20 Oktyabr 2024 09:00
163
Mədəniyyət
A- A+
Milli memarlığımızın nadir nümunəsi

Milli memarlığımızın nadir nümunəsi


Dünyada neft  Bakısı kimi tanınan paytaxtımız bu gün beynəlxalq aləmdə həm də qədim abidələr, heykəllər şəhəri kimi qəbul olunur. Gündən-günə gözəlləşən Bakıda Şərqlə Qərb arxitektura ənənələrini özündə ehtiva edən, yerli memarlıq abidəsi kimi tanınan qədim binalarda, küçə və meydanlarda, park və xiyabanlarda ziyarətinə minlərlə insanın gəldiyi 42-dən çox heykəl, 11 büst və 9 abidə, neçə-neçə barelyef, muzey, ibadət yeri, saray, malikanə, mülk, habelə göydələn var ki, bunlar da qürur doğurur. 

Xəzərin mirvari boyunbağısı adlandırılan Dənizkənarı bulvarını, bu dənizin sahilində Bakının özü  qədər qədim tarixə malik, milli memarlığımızın nadir nümunəsi hesab edilən Qız qalasını görənlər, xüsusən də turistlər, səyyahlar, arxitektor və coğrafiyaşünaslar bu abidəyə heyran qalırlar.

Qız qalası "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində yerləşir. Daşdan hörülmüş nəhəng silindr formasında olan bu abidənin hündürlüyü şimal tərəfdən 28, cənub tərəfdən isə 31 metrdir. Təməl hissədə qala divarlarının qalınlığı 5 metrə, 8-ci mərtəbədən yuxarıda isə 4 metrə çatır. Qala 8 günbəzdən ibarətdir ki, onlar da qalanı 8 mərtəbəyə bölür. Hər mərtəbə yonma daşlarla tikilmiş, günbəz formalı tavanla örtülmüşdür.

Daşla hörülmüş bu tavanların ortasında dairəvi deşiklər vardır. Deşiklər şaquli xətt istiqamətindədir. Belə ki, səkkizinci mərtəbənin tavanının ortasında olan dairəvi deşikdən baxdıqda birinci mərtəbənin döşəməsini görmək mümkündür. Qalaya yeganə giriş yolu onun qərb tərəfindən - 2 metr hündürlükdə və 1 metrdən artıq tağlı qapıdandır. Qız qalasının yuxarıdan görünüşü günəşi və odu bildirən, Azərbaycanda geniş yayılmış "buta" işarəsinə oxşayır.

Qız qalası unikal-konstruktiv quruluşuna görə nəinki Azərbaycanda, eləcə də Yaxın Şərqdə analoqu olmayan bir abidədir. 

Bu ilin noyabrında paytaxt Bakı Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsinə evsahibliyi edəcək. Həmin günlərdə minlərlə əcnəbi vətəndaş şəhərimizdə qonaq olarkən istirahət saatlarında Bakının gəzməli, görməli yerlərinə baş çəkəcək. Çox güman ki, onların ilk görmək istədikləri Qız qalası olacaq.     


Qalanın adı əfsanələrlə bağlıdır


Buraya ilk dəfə  yolu düşən yerli sakinlərdə də,  turistlərdə də çox zaman qalanın adı maraq doğurur. Qalanın adının  etimologiyası  ilə bağlı mübahisələr indiyə qədər səngimək bilmir. Onun ucaldılma tarixi və mahiyyəti  yetərincə müəmmalıdır. Qız qalasının  adının mənşəyi çoxsaylı əfsanələrlə bağlıdır. Bəzi müəlliflərin fikrincə, qalanın adı Bakı xanının qızının adı ilə bağlı olduğu üçün Qız qalası adlandırılmışdır.  Belə ki, rəvayətə görə, qardaşı (bəzi mənbələrdə hökmdar atası) tərəfindən qalada saxlanılan qız bu əzaba dözməyərək özünü qalanın başından ataraq Xəzər dənizinin sularına qərq etmişdir. Söylənilən digər əfsanələrdən biri də qalanın adının şahın aşiq olduğu  və  evlənmək üçün qala tikdirməyi ona şərt qoyan bir qıza  həsr olunmasıdır. Bir çox tədqiqatçı-alimin fikrincə, bu, gözətçi qalası və yaxud müdafiə istehkamlarının bir hissəsidir, digər tədqiqatçilar onun qədim məbəd, başqaları isə bir növ rəsədxana olduğunu  iddia edirlər. Bu fərziyyələrin hər biri çoxlu sayda əsaslı dəlillərə söykənir. Lakin təyinatından asılı olmayaraq tikilinin misilsiz memarlıq abidəsi olması faktı danılmazdır. Məhz bu səbəbdən Qız qalası dövlətimiz tərəfindən dünya əhəmiyyətli abidə kimi mühafizə olunur. 2000-ci ilin dekabrında Qız qalası İçərişəhər və Şirvanşahlar sarayı ilə birlikdə UNESCO-nun Dünya İrs Siyahısına salınıb.


