04 Yanvar 2025 19:28
269
CƏMİYYƏT
A- A+
Qərbi Azərbaycan İcması: Levon Ter-Petrosyanın çıxışı Ermənistanın siyasi dairələrində dərindən kök salmış irqçiliyi nümayiş etdirir  

Qərbi Azərbaycan İcması: Levon Ter-Petrosyanın çıxışı Ermənistanın siyasi dairələrində dərindən kök salmış irqçiliyi nümayiş etdirir  


Bu günlərdə Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-24-də “Yerkrapa” könüllülər birliyinin toplantısında çıxışının videoyazısı yayılmışdır.

Levon Ter-Petrosyanın prezident qismində etdiyi çıxış bu ölkənin siyasi dairələrində dərindən kök salmış irqçiliyi, Azərbaycan xalqına qarşı nifrəti, işğalçılıq siyasətini nümayiş etdirir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb. İcma əlavə şərh olmadan Levon Ter-Petrosyanın prezident qismində etdiyi çıxışın mətnindən həmin hissənin çıxarışını olduğu kimi verib: “Ermənistan və Dağlıq Qarabağ erməni xalqının 600 ildən bəri həll edə bilmədiyi bir problemi həll etdi. Ermənistan və Dağlıq Qarabağ yad millətlərdən tamamilə təmizləndi. Təkrar edirəm, bu, 600 illik problem idi. Bunun əhəmiyyətini erməni xalqı bundan sonra ən azı 600 il hiss edəcək. Təsəvvür edin ki, əgər bu gün Ermənistanda 1988-ci ildə olduğu kimi 180 min yad millətin nümayəndəsi olsaydı, bu gün bizim dövlətimiz olmazdı. Biz Zəngəzuru, şimal-şərq rayonlarımızı, Sevanın sahillərini qorumaq iqtidarında olmazdıq. Hətta burada bir neçə muxtariyyət yaranardı. Unutmayın ki, üç rayonda azərbaycanlılar çoxluq təşkil edirdi - Vardenis, Masis və Amasya. Zəngəzurda onların sayı həddindən artıq çox idi. İndi bu problem həll edilib”.

Bəyanatda bildirilir ki, faktiki olaraq, Ermənistan “əhali yoxdursa, problem yoxdur” yanaşmasından çıxış edərək Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasəti aparmışdır. Bütün bunlar bir daha sübut edir ki, Levon Ter-Petrosyanın “erməni milli azadlıq mübarizəsi”ndən, Robert Koçaryan, Serj Sarqsyan kimi səhra komandirlərindən tutmuş “demokratik” Nikol Paşinyan hakimiyyətinə qədər Ermənistan dövlətçiliyinin mahiyyəti dəyişmir. Ermənistanın 1987-ci ildə başlatdığı münaqişənin məqsədi məhz etnik təmizləmə həyata keçirməklə monoetnik məkan yaratmaq, Azərbaycan əraziləri hesabına mifik “böyük Ermənistan” yaratmaq olub və indiki Ermənistan hakimiyyəti deportasiya edilmiş azərbaycanlıların qayıdışına imkan verməməklə bu cinayəti davam etdirir.

“Hadisələrdən 30 ildən çox keçməsindən sonra belə Ermənistan cəmiyyətinin və erməni diasporunun Levon Ter-Petrosyanın yuxarıda qeyd edilən çıxışını dəstəkləməsi və ya ört-basdır etməyə çalışması biz Qərbi azərbaycanlıları olduqca məyus edir. Lakin Ermənistan bu sistematik qanlı cinayətlərin izini itirməyə, onları danmağa müvəffəq olmayacaq. Biz beynəlxalq ictimaiyyəti Ermənistanın bu irqçi siyasətini pisləməyə, onu Qərbi Azərbaycan İcması ilə dialoqa başlamağa çağırmağa dəvət edirik. Qərbi Azərbaycan İcması beynəlxalq hüquq çərçivəsində Ermənistanın məsuliyyətə cəlb edilməsi və Qərbi azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə öz dədə-baba yurdlarına qayıdışını təmin etmək üçün öz səylərini davam etdirəcək”, - deyə bəyanatda qeyd olunur.


 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Florian” qasırğası Fransanı vurub  

22:51
06 Yanvar

Atıcılarımız Sloveniyada Qran-pridə iştirak edəcəklər  

22:51
06 Yanvar

İlin ilk şahmat yarışına start verilib  

22:50
06 Yanvar

Avstriya Prezidenti ifrat sağçıların liderinə hökumət qurmağı tapşırıb  

22:49
06 Yanvar

Qazaxıstan mətbuatı Azərbaycan Prezidentinin çıxışından sitat gətirir  

22:35
06 Yanvar

Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovadan  

22:25
06 Yanvar

Birinci vitse-prezident Mehriban Əliyeva Milad bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib  

21:33
06 Yanvar

Vaşinqton ətrafında güclü qar yüzlərlə qəzaya və uçuşların ləğvinə səbəb olub  

21:32
06 Yanvar

Nazir: 2028-ci ildə Türkiyədə hasil edilən qazın həcmi əhalinin tələbatını ödəyəcək

21:07
06 Yanvar

Qazaxıstanın qərbində uşaqlar arasında metapnevmovirus aşkarlanıb  

20:29
06 Yanvar

XİN: Fransadan regionda sabitliyi pozan addımlarına son qoymağı tələb edirik  

19:08
06 Yanvar

Ukrayna mətbuatı Azərbaycan Prezidentinin təyyarə qəzası ilə bağlı söylədiyi fikirlərə geniş yer ayırıb  

19:01
06 Yanvar

Türkiyə mediası: Azərbaycan Prezidenti təyyarə qəzası ilə bağlı günahkarların cəzalandırılmasını tələb edib  

18:37
06 Yanvar

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib  

18:23
06 Yanvar

Azərbaycanda keçiriləcək Dünya Kubokunda iştirak edəcək ölkələr bəlli olub

18:11
06 Yanvar

Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilib  

18:02
06 Yanvar

2024-cü ilin əsas ifadəsi təyin edilib

17:46
06 Yanvar

Atmosferi ən çox çirkləndirən sosial şəbəkə TikTok imiş

17:44
06 Yanvar

Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqlərin nəticələri açıqlanıb  

17:43
06 Yanvar

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerdən

17:29
06 Yanvar

Naxçıvanın daxili işlər orqanlarına müasir texnologiyalarla təchiz edilmiş avtomobillər verilib  

17:29
06 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!