11 Aprel 2025 16:13
428
İQTİSADİYYAT
A- A+
Ələt Azad İqtisadi Zonası üzrə İşçi Qrupunun ikinci iclası keçirilib  

Ələt Azad İqtisadi Zonası üzrə İşçi Qrupunun ikinci iclası keçirilib  


Ələt Azad İqtisadi Zonası ilə bağlı yaradılmış İşçi Qrupun ikinci iclası keçirilib.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iclasda iqtisadiyyat naziri, İşçi Qrupun rəhbəri Mikayıl Cabbarov, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov və aidiyyəti dövlət qurumlarının rəhbər vəzifəli şəxsləri iştirak ediblər.

İclasda ölkəmizdə sənayeləşmə siyasətinə uyğun olaraq, müasir sənaye müəssisələrinin qurulduğu, qeyri-neft-qaz sənayesinin inkişafına xidmət edən mütərəqqi mexanizmlərin tətbiqi nəticəsində mühüm nailiyyətlər əldə edildiyi diqqətə çatdırılıb. Bildirilib ki, iqtisadiyyatımızın diversifikasiyası baxımından əhəmiyyət kəsb edən Ələt Azad İqtisadi Zonasının qısa zaman içərisində qurularaq investorların istifadəsinə verilməsi və beləliklə ölkə iqtisadiyyatının aparıcı drayverlərindən birinə çevrilməsi böyük önəm daşıyır. İnnovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorları cəlb etmək, həmin sərmayədarların Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunması nəticəsində iqtisadi inkişafa töhfə vermək, həmçinin yeni iş yerləri yaratmaq əsas hədəflərdəndir.

Qeyd edilib ki, Ələt Azad İqtisadi Zonasında mövcud əlverişli şərait, təklif olunan güzəştlər investorların İqtisadi Zonaya marağını artırır. İqtisadi Zona Azərbaycana böyük iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək, Şərq–Qərb, Şimal–Cənub və Orta Dəhliz beynəlxalq nəqliyyat dəhlizlərində mühüm rolu olan ölkəmizin strateji əhəmiyyəti artacaq.

İclasda ərazidə reallaşdırılan layihələr, investorların səmərəli fəaliyyəti üçün dayanıqlı infrastrukturun və kommunal xidmətlərin qurulması, karqo hava limanının tikintisi üzrə görülən işləri və növbəti addımları müzakirə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Çinli ekspert: Azərbaycan-Çin əlaqələri Qlobal Cənub ölkələri üçün yaxşı modeldir  

21:00
25 Aprel

Zərərçəkmiş şəxs: Ermənistan ordusu yaşayış məntəqələrini atəşə tutur, kəndlərə hücum edir, insanları öldürür, girov götürür, onlara işgəncə verirdilər - MƏHKƏMƏ  

20:55
25 Aprel

Çin şirkətinin nümayəndəsi: Vizasız rejim Çin və Azərbaycan arasında turizm mübadiləsinə təkan verəcək  

20:17
25 Aprel

Azərbaycan cüdoçuları Avropa çempionatında daha iki medal qazanıblar  

20:12
25 Aprel

Şahin İsmayılov: Azərbaycan və Çin arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi ölkəmizin dayanıqlı inkişafına töhfə verəcək  

20:10
25 Aprel

AZAL Hindistanın daha bir şəhərinə birbaşa uçuşlara başlayır  

19:46
25 Aprel

Ceyhun Bayramov: ATƏT-in mövcud platformalarına gələcəkdə daha çox ehtiyac olacaq  

19:45
25 Aprel

BƏƏ ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub  

19:27
25 Aprel

Baş katib: ATƏT minaların təmizlənməsində dəstək göstərməyə hazırdır

19:24
25 Aprel

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularına orden və medallar təqdim olunub  

19:21
25 Aprel

ATƏT Azərbaycan-Ermənistan sülh danışıqlarına dəstəyini ifadə etdi 

19:17
25 Aprel

Türk dövlətləri pavilyonlarının açılış mərasimi keçirilib  

19:15
25 Aprel

Aprelin 30-dək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir  

19:12
25 Aprel

Ceyhun Bayramov: Minatəmizləmə sahəsində ATƏT-lə potensial əməkdaşlıq bizim üçün maraq kəsb edir 

19:10
25 Aprel

Xarici işlər naziri: Minsk təsisatlarını saxlamağın heç bir məntiqi yoxdur 

18:56
25 Aprel

Su Tao: Prezident İlham Əliyevin Çinə səfərini ölkələrimizin tarixində mühüm mərhələ kimi görürəm  

18:55
25 Aprel

Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə regional təhlükəsizliyi və əməkdaşlığı müzakirə edib  

18:53
25 Aprel

DİN: Ötən illə müqayisədə cinayətlərin dinamikasında azalma qeydə alınıb  

18:47
25 Aprel

Milli Məclisin sədri Sahibə Qafarova İtaliyaya səfərə gəlib 

18:43
25 Aprel

Milli Məclisin Səhiyyə komitəsinin iclasında müzakirəyə çıxarılan məsələ plenar iclasa tövsiyə olunub  

18:17
25 Aprel

"Azərreyl"in baş məşqçisi: Çempion olmağa layiq idik  

17:59
25 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!