15 Oktyabr 2024 09:15
526
SİYASƏT
A- A+
21 il, 44 gün, 23 saat...

21 il, 44 gün, 23 saat...


Və Qalibin Zəfər salnaməsi


2003-cü il oktyabrın 15-dən, yəni Ulu Öndər Heydər Əliyevin layiqli siyasi varisi İlham Əliyevin xalqın yekdil qərarı ilə Prezident seçilməsindən ötən 21 illik tarixi izləyəndə Azərbaycan adına qazanılan böyük uğurların, qələbələrin, zəfərlərin sıralandığı möhtəşəm xronologiyaya şahidlik edirik. Zaman üçün çox qısa bir vaxtda  tarixi ədalətin, haqqın, milli maraqlarımızın beynəlxalq hüququn prinsip və normaları çərçivəsində qətiyyətlə təmin edildiyini görürük. 

Nəyi necə, nə vaxt etmək lazım olduğunu yaxşı bilən Prezident İlham Əliyevin özünün də dünyaya bəyan etdiyi kimi: "Əgər bizim bütün fəaliyyətimizin xronologiyasını izləsəniz, hətta İkinci Qarabağ müharibəsinin başlanmasına qədər getsəniz, siz bizim haqlı olduğumuzun məntiqini və güclü arqumentini görəcəksiniz... Biz hər şeyi düzgün etmişik".

Bu gün Qalib Lider İlham Əliyevin Zəfər salnaməsinin şifrə rəqəmlərini 21 il, 44 gün, 23 saat kimi xarakterizə etsək, heç də yanılmarıq...


Milli maraqlarımızı müdafiə edəcəyinə and içmişdi 

 

Cəmi 21 il ərzində Azərbaycan Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında Cənubi Qafqazın lider ölkəsinə çevrilib, dünyada söz sahibi olub. Ölkəmiz ictimai-siyasi, sosial-iqtisadi, hərbi, mədəni, ümumiyyətlə, bütün sahələr üzrə böyük inkişaf yolu qət edib. Ölkəmiz dünyanın enerji, nəqliyyat qovşağına çevrilib və əbəs yerə deyil ki, bölgə ilə bağlı reallaşdırılan bütün layihələr Azərbaycanla razılaşdırılır. Beynəlxalq miqyaslı məsələlərin həlli ilə əlaqədar müzakirələrin, dialoqların aparıldığı unikal ünvan statusu daşıyan Azərbaycan qlobal problemlərin həllində aktiv iştirak edir, planetimizin xilası naminə mühüm işlər gerçəkləşdirir. Bu baxımdan COP29 kimi beynəlxalq əhəmiyyətli tədbirə evsahibliyi etməsi üçün dünyanın əksər ölkələrinin yekdilliklə Azərbaycan lehinə səs vermələri də təsadüfi xarakter daşımırdı. 

Ölkəmizin həyatında son iki onillikdə baş verən hərtərəfli inkişafa, tərəqqiyə, iqtisadi, hərbi gücümüzün günbəgün artmasına, əldə etdiyimiz nailiyyətlərə, uğurlara nəzərən əminliklə deyə bilərik ki, Prezident İlham Əliyev düz 21 il əvvəl xalqına verdiyi vədləri layiqincə yerinə yetirərək Azərbaycanın inkişafı üçün əlindən gələn hər şeyi edib və onu qüdrətli ölkəyə çevirib. 

2003-cü il oktyabrın 15-də İlham Əliyev xalqdan mandat almış, oktyabrın 31-də isə "Qurani-Kərim"ə əl basaraq Azərbaycan xalqının və dövlətinin milli maraqlarını müdafiə edəcəyinə and içmişdi.

Buna görə də prezidentlik fəaliyyəti dövründə, heç şübhəsiz, İlham Əliyevin qarşısına qoyduğu birnömrəli vəzifə Azərbaycanın ərazi və suverenliyinin təmini idi: istər sülh, istərsə də müharibə yolu ilə olsun... 


Milli missiya 

 

Cəmi 44 gün ərzində Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyevin mükəmməl siyasi gedişləri, diplomatik bacarığı, hərbi taktikası sayəsində ərazisi işğal altında olan ölkədən zəfər ölkəsinə, xalqımız məğlub xalqdan qalib xalqa çevrildi.

Vətən müharibəsinə qədərki prezidentlik fəaliyyəti dövründə münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün diplomatik siyasət həyata keçirən İlham Əliyev bütün beynəlxalq tribunalardan Azərbaycanın haqq səsini çatdırır, Ermənistanın işğalını əbədiləşdirmək istəyən qərəzli xarici ölkə və qurumlara qarşı mübarizə aparırdı. 

Ancaq həmin məkrli qüvvələr, Qarabağ münaqişəsinin danışıqlar yolu ilə tənzimlənməsi üçün missiyalandırılan ATƏT-in keçmiş Minsk qrupu məsələnin işğalçının xeyrinə olaraq sonsuzadək dondurulmasına çalışırdılar. 

