17 Oktyabr 2024 08:00
309
SİYASƏT
A- A+
Xarabalıqlar üzərində salınan möhtəşəm şəhər

Xarabalıqlar üzərində salınan möhtəşəm şəhər


"İlham Əliyevin sayəsində şəhərimizin azadlıq gününü Füzulidəki yeni evimizdə keçiririk" 


Tarix 17 oktyabr 2020-ci il... 

Vətən müharibəsinin 21-ci günü...

Gecədən səhərə qədər şiddətli döyüşlər gedir. Düşmənin 30 ildə möhkəmləndiyi, "keçilməz" adlandırdığı sədlər Azərbaycan əsgərinin döyüş əzmi qarşısında tab gətirə bilmir. Erməni əsgəri silahını da, bayrağını da atıb qaçır...

Sabah açılır və Müzəffər Ali Baş Komandan xalqa müjdəli xəbər verir:

"Bu gün Füzuli rayonunun aşağıdakı yaşayış məntəqələri işğalçılardan azad edilib: Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri".

Prezident deyir ki, bəzi şəxslər, ekspertlər 30 il ərzində düşmənin təmas xəttində qurduğu istehkamlar səbəbindən Füzuli şəhərinin işğaldan azad edilməsinin mümkün olmadığını bildirirdilər. Amma Azərbaycan Ordusu nəyə qadir olduğunu bir daha nümayiş etdirərək həmin fikirləri alt-üst elədi: "Təəssüf ki, Füzulidən əsər-əlamət qalmayıb. 30 il ərzində Füzuli çaqqalların, yırtıcı vəhşilərin əlində idi. Bütün binalarımız, məscidlərimiz sökülüb, evlər sökülüb. Sanki 30 il bu şəhəri vəhşi bir qəbilə zəbt edib".


Zəfər yolu, 8 aya tikilən hava limanı, yenidən qurulan şəhər...


Vətən müharibəsi başa çatdıqdan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın səfərləri də məhz ilk şəhid verdiyimiz torpaqlara oldu. 

2021-ci il yanvarın 14-də dövlət başçısı Füzuli şəhərində Azərbaycan bayrağını qaldırdı. Füzuliyə səfər edən Ali Baş Komandan elə həmin gün Füzuli-Şuşa avtomobil yolunun təməlini qoydu. Prezident bu yolu Zəfər yolu adlandırdı.  

Prezident işğaldan azad edilmiş digər rayonlar kimi, Füzuliyə də dəfələrlə səfər edib, təməlqoyma və açılış mərasimlərində iştirak edib. 2021-ci il yanvarın 14-də 

İlham Əliyev Füzuli rayonunda hava limanının təməlini qoydu. Bu beynəlxalq hava limanı işğaldan azad edilmiş ərazilərimizdəki ilk liman idi. Füzuli Beynəlxalq Hava Limanı qısa bir zamanda, hətta deyiləndən daha tez - 8 ay ərzində tikildi. Füzulinin işğaldan azad olunmasından sonra şəhərin baş planı hazırlandı və yeni şəhər salındı. 

Prezidentin sərəncamı ilə işğaldan azad olunmuş şəhərlərimizin təntənə günləri müəyyənləşdi və 17 oktyabr - Füzuli Şəhəri Günü kimi tarixiləşdi. Ötən il oktyabrın 17-də Prezident İlham Əliyev Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü və yeni mənzillərinin açarlarını onlara təqdim etdi. 

Müzəffər Ali Baş Komandan bir daha bəyan etdi ki, bütün şəhərlərimiz  Füzuli kimi olacaq. Çünki Füzulidə birinci şəhərsalma layihəsi icra edilib. 

Düzdür, laçınlılar füzulililərdən bir qədər tez öz doğma yurdlarına qayıdıblar. Amma Laçın şəhərində ermənilər qanunsuz məskunlaşma apardıqları üçün orada binaların bəziləri nisbətən salamat qalmışdı və o evlər sadəcə olaraq bərpa edildi. Deməli, Laçının əvvəlki şəhərsalma mənzərəsi yerindədir. Füzulidə isə şəhər tamamilə yenidən qurulub.  

Dövlət başçısı onu da dedi ki, Füzuli azad olunanda dəhşətli mənzərə var idi. İgid əsgərlərimiz bayrağımızı sancmağa bir salamat bina tapmamışdılar. Yəni erməni vandalları şəhəri 30 ildə xarabalığa çevirmişdilər. Azərbaycan dövləti yalnız öz iqtisadi qüdrəti hesabına qısa zamanda xarabalıqlar üzərində möhtəşəm şəhər saldı. 

