19 Noyabr 2022 00:29
793
Elm və texnika
A- A+
Aya ilk toxunuş

Aya ilk toxunuş

 

20 iyul 1969-cu ildə amerikalı astronavtlar Nil Armstronq və Edvin Aldrin Aya enən ilk insanlar olublar. Armstronq Ayda ilk addımını atarkən demişdi: "Bu, insanlıq üçün kiçik bir addım, bəşəriyyət üçün böyük bir sıçrayışdır". 
1966-cı ildə Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) tərəfindən ilk pilotsuz "Apollon" kosmik gəmisi sınaqdan keçirilib. Daha sonra 1967-ci ildə Florida ştatında yerləşən Kennedi Kosmik Mərkəzində faciə baş verib, "Apollon" kosmik gəmisinin və Saturn raketinin pilotlu buraxılış sınağı zamanı yanğın olub. Nəticədə 3 astronavt həyatını itirib. Bütün uğursuzluqlara baxmayaraq, NASA bir çox sınaq həyata keçirib. 
Tarixi uçuş isə 1969-cu ildə həyata keçirilib. İyulun 16-da səhər saat 9:32-də dünyanın müşahidəsi ilə "Apollon 11" kosmik gəmisi astronavtlar Nil Armstronq, Buzz Aldrin və Maykl Kollins ilə birlikdə Kennedi Kosmik Mərkəzindən havaya qalxıb. 76 saat ərzində 386 min kilometr məsafəni qət etdikdən sonra "Apollon 11" iyulun 19-da Ayın orbitinə çıxıb. Ertəsi gün Armstronq və Aldrin tərəfindən idarə olunan Ay modulu Maykl Kollinsin qaldığı komanda modulundan ayrılıb və Ayın səthinə enməyə başlayıb. Aya enər-enməz Armstronq mərkəzə o məşhur mesajını göndərib: "Qartal yerə endi".
Ayın səthində olarkən kosmonavtlar ərazinin fotoşəkillərini çəkib, ABŞ bayrağını sancıblar, bir neçə sadə elmi tədqiqatlar aparıblar. Daha sonra isə Ay moduluna qayıdaraq səyahətlərini başa vuraraq Yerə qayıdıblar. Bu tarixi hadisə nəticəsində  bəşəriyyətin Ay ilə tanışlığı baş tutub. 
 

Digər Xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!