Aprel döyüşlərindən 9 il ötür. Cəmi dörd gün davam edən bu döyüşlər Azərbaycanın hərb tarixinə parlaq səhifələr kimi daxil olmuşdur. Bu gün əbəs yerə Azərbaycan xalqının və ordumuzun qəhrəmanlığının nümayişi olan Aprel döyüşlərini Vətən müharibəsindəki möhtəşəm Zəfərin başlanğıcı kimi dəyərləndirmirlər.
Aprel döyüşlərinin ən gərgin nöqtələrindən biri Ağdərə-Tərtər-Ağdam və Füzuli istiqaməti idi. Uğurlu əməliyyatlar nəticəsində Tərtər rayonunun Talış kəndi istiqamətindəki yüksəkliklər işğalçılardan təmizləndi və Naftalan şəhərinə yarana biləcək təhlükə aradan qaldırıldı. Digər bir istiqamətdə geniş ərazini nəzarətdə saxlamaq imkanı verən olduqca strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi Azərbaycan Ordusunun nəzarətinə keçdi. Bu döyüşlərdə düşmənin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edildi, 800-dən çox hərbçisi zərərsizləşdirildi, Suqovuşanda yerləşən qərargahı və əsas hərbi hissələri dağıdıldı. Bununla da Ağdərə-Suqovuşan, Cəbrayıl istiqamətindəki yolları nəzarətdə saxlamaq mümkün oldu.
Prezident, Ali Baş Komandan İlham Əliyevin Aprel döyüşlərinin ildönümü ərəfəsində bir qrup hərbçi ilə görüşdə dediyi sözlər həmin qələbənin strateji əhəmiyyətini tam dəqiqliyi ilə ifadə edir: "Aprel döyüşləri eyni zamanda ordumuzun peşəkarlığını göstərmişdir. Ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu. Bu gün bu strateji yüksəkliklər, mövqelər, işğaldan azad edilmiş ərazilər bizə imkan verir ki, təmas xəttində mövcud olan vəziyyətə tam nəzarət edək və istədiyimiz tədbiri görə bilək".
Azərbaycan Ordusu uğurlu Aprel döyüşlərindən ruhlanaraq iki il sonra daha bir zəfərə imza atdı. 2018-ci ilin mayında Əlahiddə Ümumqoşun Ordu tərəfindən Naxçıvanın Günnüt kəndi və ətraf ərazilərin nəzarət altına alınması bir daha göstərdi ki, haqq işi uğrunda savaşa hər an hazır olan əsgər və zabitlərimiz qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirməyə qadirdirlər.
Və belə də oldu. 9 il əvvəl Lələtəpədə ucaldılan Azərbaycan bayrağı indi Qarabağın və Şərqi Zəngəzurun hər yerində, hər yaşayış məntəqəsində, hər yüksəkliyində dalğalanır. Bu gün şanlı döyüş yolu keçən Azərbaycan Silahlı Qüvvələri özünün ən qürurlu illərini yaşayır. Bu qüruru bizlərə Müzəffər Ali Baş Komandan və rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitləri, sağlamlığını itirən qazilərimiz, torpaqlarımız uğrunda canından keçən igid Vətən oğulları yaşadır.
Onların sırasında Qazaxın üç şəhidi - Fərəhli kəndinin qəhrəman oğlu kapitan Mühüd Qurban oğlu Orucov, Yuxarl Salahlı kəndinin igid zabiti baş leytenant Elvin Məmməd oğlu Namazov və Aslanbəyli kəndinin cəsur övladı əsgər Orxan Məhəmmədoğlu Əliyev də var. Rayon icra hakimiyyətinin əməkdaşları və şəhidlərin yaxınları Aprel döyüşlərinin 9-cu ildönümü ilə bağlı igid Vətən oğularının əziz xatirəsini dərin ehtiramla yad etmişlər. Rayon icra hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev şəhidlərin ailəsinə dərin hüznlə başsağlığı vermiş və bildirmişdir ki, bu gün Aprel döyüşlərindən 9 il ötsə də, xalqımız o şanlı tarixi və torpaq uğrunda canından keçən şəhidlərimizi unutmur, ildən-ilə şəhidlərimizə olan hörmət və ehtiramı daha da artır: "Aprel döyüşlərində ordumuzun qüdrəti qarşısında vahiməyə düşən düşmən Azərbaycan əsgərinin gücünü bir daha gördü, xalqımızın ərazi, torpaq məsələsində heç zaman güzəştə getməyəcəyini növbəti dəfə anladı. Şanlı Azərbaycan Ordusu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən mühribəsində qazandığı tarixi Zəfər ilə bunu sübut etdi".
S.YUNİSOĞLU,
"Azərbaycan"
Gürcüstan Prezidenti Azərbaycan səfiri ilə regional vəziyyəti müzakirə edib
Şamil Ayrım: Qərbi azərbaycanlılara qarşı haqsızlıqların dünya ictimaiyyətinə çatdırılması olduqca vacibdir
Bağanıs Ayrımda erməni hərbçilərin yandıraraq qətlə yetirdikləri 39 günlük körpə ilə bağlı videomateriallar məhkəmədə nümayiş etdirilib
Sankt-Peterburqda Vladimir Putinlə ABŞ Prezidentinin xüsusi nümayəndəsi arasında görüş keçirilir
Əziz Ələkbərli: Qərbi azərbaycanlılar 38 il əvvəl Ermənistanın qanuni vətəndaşları olublar
“Diplomatic World Sweden” nəşrində Bakıda keçirilmiş “Yeni dünya nizamına doğru” forumu haqqında məqalə dərc edilib
Ceyhun Bayramov BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi ilə görüşüb
Prezident İlham Əliyevin Antalyada Sudanın Suveren Keçid Şurasının Sədri ilə görüşü olub YENİLƏNİB
Prezident İlham Əliyev Antalyada Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb YENİLƏNİB
Aprelin 11-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.
Azərbaycan-Moldova biznes-forumu keçirilib
Gimnaziada: Azərbaycan cüdoçuları ilk gündə 4 medal qazanıblar
AFFA İcraiyyə Komitəsinin qərarları açıqlanıb
Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 6-cı iclası keçirilib
Azərbaycan Prokurorluğu ilə BMT-nin müxtəlif institutları arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Milli Məclisinin Korsika Xalqına Dəstək Qrupu Fransa Milli Assambleyasının qətnaməsinə etiraz edib
Antalya şəhərində Antalya Diplomatiya Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-2
“Los-Anceles-2028” Yay Olimpiya Oyunlarının proqramında dəyişikliklər edilib
Xəzərin dayazlaşması Aktau limanında gəmilərin yük tutumunu azaldır
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri səmərəli və uğurla həyata keçirilir
İqtisadi Şuranın növbəti iclası keçirilib
Qürurdoğuran inkişaf, yüksək rifah və güclü dövlət11 Aprel 2025
İlham Əliyevdən dünyaya ədalət dərsi09 Aprel 2025
Müzəffər Ali Baş Komandan, hərbi güc, qüdrətli dövlət09 Aprel 2025
MÜSTƏQİL SİYASƏT APARAN AZƏRBAYCAN08 Aprel 2025
İlham Əliyevin qətiyyətinə söykənən enerji təhlükəsizliyi06 Aprel 2025
Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ başlayır04 Aprel 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!