Yazda bu vaxtlar əkinçini yalnız sahədə tapmaq olar
Yurdumuza bahar qədəm qoyub. Həyatın, yaranışın əsası olan su, yel, od və torpağın adı ilə bağlı çərşənbələrimizin gəlişi ilə sanki təbiətdə bir canlanma, yenilənmə yaranıb. Havalar istiləşib, günlər uzanıb. Alça, ərik, şaftalı ağacları ağ, çəhrayı örpəyə bürünüb. Başqa ağaclar da tumurcuq düymələrini açmağa, yarpaqlanmağa tələsir.
Təbiət insanların da ovqatına öz təsirini göstərir. İnsan şirin yuxusundan təbiətin səsinə daha tezdən oyanır. Quşlar səs-səsə verib bahar nəğməsini oxuyur. Sənətindən, peşəsindən asılı olmayaraq, hər kəs yaratmağa, işə-gücə can atır.
Bu canlanma kənd yerlərində daha çox hiss olunur. Yazın gəlişi kəndlinin qayğılarını da artırıb. Kəndli indi hər gün günəşi iş üstündə, tarlada qarşılayır. Əkinçi taxıl, yonca sahələrini suvarır, torpağa yemləmə gübrəsi verir, alaq otlarına qarşı mübarizə tədbirləri görür. O, torpağı yazlıq bitkilərin əkininə hazırlayır, arat işi aparır, üzümlüklərdə, bağlarda aqrotexniki tədbirlər həyata keçirir. Çoban isə sübh çağı qoyun-quzunu örüşə sürüb aparır. Bir sözlə, çöldə, düzdə, bağda, meşədə, dağ döşündə həyat qaynayır.
Mürsəl Qafarov Neftçala rayon Boyat kənd sakini, fermerdir. Deyir ki, əkinçinin işi təbiətə bağlıdır. İl uğurlu gələndə onun əhvalı yaxşı olur: "Amma hər şeyi təbiətin üstünə də yıxmaq olmaz, insan özü də çalışqan olmalıdır".
- Sizcə, bu ili uğurlu hesab etmək olar?, - deyə soruşuram.
- Builki yazın qədəmləri uğurludur, - deyir. - Bir neçə dəfə yağış yağıb. Bunun da taxıl, yonca əkinlərinə xeyri var. Çöllərdə mal-qara üçün bol yaşıl ot kütləsi yaranıb. Fevral ayının sonlarında düşən qarın da yaxşı faydası oldu. Atalar deyib ki, Novruz bayramından bir ay əvvəl və bir ay sonra yağan qarın, yağışın xeyri əvəzsizdir. İnşallah, aprel ayında da bir-iki dəfə yağış yağsa, lap yaxşı olar.
- Bəs işləriniz necə gedir?
- Artıq yaz tarla işlərinə başlamışıq. Keçən ilin payızında 29 hektara arpa əkmişəm. Əkin zamanı torpağa toxumla birlikdə hər hektara 250 kiloqram ammofos gübrəsi vermişəm. Bu toxumun cücərməsinə və bitkinin inkişafına müsbət təsir göstərir. Payızda əkdiyim sahələri həm də suvarmışam. Yaxşı çıxış alınıb. İki dəfə də kökdənkənar yemləmə gübrəsi vermişəm. Tərkibində fosfor və azot olduğundan bu yemləmənin çox əhəmiyyəti olub. Hazırda bitkilər normal inkişaf edib. Atalar demişkən: "Altı ayda bir qarış, bir ayda altı qarış". Təqribən bir həftədən sonra arpa boru fazasına keçəcək. Allah qorusun.
Sonra da davam edir: "Yüksək məhsul götürməyə ümidim çoxdur. Keçən il də 29 hektara arpa toxumu səpmişdim. Hər hektarın məhsuldarlığı 30 sentner oldu. Bu, Muğan şəraiti üçün pis deyil. Keçən il həm də 34 hektara pambıq, 5 hektara vələmir əkmişdim. Pambığın hər hektarından 40, vələmirdən isə 35 sentner məhsul götürdüm. Yeri gəlmişkən, onu da deyim ki, vələmir heyvandarlıq üçün çox münasib bitkidir. Biçib kiplər şəklində bağlayır, qışda mal-qaraya veririk. O həm qaba yemi, həm də dənli olduğu üçün qüvvətli yemi əvəz edir".
Müsahibim pambıqçılıq haqqında da danışdı:
- Pambıq bizim üçün ənənəvi bitkidir. Bu il, sağlıq olsun, 33 hektarda pambıq əkməyi qərara almışam. İlin əvvəlindən "MKT-İK" MMC-nin Neftçala filialı ilə müqavilə bağlamışam. Filial bizə həmişə yaxından kömək göstərir. Bir-iki günə sahələri yaz aratına qoyacağam. Texnika, toxum, gübrə sarıdan heç bir çətinliyimiz yoxdur. Əkinə aprelin 10-dan başlayacağıq.
