Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Azərbaycanla Gürcüstanı mehriban qonşuluq və tarixi dostluq əlaqələri birləşdirir. Bu əlaqələr fonunda hər iki dövlət arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq mövcuddur. Və bütün bunlar münasibətlərin davamlı olacağına zəmanət verir.
Bu gün Azərbaycan etibarlı tərəfdaş olmaqla yanaşı, həm də regionun aparıcı ölkəsdir. Onun qonşu dövlətlərlə dostluq əlaqələri, ortaq layihələrin həyata keçirilməsində fəallığı hər zaman nümunə olmuşdur. Bu baxımdan ölkəmizin bir çox layihələrdə ortaqlıq etdiyi qonşularından biri də Gürcüstandır. Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərliyə gəldikdən sonra iki müstəqil dövlət arasındakı münasibətlər yeni mərhələyə qədəm qoydu.
O zamandan başlayan münasibətlər mükəmməl hüquqi bazaya söykənərək siyasi, iqtisadi və sosial-humanitar sahələri də özündə birləşdirir. Bu gün Gürcüstan həmçinin regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir.
Gürcüstanla əlaqələr özünü iqtisadi sahədə daha çox büruzə verir. İki ölkəni bir-birinə Bakı-Supsa, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC), Bakı-Tbilisi-Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Bu sırada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, digər qurumlar çərçivəsində əməkdaşlıqların da mühüm əhəmiyyət kəsb etdiyinin üstündən keçə bilmərik. Əlaqələrin genişlənməsində 1998-ci ildə baş tutmuş tarixi Böyük İpək yolunun bərpası üzrə Beynəlxalq Konfransın da özünəməxsus rolu olmuşdur. 1999-cu il aprelin 17-də Bakı-Supsa neft kəmərinin işə salınması isə iqtisadi sahədəki irəliləyişlərə təkan vermişdir.
İki ölkə arasındakı əlaqələrin ən vacib məqamlarından biri də Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tikintisi və fəaliyyətə başlamasıdır. 2005-ci ilin may ayında sözügedən neft kəmərinin Azərbaycan, oktyabrın 12-də isə Gürcüstan hissəsi istifadəyə verilmişdir. Bu kəmər vasitəsilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarından Türkiyənin Ceyhan limanına, oradan isə Aralıq dənizi üzərindən Avropa bazarlarına neft nəql edilməsinə başlanmışdır. BTC boru kəməri regiondan hasil edilən nefti dünya bazarlarına çatdırmağa imkan verməklə yanaşı, çoxşaxəli beynəlxalq iqtisadi əməkdaşlığın inkişafına da zəmin yaratmışdır.
2017-ci ildən istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu (BTQ) isə tarixi və qlobal layihədir. İki ölkəni bir-birinə daha yaxın edən bu layihənin həyata keçirilməsi Azərbaycan, Gürcüstan və Türkiyənin birgə səyləri hesabına mümkün olmuşdur. Azərbaycan layihənin tikintisi zamanı heç bir yerdən yardım və kredit almamış, yalnız öz daxili imkanları hesabına işi başa çatdırmışdır. Prezident İlham Əliyev bu ilin martında Azərbaycana səfər edən Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşərkən verdiyi bəyanatda BTQ-yə toxunaraq demişdir: "Birgə həyata keçirdiyimiz infrastruktur layihələri - nəqliyyat, enerji layihələri bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir və bundan sonra da bu istiqamətdə əlavə addımlar atılacaq. Xüsusilə nəqliyyat sahəsində yaradılan və yaradılacaq yeni infrastruktur bir çox ölkələr üçün əvəzolunmaz imkanlar açacaq. Xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolunun bir-iki aydan sonra artıq genişləndirilmiş formada fəaliyyətə başlaması hesab edirəm ki, böyük nailiyyətlərdən biridir. Dediyim kimi, bir-iki aya bu dəmir yolunun ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılacaq və eyni zamanda bu dəmir yolunun fəaliyyəti bir çox ölkələr üçün də cəlbedici olacaq".
