Azərbaycanda ordu quruculuğu prosesi İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfərdən sonra uğurla davam etdirilir. Milli Müdafiə Universitetinin (MMU) yaradılması ilə bu prosesin elmi-nəzəri şəbəkəsi genişləndirilib.
Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Ordusunun Təlim-Tədris mərkəzində MMU-da zabit heyətinin təkmilləşdirmə kursunun 70-ci buraxılış mərasimi keçirilib.
Mərasimdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, eləcə də Azərbaycanın dövlət müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edən MMU rektorunun elm üzrə müavini - Hərbi Elmi-Tədqiqat İnstitutunun rektoru general-mayor Arif Həsənov MMU-nun fəaliyyətindən, hərbi tədris prosesindən, bu istiqamətdə həyata keçirilən yeniliklərdən, zabit heyətinin təkmilləşdirmə kurslarının ordu quruculuğunda səmərəsindən danışıb, məzun olanları kursu müvəffəqiyyətlə başa vurmaları münasibətilə təbrik edib.
Daha sonra kursu fərqlənmə ilə bitirən kapitan Müşfiq Rəhimli çıxış edərək belə kursların ordu quruculuğunda əhəmiyyətindən söz açıb, bu kursda əldə olunan yeni elmi biliklərin qoşunlarda döyüş hazırlığı prosesində uğurla tətbiq ediləcəyini bildirib.
Sonra kursu fərqlənmə ilə bitirənlərə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.
Yekunda zabitlərə sertifikatlar təqdim olunub, kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.
Bilmək istəyirəm
"Şahin" hərbi-idman oyunlarının zona birinciliyi keçirilib
Qusarda arıçılığa maraq çoxdur
Boradigah qəsəbəsində ağacəkmə aksiyası olub
Sumqayıt da yaşıllaşır
Mingəçevirdə həftə ərzində daha 3600 ağac və gül kolu əkilmişdir
Türkiyə klubu finalda
"İmişli" və "Karvan" Premyer Liqada
Hidayət Heydərov ilin ən yaxşı cüdoçusu seçildi
Avropa İttifaqı Azərbaycanın əhəmiyyətini anlayır və əvvəllər mövcud olan stereotiplərdən geri çəkilir
Tarix ən böyük ibrət dərsidir
Cümhuriyyət Ordusu 1920-ci il 28 aprel işğalının qarşısını ala bilərdimi?
Lerik kəndliləri builki baharı bərəkət fəsli adlandırırlar
Milli mətbuatımızın 150 illiyi ölkəmizdə geniş qeyd olunacaq
Avropa İttifaqı Azərbaycanla münasibətləri daha da inkişaf etdirməkdə maraqlıdır
Mühüm mərhələnin başlanğıcı
Prezident İlham Əliyevin qətiyyətli tələbi
Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, "Sosial sığorta haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında", "Uşaq hüquqları haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında", "Dövlət rüsumu haqqında", "İcra haqqında", "Ünvanlı dövlət sosial yardımı haqqında", "Sosial müavinətlər haqqında", "Əmək pensiyaları haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyaya qoşulmaq barəsində", "Əlilliyi olan şəxslərin hüquqları haqqında" və "Məşğulluq haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
"Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının MülkiProsessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, "Sosial sığorta haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında", "Uşaq hüquqları haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmı şiş vaxtı haqqında", "Dövlət rüsumu haqqında", "İcra haqqında", "Ünvanlı dövlət sosial yardımı haqqında", "Sosial müavinətlər haqqında", "Əmək pensiyaları haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyaya qoşulmaq barəsində", "Əlilliyi olan şəxslərin hüquqları haqqında" və "Məşğulluq haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 172-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında
“Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğunun və Zaqatala Tarix-Mədəniyyət Qoruğunun əsasnamələrinin təsdiq edilməsi və “Zaqatala Tarix-Mədəniyyət Qoruğunun Əsasnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1984-cü il 7 may tarixli 155 nömrəli Qərarının ləğv edilməsi barədə
“Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğunun və Zaqatala Tarix-Mədəniyyət Qoruğunun sərhədləri və mühafizə zonalarını əks etdirən xəritələrin təsdiq edilməsi haqqında
Dəmir iradənin qüdrəti22 Aprel 2025
Azərbaycan Prezidenti İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibə verib21 Aprel 2025
335 körpü, 45 tunel, 163 yerüstü və yeraltı keçid, 21 min kilometr yol20 Aprel 2025
İlham Əliyevin bir tələbi ilə...19 Aprel 2025
Azərbaycan Gürcüstanın əsas enerji təminatçısı, Gürcüstan Azərbaycanın Avropaya açılan qapısıdır18 Aprel 2025
Azərbaycan-Gürcüstan əlaqələri yüksələn xətlə inkişaf edir17 Aprel 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!