11 Dekabr 2025 17:06
3901
Elm və texnika
A- A+
Azərbaycan Mühəndislik Akademiyası – 20 il  

Azərbaycan Mühəndislik Akademiyası – 20 il  


Azərbaycan Mühəndislik Akademiyasının (AMA) yaranmasının 20 illik yubileyi ilə əlaqədar bir sıra tədbirlər keçirilib, o cümlədən akademiyanın elmi orqanı olan “Azərbaycan Mühəndislik Akademiyasının Xəbərləri” beynəlxalq elmi-texniki jurnalı yubileyə həsr olunub. Yubiley ilə əlaqədar bir neçə xarici ölkədən Akademiyanın prezidenti akademik Arif Paşayevin ünvanına təbriklər daxil olub.

AMA-dan AZƏRTAC-a bildirilib ki, Akademiyanın prezidenti akademik Arif Paşayev ölkəmizdə mühəndislik peşəsində çalışanlara və gələcək mühəndislərə yubiley münasibətilə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli akademiyanın üzvləri, əməkdaşları, gənc mühəndislər və elmi ictimaiyyətin dəyərli nümayəndələri!

2025-ci noyabrın 30-u hər birimiz üçün əlamətdar və qürurverici bir tarixdir – Azərbaycan Mühəndislik Akademiyasının təsis edilməsinin 20 ili tamam oldu. Gənc təşkilat olmasına baxmayaraq, Bakının xam neftin kəşfiyyatında mühüm rolu sayəsində XX əsrin əvvəllərini formalaşdırılan neft və qaz sənayesində böyük mühəndislik yeniliklərini çiyinlərində daşıyır. Azərbaycan Mühəndislik Akademiyası yarandığı gündən ölkə iqtisadiyyatının inkişafı üçün mühüm əhəmiyyət kəsb edən bir sıra layihələrin həyata keçirilməsində fəal iştirak edərək cəmiyyətdə öz layiqli yerini tutub. Qeyd edim ki, AMA-nın formalaşması və inkişafı ilk gündən tarixi köklərimiz, strateji düşüncə, peşəkarlıq və yüksək vətənpərvərlik ruhu üzərində qurulub.

İnkişaf etmiş cəmiyyətlərin sütunlarından biri olan mühəndislik bəşər tarixinin ən qədim dövrlərindən etibarən insanların həyatını asanlaşdırmaq, təhlükəsizliyini təmin etmək və yeni imkanlar yaratmaq məqsədilə meydana çıxıb. Hər bir xalqın və coğrafiyanın texniki düşüncəyə, yaradıcılığa və innovasiyaya verdiyi töhfələr həmin xalqın mədəni və intellektual irsinin ayrılmaz tərkib hissəsidir. Bu baxımdan, Azərbaycan mühəndislik tarixi də həm qədimlik, həm də zənginlik baxımından diqqətəlayiq nümunələrdən biridir.

Hazırda Azərbaycan Mühəndislik Akademiyasının həqiqi və müxbir üzvlərinin sayı 36 nəfərdir ki, bunlardan da 21 nəfəri həqiqi üzv (akademik), 15 nəfəri müxbir üzv, 1 nəfəri akademiyanın fəxri üzvü və 4 nəfər isə akademiyanın əcnəbi üzvüdür. Akademiyanın üzvləri istər neft və qaz sənayesində, istər aviasiya, istər tikinti və nəqliyyat sahəsində, istərsə də müasir informasiya texnologiyalarında və enerji və energetika sahəsində tətbiq olunan mühəndislik yeniliklərində əhəmiyyətli töhfələr veriblər. Azərbaycan iqtisadiyyatının mühəndislik dayaqlarının möhkəmləndirilməsi məhz sizin əzmkarlığınız və intellektual zəhmətiniz sayəsində mümkün olub.

Azərbaycan Mühəndislik Akademiyası ötən 20 il ərzində ölkəmizdə mühəndislik elminin inkişafında və texniki təfəkkürün formalaşmasında mühüm rol oynayıb. Bu illər ərzində Akademiya mühəndislik sahəsində elmi araşdırmaların mərkəzinə çevrilib, yerli və beynəlxalq elmi-texniki dairələrlə səmərəli əməkdaşlıq qurub.

Onlarla monoqrafiyalar, kitablar, dərsliklər, dərs vəsaitləri, elmi məqalələr dərc edilib, simpoziumlar, konfranslar, seminarlar, dəyirmi masalar keçirilib.

Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən elmi-texniki siyasət və sənayeləşmə strategiyası çərçivəsində AMA-nın rolu və məsuliyyəti daha da artıb. Bu baxımdan Akademiyanın üzərinə düşən vəzifələr, xüsusilə yeni texnologiyaların tətbiqi, elmi yeniliklərin istehsalata inteqrasiyası və gənc mütəxəssislərin elmə cəlb olunması olduqca vacibdir.