Prezident dedi ki, artıq 800-dən çox insan yeni şəhərcikdə yerləşib. İlin sonuna qədər burada təqribən 2 minə yaxın insan yaşayacaq. Böyük qayıdış proqramımızın birinci mərhələsinin sonunda - 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yeni həyata başlayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq.


"Allah Prezidentimizi var eləsin!"


Bu gün Füzulidə azadlığın təntənə günü qeyd edilir. Şəhər bayram əhvali-ruhiyyəsindədir. Biz də onların sevinclərini paylaşmaq, xoş günlərində yanlarında olub ürək sözlərini eşitmək üçün yolumuzu bayram ərəfəsində Füzulidən saldıq.

Füzuli Şəhəri Günü füzulililər üçün həqiqətən də həm sevindirici, həm də qürurverici gündür. 30 il işğal altında olan, erməni vandalizminə məruz qalan  Füzulinin yenidən daha gözəl, daha müasir şəkildə qurulması həqiqətən də onlar üçün çox xoşbəxt anlardır. 

Şəhərə daxil olar-olmaz qarşılaşdığımız ilk xoş mənzərə də bunu deməyə əsas yaratdı. Belə ki, şəhərciyin mərkəzindəki söhbətgah tərəfdə başqa bir aləm yaşanırdı. Ahıllar sanki stolüstü oyunların yarışını keçirirdilər. Nərdtaxta oynayan kim, növbə gözləyən  kim... Dominonun daşlarını stolun üstünə düzən kim...

Ağsaqqallara yaxınlaşıb salamlaşaraq onları təbrik edirik. Nurani bir ağsaqqal bizə yaxınlaşıb köhnə tanışlar kimi əl uzadaraq "xoş gəlmisiniz" deyir. Sonra da söhbətə başlayır: "Burada yaşadığımız hər gün füzulililərin əsl bayramıdır. İllərdir biz Füzulinin işğalı günündə bir yerə toplaşar, bir-birimizə təsəlli verər, Füzuli həsrəti ilə alışıb -yanar, dərdimizi bölüşərdik. Şükür, indi öz doğma yurdumuzdayıq. Bizə bu xoş günü yaşadan Ali Baş Komandanımıza, şəhidlərimizə, qazilərimizə minnətdarıq". 

Söhbət əsnasında bəlli olur ki, müsahibimiz Füzuli sakini Hacı Məhəmməd Hüseynovdur. Qarabağda hörmət olunan el ağsaqqallarındadır. Başları nərdtaxta oynamağa qarışan ahıllar da "vaxt edib" üzlərini həmsöhbətimizə tutub deyirlər ki, "Hacı, bizim əvəzimizdən də doğma yurdumuzu bizə qaytarıb bu şəraiti yaradan Prezidentimizə minnətdar olduğumuzu bildir".

Məhəmməd Hüseynov sözünə davam edir:

- İllərdir yurd həsrəti çəkirdik. Çox şükür ki, gec oldu, güc oldu. Müzəffər Ali Baş Komandan bütün Qarabağı işğaldan azad edib, separatçılardan təmizlədi. İndi öz yurdumuzda, öz evimizdə təhlükəsiz, rahat nəfəs alırıq. Həm də necə rahatlıqla?.. Hər cür şəraitimiz var... İllərlə çətinlik  çəkənlərimiz, imkansızlıq görənlərimiz çox olub. Amma hər zaman dövlətimizin arxamızda durduğunu, Prezidentimizin yanımızda olduğunu hiss etmişik. Dövlət işığımızı, suyumuzu, çörəyimizi verib. Allah Prezidentimizi var eləsin. Dövlətimizə, liderimizə duaçıyıq. Dövlətimiz insana nə lazımdırsa, onu da  bizə verib. Bir gözəlliyə baxın. Həyətə düşəndə gözümüz gözəllik görür. İnsanın ruhu dincəlir. Hələ bir mənzillərimizi görəsiniz, hər cür şərait var. Fürsətdən istifadə edib bizə bu xoşbəxtliyi yaşadan möhtərəm Prezidentimizə füzulililər adından bir ağsaqqal kimi minnətdarlığımı bildirirəm".

Ağsaqqallara "oyunçu aparsın",  deyib sağollaşırıq. 


