17 Oktyabr 2024 13:21
437
Mədəniyyət
A- A+
Bəstəkarlar İttifaqının bayram plenumu Şuşada keçirilib

Bəstəkarlar İttifaqının bayram plenumu Şuşada keçirilib

“İslam dünyasının mədəniyyət paytaxtı” Şuşada Azərbaycan Bəstəkarlar İttifaqının 90 illik yubileyinə həsr olunmuş plenum keçirilib. İki gün davam edən plenumda Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadənin rəhbərliyi ilə 40 nəfərdən ibarət nümayəndə heyəti iştirak edib.

Bəstəkarlar İttifaqından AZƏRTAC-a bildirilib ki, tədbirdə təşkilatın aktual məsələləri, həmçinin Azərbaycanda musiqi mədəniyyətinin inkişafı naminə yeni yolların müəyyən olunması istiqamətində müzakirələr aparılıb.

Plenum öz işinə Xalq artisti F.Kərimovun rəhbərliyi ilə simfonik orkestrin və birləşmiş kişi xorunun ifasında F.Əlizadənin “Zəfər marşı” videoklipinin təqdimatı ilə başlayıb.

Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov plenum iştirakçılarına qala-şəhərdə aparılan möhtəşəm quruculuq işləri barədə geniş məlumat verib.

Xalq artisti F.Əlizadə ittifaqın tarixindən, həmçinin 1934-cü ildə Bəstəkarlar İttifaqını yaradan dahi bəstəkar Üzeyir Hacıbəyli başda olmaqla, Qarabağı təmsil edən bəstəkarların bu şanlı tarixin yaranmasındakı rolundan ətraflı söz açıb.

Xalq artisti, bəstəkar S.Fərəcovun, Əməkdar incəsənət xadimləri G.Abdullazadənin, H.Babayevanın və A.Quliyevin, fəlsəfə elmləri doktoru M.Hacıyevanın sənətşünaslıq üzrə fəlsəfə doktoru G.İsmayılovanın Bəstəkarlar İttifaqının müxtəlif fəaliyyət istiqamətləri ilə bağlı çıxışları dinlənilib.

Tədbir çərçivəsində Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızının “Şuşa professional musiqidə” adlı yeni kitabının təqdimatı olub. Kitabda Azərbaycan bəstəkarlarının Şuşaya həsr olunan əsərləri toplanaraq, not yazıları və təhlillərlə verilib.

Plenumun axşam konserti tanınmış violin ifaçısı Nəzrin Aslanlının rəhbərliyi ilə Dövlət Simli Kvartetinin çıxışı ilə yadda qalıb. Kvartetin üzvləri Azərbaycan musiqisinin şah əsərlərini, o cümlədən Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov və F.Əlizadənin məşhur əsərlərini mükəmməl ifa etməklə tamaşaçıların böyük marağına səbəb olublar. Hamıya tanış olan bu əsərlərin Şuşada səslənməsi sanki yeni rəmzi məna daşıyırdı. Buna görə də təsadüfi deyil ki, kvartetin yaddaqalan çıxışından sonra plenumda iştirak edən bəstəkarlar bu musiqi marafonunu bədahətən davam etdirərək, Qarabağa və Şuşaya həsr olunmuş yeni əsərlərini royalda ifa ediblər. Bəstəkarlardan P.Axundova, E.Seyidcahan və S.Məmmədli ifaları ilə tədbirə rəngarənglik qatıblar.

Plenumun növbəti günü iştirakçılar Şuşa şəhəri ilə yaxından tanış olub, Heydər Əliyev Yaradıcılıq Mərkəzini, Üzeyir Hacıbəylinin ev-muzeyini və Bülbülün ev-muzeyini ziyarət ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbulda Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçirilir  

20:43
18 Oktyabr

Müdafiə Nazirliyinin nümayəndə heyəti Türkiyəyə işgüzar səfər edib  

20:40
18 Oktyabr

Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 13 %-ə yaxın artırıb  

20:36
18 Oktyabr

Xaçmazda ekoloji aksiya: İki ay ərzində 30 min ağac əkiləcək

20:31
18 Oktyabr

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Bərdədə vətəndaşları qəbul edib

20:23
18 Oktyabr

Baydenin biabırçı mirası uzun illər ABŞ-ın üzərində damğa olacaq

20:16
18 Oktyabr

 50 vikinqin qalıqları tapıldı 

20:09
18 Oktyabr

Payız mövsümündə Balakəndə 3 min ağac əkiləcək

19:58
18 Oktyabr

İtaliyada işçilər tətilə başladı

19:41
18 Oktyabr

İnnovativ çoxrejimli robot təqdim edilib

19:32
18 Oktyabr

 Bayden Almaniyadadır: Prezidentlər arasında görüş olub

19:28
18 Oktyabr

“Ferrari” ən güclü avtomobilini təqdim edib

19:11
18 Oktyabr

Qatar fil sürüsü ilə toqquşdu

18:53
18 Oktyabr

Azərbaycanın və Türkiyənin XİN rəhbərləri qlobal təhlükəsizlik problemlərini müzakirə ediblər

18:39
18 Oktyabr

“Yaşıl dünya naminə həmrəylik ili”: Biləsuvarda 10 min ağac əkiləcək

18:37
18 Oktyabr

Almaniya parlamenti miqrasiya siyasətini sərtləşdirdi 

18:21
18 Oktyabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Qaxda vətəndaşların müraciətlərini dinləyib

18:16
18 Oktyabr

Azərbaycan energetiklərinin təltif edilməsi haqqında

18:14
18 Oktyabr

Məlumatların ötürülməsi zamanı rekord sürətə nail olunub

18:12
18 Oktyabr

Almaniya Ukraynaya raket göndərməyəcək

18:11
18 Oktyabr

Gənclər Fondu ilk dəfə fiziki şəxslər və gənclər təşkilatları üçün qrant müsabiqəsinə start verir 

17:28
18 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!