12 Aprel 2025 17:38
339
SİYASƏT
A- A+
Türkiyə nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsində olub

Türkiyə nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsində olub


Azərbaycana səfərə gələn Türkiyə Böyük Millət Məclisinin üzvləri, hakim Ədalət və İnkişaf Partiyasının təmsilçiləri, Kayseri bələdiyyəsinin yüksəkvəzifəli şəxsləri, ali məktəb rektorları, alimlər və sahibkarların daxil olduğu Türkiyə nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsində olub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Komitənin sədri Fuad Muradov Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərindən bəhs edərək, bütün müstəvilərdə olduğu kimi diaspor sahəsində də əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb.

Şuşa ilə Kayseri şəhərlərinin qardaşlaşması və Kayseridə Şuşa Azərbaycan Evinin fəaliyyətindən bəhs edən F.Muradov bildirib ki, Türkiyə ilə bu sahədə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır və iki qardaş ölkənin diaspor qurumları arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli müdafiə komissiyasının sədri Hulusi Akar göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirərək vurğulayıb ki, Azərbaycanla Türkiyə arasında münasibətlər təkcə dostluq və qardaşlıq deyil, həm də ortaq tarixə, mədəniyyətə və dəyərlərə söykənən sarsılmaz birliyin nümunəsidir. O qeyd edib ki, sarsılmaz, nümunəvi münasibətlərimiz regional sabitlik və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır.

TBMM-in Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım çıxışında hər iki ölkənin strateji maraqlarının üst-üstə düşdüyünü və siyasi, iqtisadi, hərbi, humanitar sahələrdə əməkdaşlığın durmadan inkişaf etdiyini diqqətə çatdırıb, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın qarşılıqlı etimada əsaslanan münasibətlərinin bu birliyi daha da möhkəmləndirdiyini bildirib. O, Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa xüsusi toxunaraq, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu və bundan sonra da qardaş dəstəyini davam etdirəcəyini vurğulayıb.

Sonra Fuad Muradov Kayseri Talas bələdiyyəsinin sədri Mustafa Yalçını və Şuşa Azərbaycan Evinin rəhbəri Elşən Qənbərovu “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif edib.

Sonda nümayəndə heyətinin üzvlərinə hədiyyələr təqdim olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və İran Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib  

22:37
16 Aprel

Leysan xarakterli intensiv və güclü yağıntılar nəticəsində çaylardan sel keçib – FAKTİKİ HAVA

22:19
16 Aprel

Gürcüstan Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

20:03
16 Aprel

ADY gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir  

20:02
16 Aprel

Gürcüstan Prezidenti ilə Milli Məclisdə görüş keçirilib

20:01
16 Aprel

Süni zəka itmiş şəxslərin tapılmasına kömək edəcək

19:06
16 Aprel

Milli Məclisdə Azərbaycanla Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub  

19:05
16 Aprel

DİN: Yola çıxarkən ehtiyatlı olun, yol hərəkəti qaydalarına ciddi riayət edin, piyadalara qarşı diqqətli davranın  

19:05
16 Aprel

Azərbaycan və Sloveniya parlament dostluq qruplarının görüşü keçirilib  

19:03
16 Aprel

Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclası keçirilib  

19:02
16 Aprel

Azərbaycan və Slovakiya arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib  

18:59
16 Aprel

Hacıqabul Sənaye Parkında 280 milyon manatlıq məhsul istehsal edilib  

18:58
16 Aprel

Fransa ilə Əlcəzair arasında münasibətlər daha da pisləşir

18:57
16 Aprel

Riçard Armitacın ailəsinə

18:55
16 Aprel

Əhməd İsmayılov: Azərbaycan reallıqlarının dünyaya çatdırılması istiqamətində mühüm addımlar atılıb

18:54
16 Aprel

Türkiyə nümayəndə heyəti DOST Mərkəzi, reabilitasiya və sosial xidmət müəssisələri ilə tanış olub  

18:54
16 Aprel

Türkiyə XİN: Yunanıstanın “Dəniz Məkanlarının Planlaşdırılması”nda göstərdiyi bəzi ərazilər Türkiyənin dəniz yurisdiksiyasını pozur  

18:53
16 Aprel

Parlamentin Əmək və sosial siyasət komitəsinin iclasında iki məsələ müzakirə edilib  

18:51
16 Aprel

Hulusi Akar: Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər səmimiyyətə və qardaşlığa əsaslanır  

18:50
16 Aprel

Dəməşqdə rejim dəyişəndən bəri 175 mindən çox suriyalı Türkiyəni tərk edib

18:49
16 Aprel

Macar ekspert: “Aİ-nin Avropa Sülh Fondu” öz adını tam doğrultmur  

18:49
16 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!