18 Oktyabr 2024 08:50
406
Mədəniyyət
A- A+
Şərəfli ömür yaşadı

Şərəfli ömür yaşadı


Bu dünyada heç nə əbədi deyil, təkcə el sevgisindən, xalq məhəbbətindən savayı... İnsan da bu dünyaya müvəqqəti gəlir... Kimisi qısa, kimisi də uzun ömür sürür... 

Ondan geriyə qalan isə yalnız xatırlanan xoş əməlləri olur. Əməlisaleh insanlar bu dünyanı tərk etsələr də, yaxşı əməlləri onları yaddaşlarda yaşadır, unudulmaz edir. Belələri el üçün yaşayan, xalq üçün yanan örnək insanlardır. 

Belə unudulmaz yaşamı ilə örnək olan, xalq arasında dərin hörmətlə anılan insanlardan biri də 80 illik ömrünün çox hissəsini doğulub boya-başa çatdığı Tovuz rayonunun inkişafına, tovuzluların rifahına sərf etmiş, hələ sağlığında şərəfli el ağsaqqalı adını qazanmış Tofiq Zeynalovdur. 

Xalqının, dövlətinin mənafeyini hər şeydən üstün tutan, mənəvi saflığa və əsl vətəndaş keyfiyyətlərinə sahib olan Tofiq müəllim səmərəli ictimai-siyası fəaliyyəti, prinsipiallığı və xeyirxah əməlləri ilə onu tanıyanların, ümumlikdə Tovuz elinin dərin hörmətini qazanıb. Zəhmətkeş, sadə, ən əsası xeyirxah qəlbə sahib Tofiq Zeynalov hər zaman el-obasındakı insanların ən kiçik problemlərinin həllinə belə şəxsən özü diqqət göstərib, onun yerinə yetirilməsinə cani-dildən çalışıb. 


İllərin qüruru


Tofiq Zeynalov 1944-cü ildə Tovuzun Qovlar şəhərində dünyaya göz açmışdır. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirdikdən sonra Bakı Ali Partiya məktəbində təhsil alan Tofiq müəllim əmək fəaliyyətinə 1960-cı ildə Qovlar internat məktəbində başlamışdır. 1964-1967-ci illərdə hərbi xidməti başa vurduqdan sonra bir müddət komsomolda, sonralar müxtəlif təsərrüfat işlərində çalışmışdır. 1990-1991-ci illərdə Tovuz rayon Aqrar Kombinatının baş direktoru olmuş T.Zeynalov 2001-2002-ci illərdə Kənd Təsərrüfati Nazirliynin Beynəlxalq əlaqələr idarəsində rəis müavini və rəisi vəzifələrində işləmişdir. 2002-2007-ci illərdə isə Tovuz Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi vəzifəsinə irəli çəkilmişdir. O, bütün bu vəzifələrdə tapşırılan işin öhdəsindən layiqincə gəlmiş, başqalarına nümunə olmuşdur. 

Prezident İlham Əliyevin sərəncamı ilə 2007-ci ildə Tofiq Zeynalovun Tovuz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsindən sonra rayonun bütün sahələrində dönüş yaranmışdır. Onun gərgin əməyi və zəhməti sayəsində rayonda abadlıq və quruculuq işləri sürətlənmiş və qısa vaxt ərzində Tovuz regionun qabaqcıl rayonuna çevrilmişdir. Aqrar sektorun inkişafı nəticəsində yerli əhalinin dolanışıq səviyyəsinin yüksəlməsinə nail olan T.Zeynalov kənd təsərrüfatında innovativ texnologiyaların tətbiq edilməsi üçün də çoxsaylı tədbirlər həyata keçirmişdir. Onun dövründə rayonda bir sira meliorativ tədbirlər görülmüş, o cümlədən iritutumlu su anbarları tikilmiş və bununla Tovuzun təsərrüfatlarının su problemi aradan qaldırılmışdır. Bundan başqa, kənd təsərrüfatının innovativ üsullarla idarə olunması üçün rayonda Tofiq müəllimin təşəbbüsü ilə müasir standartlara cavab verən aqroparklar yaradılmışdır. Yeni yaradılan bu tip müəssisələr ərzaq təhlükəsizliyinin təmin olunması ilə yanaşı, işsizliyin qarşısının alınmasında da mühüm əhəmiyyət daşımışdır. Onu da qeyd edək ki, aqroparklar adətən uzun illər əkinə yararlı olmayan torpaqlarda yaradılırdı və onlar "Pivot" suvarma sistemi ilə təmin edilirdi. 