Yaxın qonşumuzla əlaqələrin heç bir zaman pozulmayacağına əminlik ifadə edən amillərdən biri də Cənub Qafqaz Boru Kəməridir (CQBK). CQBK Xəzər dənizindəki "Şahdəniz" yatağından çıxarılan qazı Gürcüstana çatdırır. Ümumi uzunluğu 691 kilometr olan CQBK-nin Azərbaycan hissəsi 443, Gürcüstan hissəsi 248 kilometrdir. Gürcüstan-Türkiyə sərhədində CQBK-yə 280 kilometrlik boru kəməri birləşdirilib. Səngəçal-Ərzurum marşrutu ilə uzanan bu xətt bütövlükdə Bakı-Tbilisi-Ərzurum (BTƏ) kəməri adlanır. BTƏ-nin ölkəmiz üçün əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan məhz bu marşrutun sayəsində dünyada qaz ixrac edən ölkə kimi tanınmağa başlayıb.
Baxmayaraq ki, iki dövlət arasında həyata keçirilən layihələrin əksəriyyəti Azərbaycan tərəfindən maliyyələşdirilir, amma Tbilisinin əsas rol oynadığı layihələr var ki, bunun da region üçün çox böyük əhəmiyyət kəsb etdiyini danmaq olmaz. Ona görə də Gürcüstan hər zaman Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olub, iqtisadi-ticari əlaqələrin yüksələn xətlə inkişafı yönümündə gərəkli addımlar atıb. Birbaşa investisiyaların cəlb edilməsi sahəsindəki etibarlı tərəfdaşlıq bu gün yükdaşımalar və logistika imkanlarının genişləndirilməsində də böyük rol oynayır. Bu məsələdə hər iki dövlət öz potensialından geniş istifadə etməyə çalışır. Gürcüstan Azərbaycanın enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eləcə də Şərqdən Qərbə yüklərin daşınmasında mühüm tranzit rolunu oynayır.
Hər iki ölkənin tarixi İpək yolu üzərində yerləşməsi, birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi regionumuzdan keçən yükdaşımaların da həcmini artırıb. Uğurlu regional əməkdaşlıq çərçivəsində qlobal enerji, nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsi üstəlik Azərbaycanla Gürcüstan arasında regional sülhə və sabitliyə töhfə verir.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"
“Ferrari” ən güclü avtomobilini təqdim edib
Qatar fil sürüsü ilə toqquşdu
Azərbaycanın və Türkiyənin XİN rəhbərləri qlobal təhlükəsizlik problemlərini müzakirə ediblər
“Yaşıl dünya naminə həmrəylik ili”: Biləsuvarda 10 min ağac əkiləcək
Almaniya parlamenti miqrasiya siyasətini sərtləşdirdi
Əmək və əhalinin sosial müdafiəsi naziri Qaxda vətəndaşların müraciətlərini dinləyib
Azərbaycan energetiklərinin təltif edilməsi haqqında
Məlumatların ötürülməsi zamanı rekord sürətə nail olunub
Almaniya Ukraynaya raket göndərməyəcək
Gənclər Fondu ilk dəfə fiziki şəxslər və gənclər təşkilatları üçün qrant müsabiqəsinə start verir
Sabirabadda 11 mindən çox ağac əkiləcək
MDB PA-nın Mədəniyyət, informasiya, turizm və idman üzrə daimi komissiyasının iclası olub
“Yeniyetmə və gəclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin təqdimatı olub
Azərbaycan II TÜRKSOY Teatr Festivalında təmsil olunur
İran: Problemlər dinc yolu ilə həll olunmalıdır
“Araz” SES yenidən qurulacaq - AÇIQLAMA
Peşə təhsilinin təşkili ilə bağlı cəzaçəkmə müəssisələrinə baxış keçirilib
“Qarabağ” rəsmiləri Yohan Kroyff adına institutun diplomunu alıblar
Çin lideri Rusiyaya gedəcək
Bayden Almaniyanın ən yüksək dövlət mükafatına layiq görülüb
Gürcüstanda yeni nazir təyinatı olub
Gözlərindəki tiri görməyənlər11 Oktyabr 2024
Tarixi əməkdaşlıq və müttəfiqlik10 Oktyabr 2024
İlham ƏLİYEV: "Artıq status-kvo deyilən məsələ və təmas xətti yoxdur"09 Oktyabr 2024
Milli Məclisdən ABŞ-yə etiraz09 Oktyabr 2024
Moskvada MDB Dövlət Başçıları Şurasının iclası keçirilib Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-408 Oktyabr 2024
Həqiqətlər və oyunbazlıqlar08 Oktyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!