Bütün bunlara görə 2019-cu ildə Valdayda "Qarabağ Azərbaycandır!" haqq nidasını səsləndirən Prezident İlham Əliyev artıq Bakının səbir kasasının daşdığını dünyaya çatdırdı. Qətiyyətlə bildirdi ki, Azərbaycan öz ərazilərinin işğalı ilə barışmaq fikrində deyil.    

Və 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti təxribatlarına qarşı Vətən uğrunda "İrəli" əmri verən Müzəffər Ali Baş Komandan İlham Əliyev ərazilərimizin 30 illik işğalına son qoymağın zamanının yetişdiyinin ismarışını verdi. Savaşın ilk günündən qəhrəman döyüşçülərimiz addım-addım torpaqlarımızı işğaldan qurtarmağa başladılar. Müharibənin 44 günü ərzində kəndlərimizin, qəsəbələrimizin, şəhərlərimizin bir-bir azadlığına qovuşdurulmasının müjdəsinin Prezident İlham Əliyev tərəfindən xalqımıza yetirilməsi xoş ənənəyə çevrildi. 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük Şuşa zəfərini məhz Şəhidlər xiyabanından xalqımıza çatdırması isə xüsusi rəmzi məna daşıyırdı və bu, torpaqlarımız uğrunda canlarını qurban verən oğul və qızlarımızın qisasının alındığına işarə idi.  

II Qarabağ savaşının 44 günü ərzində rəşadətli Azərbaycan Ordusunun düşmənin başına endirdiyi sarsıdıcı "dəmir yumruq" zərbəsinin təsiri idi ki, Ağdam, Kəlbəcər, Laçın bir güllə atılmadan, bir itki verilmədən azad edildi. 

Vətən müharibəsindəki möhtəşəm zəfər onilliklər boyu talanan, daşı daş üstə qalmayan, viranəyə çevrilən ərazilərimizi düşmən tapdağından qurtardı. Yüz minlərlə keçmiş məcburi köçkünümüzün yurd həsrətini bitirdi. 

Azadlıqlarının üzərindən dərhal sonra həmin şəhər, qəsəbə və kəndlərimizdə genişmiqyaslı quruculuq və bərpa işlərinə start verildi, çox keçmədən Qarabağ və Şərqi Zəngəzura Böyük qayıdış həyata keçirildi. Bir zamanlar yurdlarından didərgin düşərək ölkəmizin dörd  tərəfinə səpələnmiş keçmiş məcburi köçkünlərimiz mərhələli şəkildə öz isti od-ocaqlarına qovuşdurulmağa başlandılar.

 

Əbədi qələbə 


Cəmi 23 saat ərzində Qalib Lider İlham Əliyevin qətiyyətli siyasətinin nəticəsində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi təmin olundu, üçrəngli, ay-ulduzlu bayrağımız bütün ərazilərimizdə dalğalandırıldı. 

"...Biz bu gün buradayıq, Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan gerbi, Azərbaycan bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. 

...Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər".

Ötən il oktyabrın 15-də Xankəndidən xalqımıza müraciət edən Prezident İlham Əliyevin qürurla vurğuladığı kimi, bu, İlahi ədalət, haqqın öz yerini tapması demək idi.  

2023-cü il sentyabrın 19-da başlayıb 20-də ildırım sürəti ilə bitən və dünya erməniliyinə, onlara havadarlıq edən xarici qüvvələrə dünyanı dar edən antiterror tədbirləri Qarabağda separatizmin kökünü birdəfəlik kəsdi, tarixi torpaqlarımızdakı quldur yuvasını darmadağın etdi. Status cəhənnəmə getdi, sərsəm "böyük Ermənistan" planları məhv edildi.

Milli kimliyimizə düşmən kəsilərək xalqımıza qarşı qətliamlar, soyqırımları həyata keçirən, qanlı əməlləri ilə öyünən, Qarabağda at oynatmaq istəyən qatil ermənilər - Arayik Harutyunyan, Ruben Vardanyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan... kimi ünsürlər qandallanaraq başıaşağı vəziyyətdə Bakıya gətirildilər. Özlərini qondarma qurumun "prezident"ləri, "nazir"ləri, "parlament sədrləri"... adlandıran bu təlxəklər toplusu indi Azərbaycan qanunları qarşısında cavab verirlər. 

Qalib Lider İlham Əliyevin yürütdüyü məharətli diplomatik siyasətin növbəti qələbəsi isə bu ilin may ayında Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin Azərbaycana qaytarılması oldu. 4 qeyri-anklav kənd Qalib Lider İlham Əliyevin tələbi ilə bir güllə atılmadan, qan tökülmədən azad edildi. 


