Azərbaycan-Birləşmiş Krallıq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fariz İsmayılzadə Birləşmiş Krallıq parlamentinin Ermənistan üzrə parlament qrupuna etiraz məktubu ünvanlayıb.
Məktubda deyilir ki, Birləşmiş Krallıq hökumətinə bu yaxınlarda etdiyiniz müraciətlə əlaqədar biz Ermənistanın 30 illik işğalı dövründə törədilmiş müharibə cinayətləri, etnik təmizləmələr və hərbi təcavüz üçün məsuliyyət daşıyan şəxslərin mühakiməsi prosesini nüfuzdan salmağa yönələn əsassız ittihamları qətiyyətlə rədd edirik. Bu insanların "hərbi əsir" adlandırılması və azadlığa buraxılmasına çağırışlar edilməsi onların törətdiyi və əsaslı sübutlarla təsdiqlənən cinayətlərinə göz yumulması deməkdir.
İşğal zamanı Ermənistan bir milyona yaxın azərbaycanlını zorla yurd-yuvasından didərgin salmış, Xocalı soyqırımı, urbisid, kulturosid və ekosidaktları törətmişdir. Azərbaycan şəhərləri və kəndləri yerlə yeksan edilmiş, onun mədəni və dini mirası dağıdılmış, ətraf mühitə ciddi ziyan vurulmuşdur. Bundan əlavə, Ermənistan işğal olunmuş ərazilərdə minalar basdıraraq Azərbaycanı dünyanın minalarla ən çox çirklənmiş ölkələrindən birinə çevirmişdir. Bu minalar mülki insanları öldürməyə və yaralamağa davam edir, köçkünlərin geri dönməsini və bərpa səylərini ləngidir.
Məktubda göstərilir ki, bütün bu hadisələrin daha bir dəhşətli nəticəsi isə itkin düşmüş 4 minə yaxın azərbaycanlının, o cümlədən qadınların və uşaqların aqibətidir. Ermənistan kütləvi məzarlıqlar barədə məlumat verməkdən imtina edir, halbuki bu cür məlumat onların yerini müəyyənləşdirməyə kömək edə bilərdi. Bununla yanaşı, erməni liderləri uzun müddətdir ki, azərbaycanlılara qarşı etnik nifrəti qızışdırırlar. Ermənistanın sabiq prezidentləri azərbaycanlıların qovulmasını və Xocalı soyqırımını dəstəkləyən bəyanatlar verərək etnik təmizləməyə açıq-aşkar haqq qazandırmışlar. Bütün bu cinayətlərə baxmayaraq, Ermənistanda heç kəs məsuliyyətə cəlb edilməmişdir, hərbi cinayətkarlar isə hələ də hörmət sahibidirlər.
Əksinə, Azərbaycan ərazi bütövlüyünün bərpasından sonra ədalət mühakiməsini təmin edir. 200-dən çox erməni Azərbaycan tərəfindən humanitar akt qaydasında azad edilsə də, müharibə cinayətlərində təqsiri olanlar Bakıda məhkəmə qarşısına çıxarılıblar. Azərbaycan qanunvericiliyinə uyğun olaraq, onlar hərbi təcavüz, müharibə cinayətləri, zorakılıqla yoxa çıxarma, işgəncə vermə, terrorçuluq və sair kimi cinayətlərdə ittiham edilirlər. Məhkəmə prosesi şəffafdır, hüquqi təmsilçilik təmin edilir və amansız rəftarla bağlı heç bir şikayət daxil olmamışdır.
Bu prosesin tənqid edilməsi haqq-ədalətə etinasızlıq göstərilməsi, etnik təmizləmənin və təcavüzün dolayısı ilə dəstəklənməsi deməkdir. Həqiqi sülh yalnız cavabdehlik yolu ilə əldə edilə bilər, haqq-ədalət olmadan möhkəm sülh mümkün deyildir.
Bildirilir ki, davam edən məhkəmə prosesi Ermənistan tərəfindən törədilmiş hərbi təcavüzə və işğala, eləcə də onun siyasi və hərbi xadimlərinin daşıdığı məsuliyyətə işıq salır. Bu proseslə bağlı narahatlıq mühakimənin gedişini pozmaq və məhkəmənin işinə müdaxilə etmək cəhdlərinə səbəb olmuşdur. Lakin bu cür səylərə qoşulmaq əvəzinə, hüquqi prosesə kömək göstərilməsi ədalət mühakiməsinə və bölgədə möhkəm sabitlik yaradılmasına töhfə verə bilərdi. Sülhə həqiqi sadiqlik məsuliyyətin tanınmasında və müharibə cinayətlərində əli olanların cavabdehliyinin təmin olunmasında əksini tapa bilər.
