18 Oktyabr 2024 08:40
456
Mədəniyyət
A- A+
Müstəqilliyimiz əbədidir

Müstəqilliyimiz əbədidir


Ulu Öndər Heydər Əliyevin siyasi irsi tükənməz xəzinədir. Azərbaycan tarixinin son yarıməsrlik dövrü Ümummilli Liderin adı  və şəxsiyyəti, dövlətçilik təfəkkürü və yorulmaz  fəaliyyəti ilə sıx bağlıdır. Ötən əsrin 70-ci illərindən Azərbaycanda sağlam milliyyətçilik ideyalarının yayılmasında, xalqda milli mənlik və milli qürur hissinin daha da möhkəmlənməsində  Heydər Əliyevin xidmətləri misilsizdir. Böyük rəhbər hələ o zaman heç nədən və heç kimdən çəkinmədən Azərbaycanı istər iqtisadi, istər siyasi, istərsə də mədəni intellektual cəhətdən dirçəltmək, xalqını öz torpaqlarının, öz tarixi irsinin və taleyinin həqiqi sahibinə çevirmək üçün ardıcıl mübarizə aparırdı.

Ümummilli Liderin şəxsiyyətinin əzəməti, böyüklüyü onda idi ki, onun düşüncələri, əməli fəaliyyəti təkcə bu günlə məhdudlaşmırdı, Azərbaycanın uğurlu sabahına, uzaq gələcəyinə ünvanlanmışdı. Respublikamızın rəhbəri vəzifəsində fəaliyyətinin ilk günlərindən aydın oldu ki, dahi şəxsiyyətin simasında Azərbaycan xalqı əsl milli liderini tapmışdır. 

Xalqımızın qürur duyduğu bu böyük şəxsiyyətlə əlaqədar olaraq ötən il elan edilmiş  "Heydər Əliyev İli" nəinki Azərbaycanda, hətta bir çox  xarici ölkələrdə də  böyük təntənə ilə qeyd olunanda dünyanın tərəqqipərvər insanları, dövlət adamları, politoloqlar, siyasi ekspertlər  onun şərəfli olduğu qədər də məsuliyyətli və keşməkeşli ömür yolu ilə yaxından tanış olmaq, Heydər Əliyev siyasi məktəbindən, dövləti idarəetmə təcrübəsindən bəhrələnmək imkanı əldə edə biliblər. Bu baxımdan maraqlı nəşrlərdən, zəngin mənbələrdən biri də tarix üzrə fəlsəfə doktoru Nigar Qaybalıyevanın "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılmasında Heydər Əliyev siyasəti" kitabıdır. Kitabın geniş oxucu auditoriyasında rəğbətlə qarşılanmasının ilkin səbəbi Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsində Heydər Əliyev siyasətinin əhəmiyyəti və rolunun  elmi-publisistik dillə açıqlanmasıdır.

Ulu Öndər xalqımızı zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Bu gün davamlı yüksəliş yolunda irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir. Əsərdən də məlum olduğu kimi,  Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi illərdə xalqımızın əsrlər boyu arzusunda olduğu milli dövlətçilik istəyi reallığa çevrilmişdir. Bütün varlığı ilə Azərbaycanın və Azərbaycan xalqının təəssübkeşi olan Heydər Əliyevin zəngin dövləti idarəetmə təcrübəsi sayəsində bu reallığın tərkib hissəsi olan müstəqil dövlətin əsaslarının möhkəmləndirilməsi, bütün sahələrdə sabit inkişafa nail olunması, ölkə vətəndaşlarının hüquq və azadlıqlarının konstitusion səviyyədə təsbit edilməsi, milli-mənəvi dirçəlişin inkişafı oxucularda, xüsusən də gənc nəsildə vətənpərvərlik və həmrəylik hissini daha da artırır.

Nəşrin "Siyasi müsəqilliyə gedən yol" adlı birinci fəslində müstəqilliyin əldə edilməsini şərtləndirən başlıca amillər, həmin dövrdə Azərbaycanda daxili vəziyyət, hakimiyyət uğrunda mübarizə, sosial-iqtisadi, siyasi böhran, bu ərəfədə milli dövlətçilik ənənələrinin formalaşması prosesi geniş şəkildə araşdırılır və təhlil edilir.

