14 Oktyabr 2026 15:51
1335
Elm və texnika
A- A+
ADA Universitetində AICT2026 beynəlxalq konfransı təşkil olunub - YENİLƏNİB 

ADA Universitetində AICT2026 beynəlxalq konfransı təşkil olunub - YENİLƏNİB 


ADA Universitetində İnformasiya və Kommunikasiya Texnologiyalarının Tətbiqi üzrə 20-ci IEEE Beynəlxalq Konfransının (AICT2026) açılış mərasimi keçirilib. Oktyabrın 16-dək davam edəcək tədbir müxtəlif ölkələrdən aparıcı alimləri, tədqiqatçıları və sənaye mütəxəssislərini bir araya gətirib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanda yeddinci dəfə təşkil olunan konfrans ADA Universitetinin İnformasiya texnologiyaları və mühəndislik fakültəsi, IEEE-nin müvafiq Azərbaycan bölmələri və 11 beynəlxalq tərəfdaş qurumun birgə təşkilatçılığı ilə keçirilir.

Tərəfdaşlar sırasında Turin Politexnik Universiteti, Corc Vaşinqton Universiteti, Nazarbayev Universiteti, Birləşmiş Ərəb Əmirlikləri Universiteti, Daşkənd İnformasiya Texnologiyaları Universiteti, Qazax-Britaniya Texniki Universiteti, Tbilisi Dövlət Universiteti, Gürcüstan Texniki Universiteti, SDU Universiteti, Nikola Tesla Elektrik Mühəndisliyi İnstitutu və “Alessandro Faedo” İnformasiya Elmləri və Texnologiyaları İnstitutu yer alır.

20 illik yubileyini qeyd edən AICT konfranslar silsiləsi bu il “20 ildir elmi, texnologiyanı və cəmiyyəti birləşdiririk” şüarı altında təşkil olunur. Konfransın əsas məqsədi İKT sahəsində bilik və təcrübə mübadiləsini təşviq etmək, elmi yeniliklərin müzakirəsi, eləcə də akademik dairələrlə sənaye nümayəndələrinin əməkdaşlığı üçün effektiv platforma yaratmaqdır.

Açılış mərasimində çıxış edən ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev konfransın və ADA Universitetinin 20 illik yubileyləri münasibətilə iştirakçıları salamlayaraq təşkilatçılara və qonaqlara təşəkkürünü bildirib. Rektor uzun illərdir keçirilən AICT konfransının uğurunu və tanınmış alimlərin iştirakının tələbələr üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, həmçinin Azərbaycan–İtaliya Universiteti çərçivəsində Turin Universiteti ilə əməkdaşlığın vacibliyinə toxunub.

Bildirib ki, 5 illik əməkdaşlığın nəticəsində ADA Universiteti gələn il mühəndislik, o cümlədən elektrik mühəndisliyi üzrə ilk məzunlarını buraxacaq. Hafiz Paşayev bu istiqamətdə təhsilə xüsusi diqqət yetirildiyini qeyd edərək, digər universitetlərlə də tərəfdaşlığa açıq olduqlarını diqqətə çatdırıb.

Tədbirin rəsmi hissəsi ADA Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik Fakültəsinin dekanı Abzətdin Adamovun moderatorluğu ilə kompüter elmləri və süni intellekt sahəsində tanınmış alimlərin plenar məruzələri ilə davam edib.

Əsas məruzəçilərdən Polşa Elmlər Akademiyasının üzvü və London Kral Kollecinin dəvətli professoru Erol Qelenbe “Süni intellektə optimallaşdırma və simulyasiya prizmasından baxış”, Qazaxıstanın Nazarbayev Universitetinin Ağıllı Sistemlər və Süni İntellekt İnstitutunun professoru Hüseyn Atakan Varol isə “Məhdud resurslu mühitlər üçün generativ süni intellekt modellərinin yaradılması: Məlumat dəstinin hazırlanması, modelin təlimi və xidmət səviyyəsində tətbiqi” mövzularında çıxış ediblər.