Tofiq Zeynalovun Tovuza rəhbərliyi dövründə rayonun səhiyyə sistemində aparılan islahatlar da sakinlərin razılığı ilə qarşılanmışdı. Rayonda yeni səhiyyə ocaqlarının inşası, bəzilərinin isə əsaslı təmir olunması, onların müasir tibbi avadanlıqlarla təmin edilməsi məhz Tofiq müəllimin dövründə olmuşdur. Onun təşəbbüsü ilə Cilovdarlı-Qədirli, Hunanlar, Aşağı Quşçu, Alakol, Dondar Quşçu, Əlibəyli, Mülkülü və Sadax kənd həkim məntəqələri tamamilə yenidən qurulmuşdur. 


Dövlətçiliyə sədaqət 


Ermənistanla sərhəd olan Tovuzu daim nəzarətdə saxlayan Prezident İlham Əliyev dəfələrlə rayona səfər etmişdir. 2016-ci ilin fevral ayında edilən səfər isə daha yaddaqalan olmuşdur.  Səfər zamanı Prezident bir neçə obyektin, o cümlədən Qovlar şəhərindəki Gənclər Evinin, Tovuzçay su anbarının, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Tovuz şəhərində inşa edilən 7 saylı körpələr evi-uşaq bağçasının və yenidən qurulan Tovuz-Hunanlar-Qaraxanlı-Düz Cırdaxan avtomobil yolunun açılışını etmiş, rayon mərkəzindəki Heydər Əliyev Parkında aparılan yenidənqurma işləri ilə tanış olmuşdur. 

Tofiq Zeynalov RİH-in başçısı təyin olunduğu gündən  rayon əhalisinin təklif və problemlərini birbaşa onların öz dilindən eşitmək üçün idarə və müəssisə rəhbərləri ilə birlikdə rayonun ən ucqar kəndlərinə belə gedirdi. O, əhalinin həyat səviyyəsi ilə maraqlanır, mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində operativ tədbirlər görürdü. 

Rayonda sahibkarlıq mühitinin formalaşdırılması, Tovuzun iqtisadi potensialının artırılması və infrastrukturun yenilənməsi də həmişə Tofiq Zeynalovun diqqət mərkəzində olmuşdur. Məhz bunun nəticəsi idi ki, onun RİH başçısı olduğu dövrdə rayonun iqtisadi həyatında yerli sahibkarlarla yanaşı, ölkənin müxtəlif yerlərindən gəlib Tovuzda çalışan iş adamlarının sayı da artmışdı.

Tofiq müəllimin diqqət yetirdiyi məsələlərdən biri də rayon gənclərinin təhsillə əhatə olunması, xalqımızın milli-mənəvi dəyərlərini və Ulu Öndər Heydər Əliyevin siyasi irsini mənimsəmələri üçün aparılan işləri daha da canlandırmaq idi. Bu baxımdan o tez-tez rayon məktəbliləri ilə görüşlər keçirir, yeniyetmələrin arzu və təkliflərini öyrənirdi. Həyata keçirilən bu işlər Tofiq Zeynalovu rayon ictimaiyyətinin gözündə yüksəldir, onu əsl el ağsaqqalı kimi ürəkdən sevdirirdi. 

Onu sevdirən keyfiyyətlərindən biri də dövlət başçısının tapşırığına əsasən daxili imkanlardan istifadə etməklə aztəminatlı və sosial vəziyyəti qənaətbəxş olmayan ailələri diqqət mərkəzində saxlaması, belə  ailələrin işlə təminatı  və ehtiyaclarının ödənilməsi istiqamətində əlindən gələni əsirgəməməsi olmuşdur. Ümumiyyətlə, Tofiq Zeynalov bütün fəaliyyəti dövründə hər zaman Prezident İlham Əliyevə və dövlətçiliyə sədaqətlə xidmət etmişdir. O, ömrü boyu Ümummilli Lider Heydər Əliyevin etibarlı əsgəri olmuşdur. Bu keyfiyyətləri onu təkcə dövlət məmuru kimi yox, həm də el ağsaqqalı kimi sevdirmişdir. 


Vətənpərvər el oğlu 

Tofiq Zeynalov bütün vəzifələrdə, o cümlədən Tovuz Rayon Ağsaqqallar Şurasının sədri olduğu dövrdə müdrik ziyalı, nüfuzlu şəxsiyyət kimi ölkəmizin ictimai-siyasi və mədəni həyatında yaxından iştirak etmişdir. Daim xalqın və dövlətin mənafeyini uca tutan, mənəvi saflığa və vətəndaş böyüklüyünə sahib olan Tofiq müəllim səmərəli ictimai-siyasi fəaliyyəti, prinsipiallığı və xeyirxah əməlləri ilə onu tanıyan insanların dərin hörmətini qazanmışdır. 

Tofiq Zeynalovu insanların məhrəminə çevirən, onu el gözündə ucaldan əsas xüsusiyyəti isə heç şübhəsiz, vətənpərvərliyi, torpağa, millətə olan sevgisi idi. 