Memarlıq tarixində Qız qalası ilə müqayisə edilə biləcək abidə yoxdur


Qalanın tikilmə vaxtı ilə bağlı bir sıra fərziyyələr var. Tədqiqatçıların fikrincə, memarlıq tarixində Qız qalası ilə müqayisə edilə biləcək abidə yoxdur. Abidənin yaşının Şumer dövründən başladığını iddia edən mütəxəssislər də var, XII yüzillikdə tikildiyini sübut etməyə çalışanlar da. Burada zaman fərqi tikilmə tarixi bilinməyən başqa abidələrdə olduğu kimi, bir neçə il deyil, hətta bir neçə əsr də deyil, 3000 ildən artıqdır.

Qız qalasının cənub-qərb divarında 14 metr hündürlükdə ərəb dilində qədim kufi xətti ilə yazılmış daş kitabə yerləşdirilmişdir. Yazıda "Qülleyi Məsud ibn Davud"  sözləri həkk olunub. Yazı kalliqrafik xüsusiyyətlərinə görə XII əsrə aid edilir. Bəzi alimlər burada qalanı ucaldan memarın adının həkk olunduğunu ehtimal edirlər.


Prezident İlham Əliyevin tapşırığı ilə qalada bərpa işləri aparılıb 


Əsrlər bir-birini əvəzlədikcə Qız qalası təbii proseslərin təsiri nəticəsində zədələnərək ciddi təhlükə ilə üz-üzə qalsa da, bu möhtəşəm abidə tarixin bütün sınaqlarına sinə gərərək ümumilikdə öz ilkin görkəmini və struktur quruluşunu qoruyub saxlaya bilib. Ötən əsrin 60-cı illərində aparılan bərpa işlərindən sonra həmin abidə muzey kimi fəaliyyət göstərib. Dünya əhəmiyyətli bu abidənin qorunub saxlanması və mövcud görkəmdə gələcək nəsillərə çatdırılması üçün Azərbaycan Prezidenti  İlham Əliyevin tapşırığına əsasən, 2009-2013-cü illərdə burada konservasiya işləri aparılıb. Maddi-mədəni irsimizə həmişə diqqət və qayğı göstərən Heydər Əliyev Fondunun dəstəyi ilə görülən işlər nəticəsində  Qız qalasının təkrarolunmaz görkəmi tam bərpa edilmiş, bu bənzərsiz abidə yenidən istifadəyə verilmişdir. 


Qala daxilində muzey-ekspozisiya


Qalanın daxilində beynəlxalq standartlara uyğun müasir muzey ekspozisiyası yaradılıb. Konservasiya prosesi dövründə abidənin tarixinin və təyinatının öyrənilməsində mühüm rol oynaya biləcək elmi tədqiqatlar aparılıb. Qaladakı pilləkən yenisi ilə əvəz edilib.

Qız qalasının mərtəbələrində xüsusi monitorlarda bu abidənin tarixi, daxili  strukturu, tikintisində məqsəd, təyinatı və sair məsələlərlə bağlı fərziyyələr, əfsanələr və digər maraqlı faktlar əks olunub. Ekspozisiyadakı stenddə qədim sənətkarlıq məmulatları barədə məlumat verilir. Hər bir mərtəbədə ekspozisiyaya uyğun işıqlandırma sistemi quraşdırılıb. Burada Qız qalasının müdafiə, istehkam, dini, rəsədxana və digər təyinatı barədə fərziyyələrlə, elmi araşdırmalarla tanış olmaq mümkündür. Monitorlarda Qız qalasının təyinatı barədə film nümayiş etdirilir.

Ekspozisiyada  Qız qalasının özünəməxsus və bənzərsiz memarlığı geniş əksini tapıb. Burada orijinal maket qurulub. Maketin üzərindəki monitorda qalanın daxili strukturu barədə müfəssəl məlumat yerləşdirilib. 

