11 Dekabr 2025 16:35
1694
Elm və texnika
A- A+
ADA Universitetinin ikili diplom proqramları üzrə Rəhbər Komitəsinin üzvlərinin görüşü keçirilib  

ADA Universitetinin ikili diplom proqramları üzrə Rəhbər Komitəsinin üzvlərinin görüşü keçirilib  


ADA Universitetinin ikili diplom proqramları üzrə Rəhbər Komitəsinin üzvlərinin növbəti keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, onlayn formatda keçirilən görüşdə Elm və Təhsil Nazirliyinin və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndələri, həmçinin ADA Universitetinin prorektor, dekan və professorları, Corc Vaşinqton Universitetinin professor heyəti iştirak edib.

ADA Universitetinin akademik işlər üzrə prorektoru Elkin Nurməmmədov, İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin dekanı Abzətdin Adamov, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov, Dövlət Proqramının İdarəetmə Qrupunun rəhbəri Turan Topalova cari proqram yenilikləri və qarşıda duran məsələlərdən bəhs ediblər.

Corc Vaşinqton Universitetinin Kompüter elmləri kafedrasının rəhbəri Rebeka Ha, Elektrik və kompüter mühəndisliyi kafedrasının rəhbəri Tarik Əl-Qazavi, eyni kafedranın sədr müavini Can Korman proqramlara yeni tələbələrin cəlb olunması və universitetlər arasında müəllim işçi heyətinin mübadiləsi imkanlarını müzakirə ediblər.

Tərəflər 2026-cı ildən yeni kurikulumun tətbiqi, doktorantura pilləsinə tələbə qəbulu, professor/müəllim heyətinin ixtisasartırması, ABŞ-a səfərlərin planlaşdırılması kimi məsələlərə də toxunublar. Həmçinin görüş zamanı kompüter mühəndisliyi və yüksək performanslı hesablamalar üzrə magistr proqramının növbəti illərdə dövlət proqramı çərçivəsində maliyyələşdirilməsinin perspektivləri müzakirə edilib.

İkili diplom proqramı tələbələrinin akademik nailiyyətlərinin müqayisəsini və analizini aparan Rəhbər Komitə üzvləri bildiriblər ki, gənclərin məzun olduqdan sonra ölkəmizdə peşəkar fəaliyyətlə məşğul olmaları kompüter elmləri, data analitikası, eləcə də elektrik və elektroenergetika mühəndisliyi üzrə daha çox kadrların yetişməsinə səbəb olacaq.

Xatırladaq ki, ADA Universiteti 2020-ci ildən etibarən Corc Vaşinqton Universiteti ilə əməkdaşlıq çərçivəsində kompüter elmləri və data analitikası, eləcə də elektrik və elektroenergetika mühəndisliyi üzrə ikili diplom magistr proqramları təqdim edir. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində maliyyələşdirilən bu proqramlara qəbul edilən 117 tələbədən 103-ü artıq məzun olub. Bu proqramlar vasitəsilə formalaşan uğurlu təcrübəyə əsaslanaraq ADA Universiteti müəllim heyətinin inkişafı üçün Corc Vaşinqton Universiteti ilə əməkdaşlıq çərçivəsində ilk doktorantura proqramına da start verib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Türkiyə bölgədə davamlı sülhün tərəfdarıdır

09:34
03 Mart

Yaxın Şərqdə gərginlik fonunda Avropada qaz qiymətləri 50 faizdən çox artıb

09:33
03 Mart

Serbiyanın İrandakı səfiri və səfirlik əməkdaşları Azərbaycan vasitəsilə təxliyə olunublar

09:31
03 Mart

COVID və qripə qarşı birgə peyvənd təsdiq olunub

09:20
03 Mart

QƏZƏLLƏR

09:17
03 Mart

ABŞ vətəndaşlarını 10-dan çox ölkəni dərhal tərk etməyə çağırıb

09:15
03 Mart

Poeziyanın intibah günəşi

09:15
03 Mart

Bakı - tarixlə gələcəyin görüşdüyü məkan

09:10
03 Mart

Od çərşənbəsi işıq, yenilənmə, güc, birlik və yüksəliş rəmzidir

09:05
03 Mart

"Azərbaycan-İtaliya biznes və investisiya əlaqələri" mövzusunda tədbir keçirilib

09:00
03 Mart

İlin ilk ayında sənayenin qeyri-neft-qaz sektorunda 8,7 faiz artım qeydə alınıb

08:55
03 Mart

BP və SOCAR Xəzər hövzəsində seysmik və quyu tədqiqatları sahəsində əməkdaşlıq edəcəklər

08:50
03 Mart

Azərbaycan-Efiopiya: başlanan əməkdaşlıq geniş tərəfdaşlığa yol açır

08:45
03 Mart

Qars-İğdır-Naxçıvan dəmir yolu Zəngəzur dəhlizinin funksionallığını gücləndirəcək

08:40
03 Mart

Bolqarıstan-Azərbaycan tərəfdaşlığı strateji zirvəyə yüksəlib

08:35
03 Mart

Uşaqların rəqəmsal mühitdə qorunması ilə bağlı hüquqi aktlar qəbul olunacaq

08:30
03 Mart

Rəqəmsal dünyanın kibertəhlükə bəlası

08:25
03 Mart

Ərazi iddiaları olan yerdə sülh mümkün deyil

08:20
03 Mart

Tarix yazılıb, nöqtə qoyulub, geri dönüş yoxdur

08:15
03 Mart

Azərbaycanın sabitlik və sülh modeli

08:10
03 Mart

Azəbaycanın BMT zirvəsi

08:05
03 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!