O, sərhəd bölgələrində şiddətli döyüşlərin getdiyi vaxt - 1990-cı ilin noyabrında Tovuz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi. (T.Zeynalov ölkədə eyni vəzifəyə iki dəfə təyin olunan azsaylı kadrlardan idi). Həmin ərəfədə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları Qarabağın sərhədlərini aşıb Tovuza da gəlib çıxmışdı. Tez-tez ermənilərin Tovuzun sərhəd kəndlərini atəşə tutması nəticəsində yerli əhali arasında ölənlər də olurdu. Bunu görən və yaşayan Tofiq Zeynalov rayon rəhbəri kimi belə qərara gəldi ki, düşmənə qarşı pərakəndə halda mübarizə aparılmasın və Tovuzda ərazi müdafiə qərargahı yaradılsın. Qısa vaxtda qərargah yaradıldı  və RİH-in başçısı özü qərargahın sədri oldu. Azğınlaşmış düşmən isə Əlibəyli, Hacallı, Ağdam, Koxanəbi, Ağbulaq, Qaralar, Muncuqlu, Şıxheybət və digər kəndlərə dayanmadan atəş açırdı və o üzdən Tovuzun Ermənistanla sərhəd kəndlərində əhali gərgin vəziyyətdə yaşayırdı. Tofiq Zeynalov vəziyyətin gündən-günə gərginləşdiyni görüb bu dəfə rayonda könüllü özünümüdafiə dəstələri yaratmağı qərara aldı və qısa vaxt ərzində lazım olan silahları əldə edərək batalyon təşkil etdi. Əvvəl sərhəd kəndlərində müdafiə istehkamları quruldu. Ardınca müdafiə dəstələri üçün kazarmalar inşa olunub daldalanacaqlar hazırlandı. T.Zeynalov hətta sərhəd kəndlərinə gedən yolları təmir etdirdi. Amma hakimiyyəti ələ keçirən AXC-Müsavat cütlüyü onu RİH-in başçısı vəzifəsindən azad etdi. Vətəninə və torpağına sadiq olan Tofiq Zeynalov isə başladığı işləri yarımçıq qoymadı. Düşmənlə üz-üzə dayanmış Ağdam kəndində gərgin döyüşlər zamanı əlində Azərbaycan bayrağı döyüşçülərə və sakinlərə ruh verdi.

O, həmin dövrdə tez-tez vətəndaşlarla görüşür, məktəblərdə olur, gənclərlə, yeniyetmələrlə milli ruhda söhbətlər aparırdı. Bu söhbətlər söz yox ki, öz səmərəsini verirdi, ilk növbədə gənclər arasında hərbi sahəyə maraq artırdı. O illər 1000 nəfərə yaxın tovuzlu gəncin Heydər Əliyev adına Ali Hərbi Məktəbə, eləcə də Naxçıvanski adına Hərbi Liseyə daxıl olması həm də Tofiq müəllimin təbliğatının nəticəsi idi.  


Qarabağın azadlığı ən böyük mükafatı oldu


Rayon ağsaqqalları Fərman Qurbanov, Məzahir Bayramov və Yaşar İbrahimov Tofiq Zeynalovun əsl el adamı, vətənpərvər insan olduğunu söyləyirlər. Deyirlər ki, o, ömrünün sonunacan qurub-yaratmaq həvəsindən düşmədi. Rayon icra hakimiyyətinin başçısı olduğu dövrlərdə də, sonrakı illərdə də müxtəlif təşəbbüslər irəli sürürdü. Məsələn, məktəblərdə xarici dillərin öyrədilməsinin gücləndirilməsi, idmanın kütləviliyinin genişləndirilməsi onun təklifi idi. Bu məqsədlə o, kəndlərin bir çoxunda idman meydançalarının yaradılmasına nail olmuşdu. Tofiq müəllim hələ sovetlər dönəmində bəzi kəndlərin adlarının dəyişdirilməsinə qarşı çıxırdı. Rayon icra hakimiyyətinin başçısı olduğu vaxtlar isə bir neçə kəndin adının qaytarılması üçün mərkəzi orqanlar qarşısında məsələ qaldırmışdı və bu nəticəsiz qalmamışdı. Bundan başqa, T.Zeynalov rayon ərazisində olan maddi-mədəniyyət abidələrinin bərpası istiqamətində işlər aparırdı. Tovuzun qədimliyini göstərmək üçün Tovuz şəhərinə girişdə hətta möhtəşəm qala divarı inşa etdirmişdi. 