 Kitabda xüsusi olaraq  vurğulanır ki,1991-1993-cü illərin böhranlı günləri, ölkədə ictimai xaosun, siyasi hakimiyyətsizliyin geniş miqyas alması cəmiyyətin ümumi təhlükəsizliyini və dövlətin gələcəyini sual altında qoyurdu. Tez-tez baş verən hakimiyyət dəyişiklikləri, siyasi qarşıdurmalar, qeyri-qanuni silahlı dəstələrin mövcudluğu vəziyyəti getdikcə gərginləşdirirdi. Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunu, gələcək taleyini təhlükə altına alırdı. Düşmənlə ölüm-dirim savaşının gərgin çağlarında, Şuşanın, Laçının itirildiyi vaxtlarda hərbçiləri, zirehli texnikanı, silah-sursatı cəbhə bölgəsindən geri çəkib Bakıya gətirən və  hakimiyyəti hərbi qiyam yolu ilə ələ keçirən AXC-Müsavat hakimiyyətinin ölkəyə rəhbərliyindən cəmi bircə il ötmüşdü. 1993-cü ilin aprelində Kəlbəcərin işğalı vəziyyəti daha da dramatikləşdirdi. Ardınca isə Gəncə hadisələri baş verdi. Belə bir vaxtda xalqın böyük əksəriyyətinin, Azərbaycanın gələcəyinə görə məsuliyyət hissi duyan milyonlarla insanın nəzərləri Naxçıvanda idi. Hamı Azərbaycan dövlətini və xalqını bu vəziyyətdən çıxara biləcək qüdrətli xilaskar gözündə məhz Heydər Əliyevi görürdü. Bu böyük dövlət adamının zəngin təcrübəsinə, qətiyyətinə, əzminə güvənirdi...  

Kitabın "Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci mərhələsi" adlı fəslində qurtuluş hərəkatı, 1993-cü ilin iyununda Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi ilə bağlı çoxlu faktlar öz əksini tapmışdır. Müəllif Nigar Qaybalıyeva yazır: "Bakıya qayıtmaqda Heydər Əliyevin yalnız bir məqsədi var idi: əsrin əvvəllərində yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin başına gələnlərin yeni yaranmış müstəqil Azərbaycanın tarixində təkrar edilməməsi və vətəndaş həmrəyliyinə nail olunması... Heydər Əliyev iyun ayının 13-də Gəncə şəhərində olarkən orada döyüşün izlərini, dağıdılmış evləri, kül olmuş mənzilləri görür. Bundan sonra Bakıya qayıdaraq vətəndaş müharibəsini sovuşdurmaq üçün Milli Məclisin təklifini qəbul edir və iyun ayının 15-də Ali Sovetin iclasında böyük səs çoxluğu ilə Ali Sovetin Sədri seçilir.

15 iyundan sonrakı dövrdə ölkənin fərqli bölgələrindən Prezident Aparatına, Milli Məclisə və başqa dövlət idarələrinə göndərilən məktublarda, bildirişlərdə Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi gününün - 1993-cü il iyunun 15-nin  Azərbaycan xalqının Milli Qurtuluş Günü kimi qeyd edilməsi xahiş olunur. Milli Məclisin 17 iyun 1997-ci il tarixli iclasında 15 iyun Milli Qurtuluş Günü elan olunur". 

Bundan başqa, kitabın "1993-1995-ci illərdə iqtisadi sabitliyin formalaşması siyasəti" adlı  bölməsi də oxucular tərəfindən rəğbətlə qarşılanan qaynaqlarla zəngindir. Kitabın dəyərliliyini artıran amillərdən biri də odur ki, tarix sahəsində məlum hadisələr yalnız keçmişi xatırlatmaq, olub-keçənlərə nəzər salmaq məqsədi daşımır, həm də bu günün, sabahın vacib vəzifələrini  müəyyənləşdirməyə və onları uğurla həyata keçirməyə kömək etməyə istiqamətləndirilib. 1995-2003-cü illəri Azərbaycan  Respublikasının dövlət müstəqilliyinin möhkəmləndirilməsi dövrü kimi xarakterizə edən müəllif ictimai-siyasi həyatdakı uğurları və vətəndaş cəmiyyəti quruculuğundakı həmrəyliyin hər addımında insanların Heydər Əliyev ideyalarından bəhrələndiyini xüsusi olaraq vurğulayır. Bu fikirləri Nigar Qaybalıyeva yalnız kitabında deyil, xarici ölkələrdə nəşr olunan nüfuzlu qəzet və jurnallarda, dəfələrlə beynəlxalq elmi konfranslarda, digər tədbirlərdəki çıxışlarında da əcnəbi vətəndaşların diqqətinə çatdırmışdır. 

Kitabda həmçinin bütün dövrlərdə tarixin səhifəsinə qızıl hərflərlə əbədilik həkk olunan Ulu Öndərin xalqa 1 oktyabr 2003-cü il tarixli müraciətində siyasi varisi İlham Əliyev haqqında "Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm"  ifadəsinin milli müstəqilliyimizin möhkəmləndirilməsində, ölkəmizin sürətli iqtisadi inkişafında, 30 il erməni işğalı altında qalan Azərbaycan torpaqlarının 2020-ci ilin 27 sentyabrında başlayan müharibədə "dəmir yumruq" sayəsində 44 günə azadlığa qovuşmasında, Azərbaycanın bu gün dünya birliyində artan nüfuzunda öz reallığını tapdığına və yaddaşlarda əbədiliyinə əminlik bildirilir. 