"4 yaşında Füzulidən çıxdım, 2 övladla geri qayıtdım"


Şəhərdə əsl bayram havası var. Qarşımıza çıxıb sanki köhnə tanış kimi səmimi salamlaşan şəhər sakini İsa Vəliyev bizi evinə dəvət edir. Təklifini qəbul edib onun mənzilinə yollanırıq. Çay süfrəsi arxasında Vəliyevlər ailəsinin keçmiş və yeni həyat şəraiti ilə tanış oluruq: "Füzulidən çıxanda 4 yaşım var idi. Atamın ağladığını ilk dəfə tüstüsü göyə qalxan Füzüli şəhərinə baxarkən görmüşəm. O qədər ümidsiz idi ki... Bilmirdi irəli getsin, ya geri. Geridə yanan Füzuli, irəlidə isə qolumuzdan tutub, qapısını üzümüzə açacaq kimsəmiz yox idi... 

Başımız çox müsibətlər çəkdi. İmişlidə qaçqın şəhərciyində yaşadıq. Heç yadımdan çıxmaz, dizə kimi palçığa batırdım. Özümü palçıqdan çıxarmağa gücüm çatmırdı. Atam gəlib məni qucağına götürəndə onun üst-başı da palçıq olurdu. Sonra Lənkərana getdik. Uşaq bağcasında dar bir otağa sığındıq... Daha sonra Bakıda, Xəzər royununun Şüvəlan qəsəbəsində özümüzə bir yer etdik. 30 il Füzuli həsrəti ilə yaşadıq. Çox şükür, Füzuli azad oldu. Qısa müddətdə belə gözəlliklər də yaradıldı. 36 yaşımda yenidən Füzuliyə qayıtdım. Həm də tək qayıtmadım. Ailəmlə, iki övladımla birlikdə döndüm. 

Fərqi görürsünüzmü? 4 yaşında ümidi bu torpaqlarda dəfn edilmiş bir uşaq indi bu torpaqlara sevincindən ağlaya-ağlaya qayıdır... 

Şükür, min şükür... Dövlətimlə, onun qüdrəti ilə qürur duyuram. Bu dövləti qurub, onu qüdrətləndirən Prezidentimlə fəxr edirəm. Bu gün bütün füzulililər əsl bayram yaşayır. Yaşasın Azərbaycan! Var olsun Prezidentimiz!"


"Prezidentlə görüşüm ömrü boyu xatırlayacağım hadisə oldu"


Ötən il avqustun 23-də Füzuli şəhərində daha bir tarixi gün yaşanıb. Azərbaycan-Özbəkistan qardaşlığının nümunəsi olan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimi keçirilib. Mərasimdə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva iştirak ediblər.

Dövlət başçısı qeyd edib ki,  məktəbə Əmir Teymurun nəvəsi, özbək xalqının böyük oğlunun adı verilib. Bu məktəb Özbəkistan-Azərbaycan dostluğunun, qardaşlığının bir mərkəzi olacaq. 

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən məktəb 960 şagird yerlikdir. Ötən il başlanılan tikinti işləri yüksək keyfiyyətlə həyata keçirilib. Üç hektar ərazidə inşa edilən məktəb binası iki mərtəbə və zirzəmidən ibarətdir. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, 500 yerlik akt zalı, idman zalı, 320 yerlik yeməkxana, kitabxana var. Məktəbin həyətyanı ərazisində futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qaçış zolaqları, söhbətgahlar, nəzarət-buraxılış məntəqəsi, qazanxana, su çənləri, transformator yarımstansiyası inşa edilib. Tikinti işləri yüksək keyfiyyətlə həyata keçirilib.

Məktəbdə direktor müavini işləyən Ləman Məstaliyeva ilə söhbətimiz əsnasında bəlli olur ki, təhsil ocağında hazırda 535 şagird təhsil alır. Ləman müəllim də ötən il Prezidentin Füzuliyə səfəri zamanı keçirilən görüşdə iştirak edib və dövlət başçısına sonsuz minnətdarlığını bildirib: "Füzulini tərk edəndə 13 yaşım var idi. Göz yaşı içində bu torpaqları tərk etdiyim günü xatırlayanda dəhşətə gəlirəm. Füzuli od tutub yanırdı. Elə zənn edirdim ki, Füzulinin başının üstünü alan qara duman, tüstü heç vaxt çəkilməyəcək. Füzulini bir daha belə görə bilməyəcəm...

