13 Dekabr 2024 09:20
5266
Oxucu məktubları
A- A+
Yeni körpünün inşasını gözləyirik

Yeni körpünün inşasını gözləyirik


Bizim Məşədilər kəndi Tovuzun dağətəyi  zonasında yerləşir. Kəndi rayon mərkəzi ilə yalnız bir körpü birləşdirir. 

Zəyəm çayı üzərində dəmir konstruksiya ilə düzəldilmiş həmin körpü də sel suları üzündən yararsız hala düşmüşdür. Amma başqa yolumuz olmadığına görə həmin qəzalı körpüdən istifadə etməyə məcburuq. Son günlər aramsız yağan yağışların yaratdığı təbii fəlakət körpünü daha da qəzalı vəziyyətə salmış, körpünün bir hissəsini tamamilə dağıtmışdır. 

Kənd sakinləri tərəfindən vəziyyətlə bağlı Tovuz Rayon İcra Hakimiyyətinə müraciət olunmuşdur. İcra hakimiyyətindən kənd sakinlərinə bildirilmişdir ki, körpünün vəziyyəti ilə bağlı  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət edilmişdir. Agentlik də əraziyə baxış keçirmiş, körpünün bərpası üçün layihə-smeta sənədlərini hazırlamışdır. Deyirlər ki, yaxın günlərdə yeni körpünün salınması üçün işlərə başlanacaq. Bizim də həmin günü səbirsizliklə gözləməkdən savayı çarəmiz yoxdur.

 

Süleyman İBRAHİMOV,

Tovuz rayonunun Məşədilər kənd sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Ka Ubuntu" müstəqillik hərəkatının sədri: Fransaya qarşı apardığımız mübarizə fonunda burada olmağımız çox vacibdir  

11:03
21 Yanvar

Benjamin Kleman: Fransa Reyunyonda uşaqların öz kimliyini unutması üçün məqsədli şəkildə addımlar atırdı  

11:03
21 Yanvar

Vətəndaşların işi Şuşada da ASANdır – FOTOLAR

10:43
21 Yanvar

Azərbaycan qlobal iqlim gündəliyinin irəli aparılması üçün təqdirəlayiq işlər görüb

10:41
21 Yanvar

Azərbaycan neftinin qiyməti 83 dollardan aşağı düşüb

10:40
21 Yanvar

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb

10:11
21 Yanvar

“Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış” adlı konfrans keçirilir  

10:03
21 Yanvar

Tramp Meksika ilə sərhəddə fövqəladə vəziyyət elan edib

09:35
21 Yanvar

ABŞ Ümumdünya Səhiyyə Təşkilatından çıxır

09:35
21 Yanvar

Donald Tramp Putinlə görüşməyə hazır olduğunu açıqlayıb  

09:34
21 Yanvar

ABŞ Prezidenti 6 yanvar iğtişaşlarının iştirakçılarını əfv edib

09:33
21 Yanvar

Tramp ABŞ-ı növbəti dəfə Paris İqlim Sazişindən çıxarıb

09:32
21 Yanvar

Azərbaycanın Türkmənistandakı Səfirliyi 20 Yanvar faciəsi ilə bağlı məlumatlandırma tədbirləri həyata keçirib

09:20
21 Yanvar

Parisdə 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

09:19
21 Yanvar

Tramp 47-ci prezident kimi yenidən Ağ evə daxil olub

09:17
21 Yanvar

Senat Marko Rubionu dövlət katibi vəzifəsinə təsdiqləyib

09:16
21 Yanvar

Roma Papası: ABŞ-ın Donald Trampın rəhbərliyi ilə çiçəklənəcəyinə ümidvaram

09:15
21 Yanvar

20 Yanvar şəhidlərinin xatirəsi Strasburqda anılıb

09:14
21 Yanvar

Zelenskidən Trampa təbrik mesajı: Ukraynalılar həqiqi sülhə nail olmaq üçün amerikalılarla birlikdə işləməyə hazırdırlar  

00:34
21 Yanvar

Tramp qısa müddətdə Meksika körfəzinin adını Amerika körfəzi olaraq dəyişdirəcəyini açıqlayıb

00:17
21 Yanvar

Tramp: Amerikanın qızıl dövrü başlayır

23:03
20 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!