Böyük inam


Gətirdiyimiz nümunələrdən də göründüyü kimi, Azərbaycan son 21 il ərzində vətənpərvər şəxsiyyət İlham Əliyevin əzmi, qətiyyəti, uzaqgörən siyasəti sayəsində tarixindəki ən böyük zəfərlərə imza atıb. Məğlub ölkədən qalib ölkə zirvəsinə yüksəlib, ərazi bütövlüyünü, suverenliyini tam təmin edib.  

Ölkəmizin qazandığı bu qələbələr isə, heç şübhəsiz, bölgə ilə bağlı məkrli planları olan qərəzli Qərb siyasi mərkəzlərini və təsisatlarını qane etmir. Buna görədir ki, Vətən müharibəsindən, xüsusilə də antiterror tədbirlərindən sonra müstəmləkəçi Fransanın başçılığı altında Azərbaycana qarşı qərəzli kampaniyaya başlayıblar. Onlar Ermənistana siyasi, hərbi dəstək verərək onu revanşa qızışdırırlar. Lakin sülhdən yayınması elə İrəvanın özünə zərərdir. 

Bu il oktyabrın 4-də Cəbrayıl şəhərində sakinlərlə görüşən Prezident İlham Əliyev bəyan etdi ki, Ermənistan təhlükəli oyunlara qoşulub və İkinci Qarabağ müharibəsinin tarixçəsi onların yadından çıxmasın. Onların yadından çıxmasın ki, necə diz üstə bizdən imdad diləyirdilər, necə Rusiyaya gündə bəlkə 10 dəfə ən yüksək səviyyədə müraciət edirdilər ki, müharibə dayandırılsın: "O, onların yadından çıxıb. İndi yeni sahiblər tapıblar. O sahiblər qabağında diz üstə yürüyürlər. Antiterror əməliyyatı onların yadından çıxmasın. Yadından çıxmasın ki, hətta o coğrafiyada biz istədiyimizə nail ola bilmişik. Heç kimə baxmadan, heç nəyə baxmadan cəmi bir neçə saat ərzində separatçılığın kökünü kəsmişik". 

Bütün bunlara görədir ki, elə bu ilin 7 fevralında da Azərbaycan xalqı bir daha yekdilliklə Ulu Öndər siyasi məktəbinin layiqli varisi, sözü imzası qədər kəsərli olan  İlham Əliyevə səs verərək onu özünün Prezidenti seçdi. Qalib Lider İlham Əliyevin qarşıda da xalqımıza neçə-neçə qürurlu, şanlı günlər yaşadacağının tam əminliyi ilə...


Yasəmən MUSAYEVA,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Ferrari” ən güclü avtomobilini təqdim edib

19:11
18 Oktyabr

Qatar fil sürüsü ilə toqquşdu

18:53
18 Oktyabr

Azərbaycanın və Türkiyənin XİN rəhbərləri qlobal təhlükəsizlik problemlərini müzakirə ediblər

18:39
18 Oktyabr

“Yaşıl dünya naminə həmrəylik ili”: Biləsuvarda 10 min ağac əkiləcək

18:37
18 Oktyabr

Almaniya parlamenti miqrasiya siyasətini sərtləşdirdi 

18:21
18 Oktyabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Qaxda vətəndaşların müraciətlərini dinləyib

18:16
18 Oktyabr

Azərbaycan energetiklərinin təltif edilməsi haqqında

18:14
18 Oktyabr

Məlumatların ötürülməsi zamanı rekord sürətə nail olunub

18:12
18 Oktyabr

Almaniya Ukraynaya raket göndərməyəcək

18:11
18 Oktyabr

Gənclər Fondu ilk dəfə fiziki şəxslər və gənclər təşkilatları üçün qrant müsabiqəsinə start verir 

17:28
18 Oktyabr

Sabirabadda 11 mindən çox ağac əkiləcək

17:25
18 Oktyabr

MDB PA-nın Mədəniyyət, informasiya, turizm və idman üzrə daimi komissiyasının iclası olub

17:21
18 Oktyabr

“Yeniyetmə və gəclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin təqdimatı olub

17:18
18 Oktyabr

Azərbaycan II TÜRKSOY Teatr Festivalında təmsil olunur

17:16
18 Oktyabr

İran: Problemlər dinc yolu ilə həll olunmalıdır

17:09
18 Oktyabr

“Araz” SES yenidən qurulacaq - AÇIQLAMA

16:58
18 Oktyabr

Peşə təhsilinin təşkili ilə bağlı cəzaçəkmə müəssisələrinə baxış keçirilib

16:58
18 Oktyabr

“Qarabağ” rəsmiləri Yohan Kroyff adına institutun diplomunu alıblar

16:55
18 Oktyabr

Çin lideri Rusiyaya gedəcək  

16:51
18 Oktyabr

Bayden Almaniyanın ən yüksək dövlət mükafatına layiq görülüb

16:39
18 Oktyabr

Gürcüstanda yeni nazir təyinatı olub  

16:33
18 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!