Çox şükür, hazırda Füzuli şəhəri mənzərəsi ilə görənləri heyran edir. Burada hər şey bir başqa görünür. Artıq bir ildir ki, Füzuli şəhərində Mirzə Uluqbəy adına 1 nömrəli orta məktəbdə direktor müavini kimi fəaliyyət göstərirəm. Ötən il mənim həyatım üçün çox yaddaqalan bir il oldu. Həm doğma yurdumuza qayıtdım, həm də öz elimdə, obamda iş fəaliyyətimi davam etdirirəm. Ən başlıcası isə bizi məğlub xalqdan müzəffər xalq statusuna yüksəldən Prezidentimizlə üzbəüz dayanıb təşəkkür etmək imkanı qazandım. Bu görüş həyatımda ömür boyu xatırlayacağım çox mühüm hadisə oldu. Qarabağın xilaskarına, cənnətə döndərdiyi yurdun bir sakini kimi minnətdarlıq etmək mənə də nəsib olmuşdu.

Özümü çox xoşbəxt və şanslı hesab edirəm. Doğma torpağımda 4 otaqlı mənzillə təmin edilmişəm. 7 nəfər ailə üzvümlə öz evimizdə qayğısız, xoşbəxt həyat yaşayırıq. Tamamilə doğma insanların əhatəsindəyik.

17 oktyabr Füzuli Şəhəri Günüdür. Torpaqlarımızı azad edən sərkərdəyə "yaşa, var ol!" deyirəm. Cənab Prezidentimizə qəzetiniz vasitəsilə demək istəyirəm ki, biz yalnız minnətdarlıq etməklə kifayətlənmirik. Siz qədirbilən insanların ürəyində əbədi heykəlinizi ucaldan, Qarabağı xilas edən əsl sərkərdəsiniz".

Beləcə, doğma yurda qayıdan soydaşlarımızın ən əziz günləri olan Füzuli Şəhəri Günü ərəfəsində onların sevincinə sevinc qatmaq, xoş anları paylaşmaq, onların əhatəsində olmaq bizim reportajımızı daha maraqlı etdi. Elə bu xoş təəssüratlarla da yeni, müasir Füzuli şəhərindən ayrılıb Bakıya qayıdırıq. 


Rəşad BAXŞƏLİYEV,

Elşən QƏNİYEV,

"Azərbaycan"


Bakı-Füzuli-Bakı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Ferrari” ən güclü avtomobilini təqdim edib

19:11
18 Oktyabr

Qatar fil sürüsü ilə toqquşdu

18:53
18 Oktyabr

Azərbaycanın və Türkiyənin XİN rəhbərləri qlobal təhlükəsizlik problemlərini müzakirə ediblər

18:39
18 Oktyabr

“Yaşıl dünya naminə həmrəylik ili”: Biləsuvarda 10 min ağac əkiləcək

18:37
18 Oktyabr

Almaniya parlamenti miqrasiya siyasətini sərtləşdirdi 

18:21
18 Oktyabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Qaxda vətəndaşların müraciətlərini dinləyib

18:16
18 Oktyabr

Azərbaycan energetiklərinin təltif edilməsi haqqında

18:14
18 Oktyabr

Məlumatların ötürülməsi zamanı rekord sürətə nail olunub

18:12
18 Oktyabr

Almaniya Ukraynaya raket göndərməyəcək

18:11
18 Oktyabr

Gənclər Fondu ilk dəfə fiziki şəxslər və gənclər təşkilatları üçün qrant müsabiqəsinə start verir 

17:28
18 Oktyabr

Sabirabadda 11 mindən çox ağac əkiləcək

17:25
18 Oktyabr

MDB PA-nın Mədəniyyət, informasiya, turizm və idman üzrə daimi komissiyasının iclası olub

17:21
18 Oktyabr

“Yeniyetmə və gəclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin təqdimatı olub

17:18
18 Oktyabr

Azərbaycan II TÜRKSOY Teatr Festivalında təmsil olunur

17:16
18 Oktyabr

İran: Problemlər dinc yolu ilə həll olunmalıdır

17:09
18 Oktyabr

“Araz” SES yenidən qurulacaq - AÇIQLAMA

16:58
18 Oktyabr

Peşə təhsilinin təşkili ilə bağlı cəzaçəkmə müəssisələrinə baxış keçirilib

16:58
18 Oktyabr

“Qarabağ” rəsmiləri Yohan Kroyff adına institutun diplomunu alıblar

16:55
18 Oktyabr

Çin lideri Rusiyaya gedəcək  

16:51
18 Oktyabr

Bayden Almaniyanın ən yüksək dövlət mükafatına layiq görülüb

16:39
18 Oktyabr

Gürcüstanda yeni nazir təyinatı olub  

16:33
18 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!