12 Aprel 2025 17:52
2572
Elm və texnika
A- A+
Azərbaycan Psixoloqlarının I Konqresi keçirilib 

Azərbaycan Psixoloqlarının I Konqresi keçirilib 

12 aprel 2025-ci il tarixində ölkəmizdə psixologiya sahəsində əlamətdar  hadisə baş verib: Psixologiya Elmi-Tədqiqat İnstitutunda Azərbaycan Psixoloqlarının I Konqresi keçirilib. 

Tarixi əhəmiyyət daşıyan bu tədbir Müasir Azərbaycan Psixoloqları Cəmiyyəti və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı, ali təhsil müəssisələrinin psixologiya kafedraları, dövlət və özəl qurumlarda çalışan psixoloqların dəstəyi ilə ərsəyə gəlib.

Konqres Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Tədbirdə dövlət rəsmiləri, akademik dairələrin tanınmış nümayəndələri, ali təhsil müəssisələrinin professor-müəllim heyəti təmsilçiləri və psixologiya sahəsində fəaliyyət göstərən mütəxəssislər iştirak ediblər.

Konqresin açılışında çıxış edən Milli Məclisin deputatı, Müasir Azərbaycan Psixoloqları Cəmiyyətinin sədri, AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev Azərbaycanda psixologiya elminin təşəkkülündən, bu sahənin inkişaf mərhələlərindən, aparıcı alim və mütəxəssislərin rolundan ətraflı bəhs edib. O, çıxışında dünya miqyasında psixologiya elminin inkişaf dinamikasına da nəzər salıb. Professor Bəxtiyar Əliyev vurğulayıb ki, Azərbaycanda  psixologiya elmi zəngin  ənənələrə əsaslanır və bu elm cəmiyyətin psixi rifahında, sosial-mənəvi inkişafında strateji əhəmiyyətə malikdir.  O, psixoloq və psixiatr arasındakı fərqlərə  toxunaraq bu sahədə ictimai maarifləndirmənin zəruriliyini  vurğulayıb.

Daha sonra çıxış edən Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov konqresin əhəmiyyətindən danışıb, iştirakçılara təşəkkürünü bildirib. O, rəhbərlik etdiyi institutun fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd edib ki, institut tərəfindən indiyədək 43 tədqiqat işi həyata keçirilib - onlardan 28-i test adaptasiyasına, 15-i modelləşdirməyə aid olub.  Eyni zamanda 22 tədqiqat məqaləsi beynəlxalq elmi bazalarda indekslənən jurnallarda nəşr edilib. İndiyə qədər tədqiqatlara "Web of Science"da 12, "Scopus"da 10, ümumilikdə 60 istinad olunub.

Konqresdə çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin sədri, professor Rəşad Mahmudov, deputat Nigar Məmmədova, ADPU-nun ümumi psixologiya kafedrasının müdiri, professor Ramiz Əliyev, Bakı Slavyan Universitetinin kafedra müdiri, professor Piralı Əliyev, Dövlət İdarəçilik Akademiyasının “Rəhbər dövlət idarəçiliyi kadrlarının ixtisasının artırılması” institutunun direktoru, professor Gülnarə Qurbanova, Gəncə Dövlət Universitetinin psixologiya kafedrasının müdiri, dosent Zümrüd Cavadova və ADPU-nun ibtidai təhsil fakültəsinin dekanı, professor Qızxanım Qəhrəmanova tədbirin yüksək səviyyədə təşkil olunduğunu qeyd edib, elmi mübadilə və əməkdaşlıq baxımından bu kimi platformaların vacibliyini vurğulayıblar.

Konqres çərçivəsində psixologiya elminin müxtəlif istiqamətlərini əhatə edən panel müzakirələri də keçirilib. Bu müzakirələrdə psixologiyanın təhsil, səhiyyə, idman və sosial həyatdakı rolu, tətbiqi psixologiyanın imkanları və metodoloji yanaşmalar, tədqiqatlar geniş şəkildə təhlil olunub. Müzakirələrdə tanınmış alimlər və praktiki psixoloqlar iştirak edərək sahənin aktual problemləri və gələcək perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Panel müzakirələrində prof. Elmar Hüseynov “İdmanda psixoloji xidmət”, dos. Məhərrəm Əliyev “Azərbaycan psixologiyasında metodologiya və metod problemi”, psixoloq Sevil Abbasova “Alfa nəslinin informasiya ilə işləmə xüsusiyyətləri”, psixoloq Ülviyyə Nəhmətova “Psixologiya təhsilinin inkişaf istiqamətləri”, p.ü.f.d Ramil Mirzəyev “Hərbi psixoloji xidmətin aktual məsələləri”, dos. Nurəli Çələbi “Tətbiqi psixologiyanın imkan və perspektivləri” mövzusunda məruzələrlə çıxış ediblər.

Konqresin bağlanış mərasimində çıxış edən professor Bəxtiyar Əliyev tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirərək bu cür tədbirlərin davamlı  keçirilməsinin vacibliyini qeyd edib.

Tədbir konqres iştirakçılarının xatirə şəkli çəkdirməsi ilə yekunlaşıb.


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

“Xüsusi İcra Məmurlarının Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında

01:22
18 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda dəyişiklik edilməsi haqqında

01:20
18 Dekabr

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!