Konfrans çərçivəsində ADA Universitetinin prorektoru Vəfa Kazdal və İnformasiya Texnologiyaları və Mühəndislik Fakültəsinin baş müəllimi Cəmaləddin Həsənovun moderatorluğu ilə “Ali təhsildə və elmdə süni intellekt: imkanlar və çağırışlar” və “Aerokosmik sahədə çoxnüvəli klaster hesablama arxitekturaları: Yeni kosmik erasına doğru” mövzularında panel müzakirələri də keçirilib. İnteraktiv formatda baş tutan müzakirələrdə aparıcı mütəxəssislər süni intellektin təhsil və elmi tədqiqatlara təsirini, yaratdığı imkanları və qarşıya çıxardığı çağırışları nəzərdən keçirib, təhsil, tədqiqat və innovasiyaların gələcəyinə dair sualları cavablandırıblar.

AICT2026-nın elmi proqramı süni intellekt və maşın təlimi, yüksəkməhsuldarlıqlı hesablamalar, data elmi, kibertəhlükəsizlik, proqram təminatı mühəndisliyi, eləcə də təhsildə, biznesdə və səhiyyədə İKT-nin tətbiqi mövzularını əhatə edir. Konfrans boyunca müxtəlif ölkələrdən olan tədqiqatçılar bu və digər istiqamətlər üzrə elmi nailiyyətlərini və praktiki nəticələrini təqdim edəcəklər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiyada yaşayan azərbaycanlı “Xalq yazıçısı” ədəbi mükafatının finalçısı olub  

10:52
05 Noyabr

Paytaxtda Zəfər Gününə həsr edilən mini futbol yarışları başa çatıb

09:30
05 Noyabr

Alternativ enerjidə Azərbaycanın yeri və rolu: mövcud imkanlar, strateji layihələr və gələcək perspektivlər

09:25
05 Noyabr

Şəhid məzarlarını ziyarət

09:20
05 Noyabr

Şəhidin bayraq arzusu

09:15
05 Noyabr

Gəncədə Milli Qəhrəman Natiq Qasımova həsr edilmiş filmin təqdimatı keçirilib

09:10
05 Noyabr

Polkovnikin döyüş xatirələri

09:05
05 Noyabr

ZƏFƏR gündəliyi

09:00
05 Noyabr

"Tərbiyənin məqsədi öz köklərini tanıyan, müstəqil düşünən, cəmiyyətə fayda verən və dünyaya açıq şəxsiyyət yetişdirmək olmalıdır"

08:55
05 Noyabr

Zamanı aşan düşüncə

08:50
05 Noyabr

Azərbaycanın iqtisadi nailiyyətləri beynəlxalq "Chandler Governance Group" təşkilatının hesabatında

08:45
05 Noyabr

Fransa sosial modelinin növbəti sınağı

08:40
05 Noyabr

Nadir təcrübə

08:35
05 Noyabr

Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub

08:30
05 Noyabr

Qarabağ Zəfəri Azərbaycanın milli gücünün və strateji hazırlığının nəticəsidir

08:25
05 Noyabr

İş adamları üçün yeni biznes imkanı - "İşğaldan azad edilmiş ərazilər üzrə kredit"

08:20
05 Noyabr

BMT sammitinin iştirakçıları “ASAN xidmət”in fəaliyyəti ilə tanış olublar  

08:16
05 Noyabr

İkinci Tyanşan Forumunda Azərbaycan fəal iştirak edib

08:15
05 Noyabr

Çempionlar Liqası: "Sabah" səfərdə Norveç klubuna uduzub 

08:14
05 Noyabr

Dövlət büdcəsi layihəsi strateji prioritetlərə uyğun tərtib olunub

08:10
05 Noyabr

BP ilin 9 ayının yekunları barədə məlumat yayıb

08:05
05 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!