Ötən əsrin çətin keçən 90-cı illərində kənd camaatının şəraitsizlik və imkansızlıq üzündən  kütləvi surətdə şəhərlərə üz tutmaları yəqin ki, çoxlarının yadındadır. O illər Tofiq müəllim həmin köçün qarşısını almaq üçün rayonun imkanları daxilində və xaricində nə lazımdırsa edirdi və çox vaxt da istədiyinə nail olurdu. "Sement qəsəbə"si adlanan ərazidə tikilib 85 ailənin köçürüldüyü beşmərtəbəli bina da o illərin T.Zeynalov tərəfindən salınmış ünvanıdır.

Tofiq Zeynalov RİH-in başçısı olduğu dövrdə Qarabağ müharibəsində şəhidlərin ailə üzvlərini, eləcə də qaziləri daim diqqət mərkəzində saxlayır, problemlərini həll edirdi. Rayonda müharibə əlilləri və şəhid ailələri üçün tikilən iki yaşayış binası da onun rəhbərliyi dövründə inşa olunmuşdur. Bundan başqa, həmin illər Tovuzda şəhid ailələri üzvlərinin və qazilərin işlə təminatına ciddi fikir verilirdi. 

İndi Tovuzda Tofiq Zeynalov haqqında kimdən soruşsan, üzündə minnətdarlıq hissi görmək olur. Hamı onu xoş əməl sahibi, elini, yurdunu sevən bir insan kimi tanıyır, xatırlayır və böyük ehtiramla anır. 

Uzun müddət bir sıra rəhbər vəzifələrdə çalışmış, ona göstərilən etimadı layiqincə doğrultmuş Tofiq Zeynalovun yüksək işgüzarlıq və idarəçilik qabiliyyəti, səmərəli fəaliyyəti və xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, "Şöhrət" ordeninə layiq görülüb. 

Tofiq Zeynalov Birinci Qarabağ müharibəsi veteranı idi. Qeyd etdiyimiz kimi, vaxtilə Tovuzun düşmənlə savaşmasında, onun qarşısında bir qala kimi qəhrəmanlıqla dirənc göstərməsində şəxsi əməyi olmuşdu. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti, rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində torpaqlarımızın işğaldan azad edilməsi, 23 saatlıq antiterror tədbirləri zamanı Qarabağda separatizm yuvasının dağıdılması, ölkəmizin suverenliyinin bərpa edilməsi,  bayrağımızın bütün ərazilərimizdə dalğalandırması vətənpərvər insan Tofiq Zeynalovun da hədsiz sevincinə, qüruruna səbəb olmuşdu. O, özü bu barədə fəxr hissi ilə deyərdi ki, "bu dünyada mənim üçün ən böyük mükafat Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağın işğaldan azad edilməsi oldu".


Sabir ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbulda Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçirilir  

20:43
18 Oktyabr

Müdafiə Nazirliyinin nümayəndə heyəti Türkiyəyə işgüzar səfər edib  

20:40
18 Oktyabr

Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 13 %-ə yaxın artırıb  

20:36
18 Oktyabr

Xaçmazda ekoloji aksiya: İki ay ərzində 30 min ağac əkiləcək

20:31
18 Oktyabr

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Bərdədə vətəndaşları qəbul edib

20:23
18 Oktyabr

Baydenin biabırçı mirası uzun illər ABŞ-ın üzərində damğa olacaq

20:16
18 Oktyabr

 50 vikinqin qalıqları tapıldı 

20:09
18 Oktyabr

Payız mövsümündə Balakəndə 3 min ağac əkiləcək

19:58
18 Oktyabr

İtaliyada işçilər tətilə başladı

19:41
18 Oktyabr

İnnovativ çoxrejimli robot təqdim edilib

19:32
18 Oktyabr

 Bayden Almaniyadadır: Prezidentlər arasında görüş olub

19:28
18 Oktyabr

“Ferrari” ən güclü avtomobilini təqdim edib

19:11
18 Oktyabr

Qatar fil sürüsü ilə toqquşdu

18:53
18 Oktyabr

Azərbaycanın və Türkiyənin XİN rəhbərləri qlobal təhlükəsizlik problemlərini müzakirə ediblər

18:39
18 Oktyabr

“Yaşıl dünya naminə həmrəylik ili”: Biləsuvarda 10 min ağac əkiləcək

18:37
18 Oktyabr

Almaniya parlamenti miqrasiya siyasətini sərtləşdirdi 

18:21
18 Oktyabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Qaxda vətəndaşların müraciətlərini dinləyib

18:16
18 Oktyabr

Azərbaycan energetiklərinin təltif edilməsi haqqında

18:14
18 Oktyabr

Məlumatların ötürülməsi zamanı rekord sürətə nail olunub

18:12
18 Oktyabr

Almaniya Ukraynaya raket göndərməyəcək

18:11
18 Oktyabr

Gənclər Fondu ilk dəfə fiziki şəxslər və gənclər təşkilatları üçün qrant müsabiqəsinə start verir 

17:28
18 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!