Mürsəl Qafarov onu da bildirdi ki, kəndli sənaye mallarından başqa heç nəyə pul xərcləməməlidir. Dükan-bazardan broyler toyuğu və yumurtası, göy-göyərti alan kənd adamlarını möhkəm tənqid etdi. Belələrini tənbəl, özünü işə verməyən adlandırdı. Sonra da 15 baş inək, 60 başdan artıq qoyun-keçi, lazımi qədər toyuq-cücə saxladığını, ətə, südə, yağa, qatığa, yumurtaya pul vermədiyini dedi.
M.Qafarov ali təhsilli kənd təsərrüfatı mütəxəssisidir. Kəndlərindəki orta məktəbi 1980-ci ildə bitirib, hərbi xidmətə gedib. Qayıdandan sonra Gəncədə Dövlət Kənd Təsərrüfatı Akademiyasına daxil olub və 1989-cu ildə oranı bitirib. Kəndlərindəki kolxozda zoomühəndis işləyib. Kolxoz quruluşu dağılandan sonra pay torpağında əkib-biçinlə məşğul olub. Sonralar əkin sahəsini genişləndirib. Qazandığı naliyyətlərə görə 2022-ci ildə Prezidentin sərəncamı ilə 3-cü dərəcəli "Əmək ordeni" ilə təltif edilib. Halal zəhməti ilə 4 qız, 1 oğul böyüdüb. Qızlarını köçürüb, 7 nəvənin babasıdır. Oğlu Səfər də ali təhsilli mütəxəssisdir, atasının yanında çalışır. Evlənməyə hazırlaşır.
Mürsəl Qafarov el adamıdır. Xeyirdə, şərdə onu camaatın yanında görmək olar. Xüsusi günlərdə, bayramlarda ehtiyacı olanlara əlindən gələni əsirgəmir. Özü də bunu elə edər ki, heç kəs bilməsin.
Bu gün yenə fermerin əli işdən soyumur. Hava işıqlanmamış tarlaya yola düşür, bir də qaş qaralanda evə dönür. Yazın ilıq nəfəsindən sanki güc alır, yorulmaq bilmir.
Seyran CAVADOV,
"Azərbaycan"
Ağstafada "Qərbi Azərbaycana qayıdış yolunda" adlı elmi-praktik konfrans keçirilib
Sumqayıtda Qərbi Azərbaycana qayıdış mövzusunda konfrans keçirilib
Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmaq istəklərini Ermənistan qəribçiliyə salmasın
Azərbaycanın barış və sülh missiyası
Ali etimad, yüksələn nüfuzun təcəssümü
Azərbaycan Premyer Liqası: “Turan Tovuz” evdə, “Şamaxı” səfərdə qələbə qazanıb
Ceyhun Bayramov: Antalya Diplomatiya Forumunun dünyada ən önəmli platformalardan birinə çevrilməsi sevindirici haldır
Milli Müdafiə Universitetində zabit heyətinin təkmilləşdirmə kursunun 70-ci buraxılış mərasimi keçirilib
Əziz Ələkbərli: Ermənistan Qərbi azərbaycanlıların geriyə qayıdış hüququnu tanımalı və təmin etməlidir
Azərbaycan və Venesuela arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib
Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramovun Antalyada Burkina Fasonun xarici işlər naziri ilə görüşü olub
Azərbaycan və Maldiv Respublikasının XİN rəhbərləri əməkdaşlıq imkanlarını müzakirə ediblər
Gürcüstanın Baş naziri: Azərbaycanın Qafqazda sabitliyin qorunmasındakı rolu çox böyükdür
Gimnaziada: Azərbaycan cüdoçuları son gündə 3 medal qazanıblar
Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər
Azərbaycan Psixoloqlarının I Konqresi keçirilib
ADF2025-də Türk Dövlətləri Təşkilatının özünəməxsus əməkdaşlıq modeli müzakirə olunub
Türkiyə nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsində olub
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Antalya Diplomatiya Forumunun panel iclasında iştirak edib
Raket və Artilleriya Qoşunları bölmələri ilə döyüş hazırlığı məşğələsi keçirilib
Qürurdoğuran inkişaf, yüksək rifah və güclü dövlət11 Aprel 2025
İlham Əliyevdən dünyaya ədalət dərsi09 Aprel 2025
Müzəffər Ali Baş Komandan, hərbi güc, qüdrətli dövlət09 Aprel 2025
MÜSTƏQİL SİYASƏT APARAN AZƏRBAYCAN08 Aprel 2025
İlham Əliyevin qətiyyətinə söykənən enerji təhlükəsizliyi06 Aprel 2025
Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ başlayır04 Aprel 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | 3 | 4 | 5 | 6 | |
7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
28 | 29 | 30 |
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!