Köhnə Bakını əks etdirən monitorda şəhərin iqtisadi, gündəlik həyatı, dini və şəhərsalma mövzularına geniş yer ayrılıb. Burada Qız qalası haqqında əfsanələrlə də tanış olmaq mümkündür. Ekspozisiyanın növbəti bölməsində Qız qalasının müdafiə obyekti rolunu oynaması ilə bağlı fərziyyə və elmi araşdırmalardan bəhs edilir. Stenddə qədim silah nümunələri nümayiş olunur. Monitorlarda İçərişəhərin hərbi tarixi və burada baş verən döyüşlər əksini tapıb.

Qalada xüsusilə uşaqların böyük marağına səbəb olacaq "İçərişəhərin müdafiəsi" adlı interaktiv oyun da təqdim edilir.


"Qədim məbəd" bölməsindəki heliodispley orijinallığı ilə diqqəti cəlb edir


Ekspozisiyada Qız qalasının qədim rəsədxana rolunu oynaması fərziyyəsinə də geniş yer ayrılmışdır. Ümumiyyətlə, bu maddi-mədəniyyət abidəsində həyata keçirilən konservasiya işləri və yeni yaradılan muzey ekspozisiyası  bura gələn hər bir kəsdə zəngin təəssürat və xoş ovqat yaradır. Onu da xüsusi qeyd edək ki, milli-mənəvi dəyərlərimizin, maddi-mədəniyyət abidələrimizin qorunub saxlanmasına və təbliğinə həssaslıqla yanaşan Heydər Əliyev Fondu konservasiya tədbirləri zamanı dəstəyini, o cümlədən ekoloji məsələlərin həllinə hərtərəfli köməyini əsirgəməmişdir.

Qız qalası Bakının qədim  simvollarındandır. Keçmişlə bu günü qədimliyində və müasirliyində birləşdirən bu gözəl abidə onu ziyarət edənləri həmişə duyğulandırır. Çox güman ki, COP29-un davam etdiyi günlərdə  Qız qalasını yerli turistlərlə yanaşı, Bakıya təşrif gətirmiş COP-un iştirakçıları, bir sözlə, xarici vətəndaşlar da məmnunluqla ziyarət edəcəklər.


Rəhman SALMANLI,

İlham BABAYEV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident Zəngilanın azad olunmasının ildönümü ilə bağlı paylaşım edib

13:04
20 Oktyabr

Fransa borc içində batır

09:10
20 Oktyabr

Ömrümüzdən keçən yollar...

09:05
20 Oktyabr

Milli memarlığımızın nadir nümunəsi

09:00
20 Oktyabr

Şəhadətindən 54 gün sonra torpağa tapşırıldı

08:55
20 Oktyabr

Xatirələrdə yaşayan cəsur kəşfiyyatçı

08:50
20 Oktyabr

Xarici ticarətin coğrafiyası genişlənir, çeşidi artır

08:45
20 Oktyabr

ARDNF yanvar-sentyabr ayları üzrə gəlir və xərclərini açıqlayıb

08:40
20 Oktyabr

Erməni işğalçılarının qoyub getdikləri "mina tarlası"nda azərbaycanlı energetiklər günəş-elektrik stansiyası inşa edirlər

08:35
20 Oktyabr

Qəhrəmanlıq salnaməsinin Zəngilan səhifəsi

08:30
20 Oktyabr

İlham ƏLİYEV: "Zəngilan şəhəri işğaldan azad edilib"

08:25
20 Oktyabr

Bərpadan sonra Zəngilan cənnətə dönəcək

08:20
20 Oktyabr

Paşinyanın komandası parçalanır

08:15
20 Oktyabr

Azərbaycan-Gürcüstan münasibətləri Cənubi Qafqazı cəlbedici regiona çevirib

08:10
20 Oktyabr

Azərbaycanı milli hədəflərə çatdıran Lider

08:05
20 Oktyabr

COP29-a hazırlıq yekun mərhələsinə qədəm qoyur

08:00
20 Oktyabr

Gürcüstanlı jurnalist: Qarabağda görülən işlər Azərbaycandakı sağlam iqtisadi və siyasi vəziyyətdən xəbər verir

22:16
19 Oktyabr

Misli Premyer Liqası: "Neftçi" ilk qələbəsini qazanıb

21:29
19 Oktyabr

Alimlər kağızdan daha tez parçalanan plastik hazırlayıblar 

20:42
19 Oktyabr

 İraqın şimalında 11 kürd terrorçusu zərərsizləşdirilib

19:38
19 Oktyabr

Amerikalı üzgüçü dünya rekordunu yeniləyib

19:07
19 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!