Bu cür məhkəmə yanaşması beynəlxalq birlik üçün gələcək münaqişələrin və beynəlxalq hüquq pozuntularının qarşısının alınmasında önəmli nümunədir. Cinayətlərə göz yumulması ədalətin bərqərar edilməsinə mane ola bilməz. Həqiqi və ədalətli məsuliyyət boş ritorika deyil, anlayışlı hərəkətlər tələb edir.
Məktubda vurğulanır ki, Birləşmiş Krallıq Parlamentinin bəzi üzvlərinin bu mövqeyi hazırda iki ölkə arasında cərəyan edən sülh prosesinə mənfi təsir göstərir.
Biz Ermənistanla Azərbaycan arasında keçmiş münaqişə barəsində Birləşmiş Krallıq hökumətinin tarazlı mövqeyini qiymətləndiririk. Beynəlxalq hüquq normalarına və prinsiplərinə uyğun olaraq, Birləşmiş Krallıq həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişdir. Bununla belə, Birləşmiş Krallıq Parlamentinin bəzi üzvləri tərəfindən Azərbaycanın Qarabağ bölgəsinin "Artsax" adlandırılması təkcə Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik deyildir, həm də Birləşmiş Krallıq hökumətinin keçmiş münaqişəyə dair rəsmi mövqeyinə ziddir və beynəlxalq hüququn kobudcasına pozulmasıdır.
Azərbaycan 30 illik ağrılı-acılı münaqişə səhifəsini çevirməyə və normallaşma istiqamətində irəliləyiş əldə etməyə çalışarkən, bu prosesi dəstəkləmək və Ermənistanla Azərbaycan arasında sülh sazişinin mətni, nəhayət, imzalansın deyə Ermənistanı mümkün qədər tez bir zamanda son mühüm addımları atmağa sövq etmək çox vacibdir. Bu, regionumuzda sülhə və firavanlığa nail olmağın yeganə yoludur.
"Azərbaycan"
Melikset Paşayan Ağdamın Azərbaycana aid olduğunu bilə-bilə orada Ermənistan hərbçisi kimi xidmət keçdiyini etiraf edib
Bakıda Qətər Mədəniyyəti Günlərinin rəsmi açılış mərasimi keçirilib
Davit Allahverdiyan Azərbaycanın vaxtilə işğal edilmiş suveren ərazilərində becərilən taxıl məhsulunun Ermənistana göndərildiyini etiraf edib
Ermənistan vətəndaşından məhkəmədə etiraf: Hərbi xidmətə Cermuxdan Füzuliyə getdim
Hərbi polisin yaranmasının 33-cü ildönümü qeyd olunub
Azərbaycanda enerji səmərəliyi sahəsində yeni dövlət standartları qəbul edilib
İƏİT forumunda Azərbaycanın ticarət və nəqliyyat əlaqələrinin artırılması məqsədilə görülən tədbirlər haqqında məlumat verilib
Şimşək çaxır, yağış yağır, küləyin sürəti güclənib - FAKTİKİ HAVA
Ağbənd körpüsünün 2026-cı ilin əvvəlində istifadəyə verilməsi planlaşdırılır
Ayın uzaq keçmişdə Yerin bir hissəsi olduğu düşünülür
“AzerGold”un İdarə Heyətinin sədri 4-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirib
Əslən erməni tarixçi: Qafqaz Albaniyası barədə həqiqətlərin tam araşdırılması ilə erməni kilsəsi haqqında da bir çox həqiqətlər məlum olacaq
Liviya Dövləti Prezident Şurası Sədrinin müavini Musa Al-Kunidən
Fransada jurnalistlər Milli Assambleyadan qovulublar
İstanbulda Rusiya və ABŞ nümayəndə heyətlərinin görüşü keçirilib
Milli Onkologiya Mərkəzinin Baş direktoru akademik Cəmil Əliyev beynəlxalq simpoziumun iştirakçılarını qəbul edib
Baş nazir Əli Əsədov Moldova Baş nazirinin müavini ilə görüşüb
Kopenhagen dünyanın ən xoşbəxt şəhəri elan edilib
Prezident İlham Əliyevin “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı dünya mediasının diqqət mərkəzində olub
Dmitri Peskov: Rusiya ilə ABŞ arasında İstanbulda keçirilən danışıqlar yalnız ikitərəfli münasibətlərlə bağlıdır
Vatikanda Qafqaz Albaniyası irsinə həsr edilən elmi konfrans işə başlayıb
Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ başlayır04 Aprel 2025
SÜLHSEVƏR DÜNYANIN FİKİR ÜNVANI03 Aprel 2025
Yenidən qurulan Ağdamda Böyük qayıdış təntənəsi02 Aprel 2025
Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik28 Mart 2025
Son 5 ilin Novruzu20 Mart 2025
Mediasiyanın effektivliyinin artırılması məqsədilə bir sıra normalar təkmilləşdirilir19 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!