Azərbaycan Mühəndislik Akademiyasının UNESCO-nun nəzdindəki Ümumdünya Mühəndislik Təşkilatları Federasiyası (WFEO), Beynəlxalq Mühəndislik Akademiyası və İslam Ölkələri Mühəndislik İnstitutları Federasiyası ilə əməkdaşlığı sayəsində Akademiyanın nailiyyətləri daha da artıb, gələcəkdə müxtəlif ölkələrlə beynəlxalq əməkdaşlıq inkişaf edəcək, akademiyanın hüdudları digər akademiyalarla genişlənəcək, mühəndislik ideyalarının dünya birliyinə inteqrasiyası sürətlənəcək.

WFEO – Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən elm və texnika sahəsində aparıcı qeyri-hökumət təşkilatı kimi tanınan mühəndisliyin beynəlxalq səsidir. O, elm və mühəndislik sahəsində əsas qlobal problemləri həll etmək üçün, xüsusilə mühəndislik peşəsi vasitəsilə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə kömək üçün UNESCO da daxil olmaqla BMT-nin orqanları ilə sıx əməkdaşlıq edir.

Akademiyanın strukturunda yaradılmış yeni departamentlər və şöbələr akademiyanın üzvləri tərəfindən fəaliyyət göstərir və bütün bunlar, aparıcı alimlər, mühəndislər və tədqiqatçılar üçün öz elmi nailiyyətlərini bölüşmək, aktiv müzakirələr aparmaq və texniki proqramlar hazırlamaq üçün ən yaxşı bir platformadır.

Əminəm ki, Azərbaycan Mühəndislik Akademiyası və onun elmi-texniki orqanı olan “Azərbaycan Mühəndislik Akademiyasının Xəbərləri” jurnalı bundan sonra da respublikamızın mühəndis-texniki potensialının inkişafı naminə öz fəaliyyətini uğurla davam etdirəcək, innovasiyaların tətbiqinə, elmi tədqiqatların nəticələrinin real sektora ötürülməsinə xidmət edəcək.

Əziz həmkarlar!

20 illik yubiley münasibətilə sizə bir daha ən səmimi təbriklərimi çatdırır, hər birinizə möhkəm cansağlığı, elmi fəaliyyətinizdə uğurlar, mühəndislik elminin inkişafında yeni nailiyyətlər arzulayıram.

Azərbaycan mühəndisliyinin sabahı sizin əlinizdədir və bu sabahın parlaq olacağına inamımız sonsuzdur!”.

Qeyd edək ki, Akademiyanın fəaliyyətində və inkişafında, müasir düşüncəli gənc mühəndis kadrlarının hazırlanmasında fərqlənən AMA üzvləri və əməkdaşları, eləcə də Akademiya ilə səmərəli əməkdaşlıq edən təşkilatların bir sıra mütəxəssislərinin xidmətlərini qiymətləndirmək məqsədilə onlar müxtəlif nominasiyalarla döş nişanı ilə təltif olunublar.

Bundan əlavə, Mühəndislik Akademiyasına üzvlüyə seçkilər keçirilib və yeni həqiqi üzvlər (akademiklər) və müxbir üzvlər seçilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Alimlər adi buzdan 10 dəfə möhkəm yeni material hazırlayıblar  

20:17
13 Oktyabr

Azərbaycan–Kamboca münasibətlərinin inkişafı daha da sürətlənəcək  

19:52
13 Oktyabr

İspaniyada neandertallara aid taxta alətlərin izləri aşkar edilib  

19:45
13 Oktyabr

  Papa XIV Lev əməliyyata hazırlanır

19:35
13 Oktyabr

Laos Prezidenti Milli Məclisdə olub  

19:28
13 Oktyabr

Kosmetik vasitələrin gözlərdə ciddi zədələnmələrə səbəb olduğu üzə çıxıb   

19:18
13 Oktyabr

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

19:03
13 Oktyabr

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

18:53
13 Oktyabr

Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında iqtisadi inteqrasiya genişlənir  

18:42
13 Oktyabr

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb  

18:31
13 Oktyabr

Kredit tarixçəsi olmayanlara da şans  

18:30
13 Oktyabr

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

18:19
13 Oktyabr

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub  

18:17
13 Oktyabr

Alimlər hüceyrələrin cavanlaşdırılmasına nail olublar  

18:13
13 Oktyabr

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb  

18:07
13 Oktyabr

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib  

18:01
13 Oktyabr

İqtisadi Şuranın növbəti iclası olub

17:58
13 Oktyabr

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

17:56
13 Oktyabr

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

17:56
13 Oktyabr

Panamada 6 maqnitudalı zəlzələ baş verib  

17:52
13 Oktyabr

Müharibə nəticəsində Ukrayna və Rusiyada 940 uşağın ölüm faktı təsdiqlənib  

17:43
13 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!