyib, oynaya bilmədiyim rollar da olub…"

Azərbaycan kino sənətinə xidmətləri mükafatsız qalmayıb. O, 1982-ci ildə Əməkdar artist, 2000-ci ildə isə Xalq artisti adını alıb. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Cavanlığında idmanın müxtəlif növləri - üzgüçülüklə, boksla, güləşlə məşğul olan Muxtar Maniyev fiziki cəhətdən güclü olub. Ancaq ağır xəstəliklər ondan yan keçməyib. Uzun illər ürək-qan dövranının pozulması və şəkər xəstəliyindən əziyyət çəkib. Amansız xəstəliklərlə çarpışdığı illərdə ayrı düşdüyü çəkiliş meydanlarının xiffətini çəkib…

Görkəmli sənətkar 2016-cı il dekabrın 22-də, 81 yaşında dünyasını dəyişib. Vəsiyyətinə uyğun olaraq, Qala qəsəbəsində valideynlərinin yanında dəfn edilib.

Bənzərsiz aktyor filmlərdə yaratdığı bir-birindən maraqlı rolları ilə unudulmazdır…


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1051-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə 

01:08
09 Aprel

M.C.Əliyevin "Şərəf" ordeni ilə təltif edilməsi haqqında

01:07
09 Aprel

“Sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatından istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 3 sentyabr tarixli 341 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:06
09 Aprel

“Aviasiya təhlükəsizliyinin təmini sahəsində personalın hazırlığı Qaydası”nın təsdiq edilməsi haqqında

01:05
09 Aprel

Zərərçəkən: Tibb məntəqəmiz, sanitar maşınlarımız, həkimlərimiz artilleriya zərbələrinə məruz qalmışdı – VARDANYANIN MƏHKƏMƏSİ  

23:02
08 Aprel

Bakıda Pakistanın Milli Günü münasibətilə rəsmi qəbul təşkil edilib  

23:00
08 Aprel

UNESCO İcraiyyə Şurasının sessiyasında Azərbaycanın Milli bəyanatı səsləndirilib

19:53
08 Aprel

Qərbi Azərbaycan həqiqətlərindən bəhs edən yeni nəşrlərin təqdimatı olub

19:51
08 Aprel

Azərbaycan və Çin liderlərinin sıx münasibətləri ölkələrimizin əməkdaşlığına töhfə verir  

19:50
08 Aprel

Azərbaycan Ordusunda döyüş atışlı taktiki təlim keçirilib

19:49
08 Aprel

Səfir: Ermənistan işğal dövründə Azərbaycan torpaqlarında 1,5 milyondan çox mina basdırıb  

19:47
08 Aprel

Xanlar Vəliyevin səlahiyyət müddətinin başa çatması ilə əlaqədar tədbir keçirilib  

19:46
08 Aprel

Nazirlər Kabinetində İran nümayəndə heyəti ilə görüş keçirilib  

19:45
08 Aprel

Faktiki hava: Ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur  

19:43
08 Aprel

FHN gözlənilən hava şəraiti ilə əlaqədar təhlükəsizlik qaydalarına riayət etməyə çağırır  

19:43
08 Aprel

Tbilisidə 31 Mart soyqırımı, Qərbi Azərbaycana Qayıdış və mina problemlərinə həsr olunmuş beynəlxalq konfrans keçirilib  

19:38
08 Aprel

Teymur Musayev: TDT üzv ölkələrinin 200 milyona yaxın əhalisi səhiyyə investisiyaları üçün böyük maraq yaradır  

19:34
08 Aprel

Səhiyyə naziri Astanada bir sıra görüşlər keçirib

19:31
08 Aprel

Azərbaycanda ilk dəfə smart televizorlar istehsal ediləcək  

19:22
08 Aprel

Müstəqilliyimiz əbədidir: İslam dininin, “Qurani-Kərim”in Azərbaycan xalqı üçün açdığı yol davam edəcək  

19:13
08 Aprel

Yanvar-mart aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 15 faizə qədər artıb  

19:01
08 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!