Kitabın ana xəttini təşkil edən bir fikir mövcuddur ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ulu Öndərin layiqli varisi kimi öz məsuliyyətini hiss edərək dünyaşöhrətli siyasətçinin qoyub getdiyi dövləti idarəetmə irsini daim keyfiyyətcə zənginləşdirərək inkişaf etdirir və ona "özü qədər inanan" Ümummilli Liderin, eləcə də xalqının etimadını layiqincə doğruldur.

Kitabın qayəsini təşkil edən əsas amil haqqında danışarkən qeyd olunmalıdır ki, bu gün Azərbaycan tarixşünaslığında Ümummilli Lider Heydər Əliyevin çoxcəhətli və zəngin siyasi  fəaliyyətinin müxtəlif aspektlərinə çoxsaylı tədqiqatlar həsr edilmişdir. Lakin həmin tədqiqat işlərində bu əsərin ortaya qoyduğu məsələlər kompleks şəkildə işlənilməmişdir. Təqdim olunun kitabda müəllif  Nigar Qaybalıyeva Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsində Ulu Öndər Heydər Əliyev siyasətinin rolunu və əhəmiyyətini kompleks şəkildə araşdırmaqla onun əsasını qoyduğu siyasəti bütün istiqamətlərdə layiqli şəkildə yeni keyfiyyət mərhələsində davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətini də Ümummilli Liderin ideyalarının həyata keçirilməsi kimi nəzərdən keçirir. 

Yeni nəşr tarixi baxımdan mühüm əhəmiyyətə malikdir və elmi yenilik səciyyəsi daşımaqdadır. Kitab giriş, 10 paraqrafa ayrılmış üç fəsil, nəticə və istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir.  

Görünən odur ki, tarix üzrə fəlsəfə doktoru Nigar Qaybalıyevanın oxucular tərəfindən rəğbətlə qarşılanan "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılmasında Heydər Əliyev siyasəti" kitabı politoloqlar, tarixçilər, gənc tədqiqatçılar, bir sözlə, ölkəmizin bu dövr ictimai-siyasi hadisələri ilə maraqlananlar üçün dəyərli mənbədir.


İbrahim ZEYNALOV,

tarix elmləri doktoru, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbulda Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçirilir  

20:43
18 Oktyabr

Müdafiə Nazirliyinin nümayəndə heyəti Türkiyəyə işgüzar səfər edib  

20:40
18 Oktyabr

Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 13 %-ə yaxın artırıb  

20:36
18 Oktyabr

Xaçmazda ekoloji aksiya: İki ay ərzində 30 min ağac əkiləcək

20:31
18 Oktyabr

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Bərdədə vətəndaşları qəbul edib

20:23
18 Oktyabr

Baydenin biabırçı mirası uzun illər ABŞ-ın üzərində damğa olacaq

20:16
18 Oktyabr

 50 vikinqin qalıqları tapıldı 

20:09
18 Oktyabr

Payız mövsümündə Balakəndə 3 min ağac əkiləcək

19:58
18 Oktyabr

İtaliyada işçilər tətilə başladı

19:41
18 Oktyabr

İnnovativ çoxrejimli robot təqdim edilib

19:32
18 Oktyabr

 Bayden Almaniyadadır: Prezidentlər arasında görüş olub

19:28
18 Oktyabr

“Ferrari” ən güclü avtomobilini təqdim edib

19:11
18 Oktyabr

Qatar fil sürüsü ilə toqquşdu

18:53
18 Oktyabr

Azərbaycanın və Türkiyənin XİN rəhbərləri qlobal təhlükəsizlik problemlərini müzakirə ediblər

18:39
18 Oktyabr

“Yaşıl dünya naminə həmrəylik ili”: Biləsuvarda 10 min ağac əkiləcək

18:37
18 Oktyabr

Almaniya parlamenti miqrasiya siyasətini sərtləşdirdi 

18:21
18 Oktyabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Qaxda vətəndaşların müraciətlərini dinləyib

18:16
18 Oktyabr

Azərbaycan energetiklərinin təltif edilməsi haqqında

18:14
18 Oktyabr

Məlumatların ötürülməsi zamanı rekord sürətə nail olunub

18:12
18 Oktyabr

Almaniya Ukraynaya raket göndərməyəcək

18:11
18 Oktyabr

Gənclər Fondu ilk dəfə fiziki şəxslər və gənclər təşkilatları üçün qrant müsabiqəsinə start verir 

17:28
18 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!