20 Oktyabr 2024 08:45
149
İQTİSADİYYAT
A- A+
Xarici ticarətin coğrafiyası genişlənir, çeşidi artır

Xarici ticarətin coğrafiyası genişlənir, çeşidi artır


Azərbaycanın 172 ölkə ilə ticarət əlaqəsi var


Dünyada baş verən siyasi gərginliklər, mövcud beynəlxalq əhəmiyyətli marşrutlarda yaranan problemlər dünya ticarətinə mənfi təsir göstərməkdə davam edir. İki qütbə bölünmüş dünya güclərinin siyasi ambisiyalarından qaynaqlanan qarşılıqlı sanksiyalar da qlobal ticarətin dinamikasının aşağı düşməsini sürətləndirir. 

Bir çox mütəxəssisin rəyinə görə, bəzən beynəlxalq ticarətdə artım kimi təqdim olunan rəqəmlər, əslində, qiymət artımı ilə bağlıdır. Məsələn, hüsilərin Qırmızı dənizdə ticarət gəmilərinə hücumu yük gəmiləri və tankerləri Avropaya mövcud  marşrutu dəyişməklə Afrika qitəsini dolanmaqla üzməyə məcbur edir. Nəticədə daşınan malın hər tonunda qiymət 3-5 dollar bahalaşır ki, bu da real ticarətin artması ilə bağlı deyil. 

Azərbaycan dövlətinin apardığı xarici iqtisadi siyasət isə bütün ölkələrlə bərabər hüquqlar çərçivəsində ticarət aparmağa imkan verir. Yəni ölkəmiz Ermənistan xaric bütün dövlətlərlə ticarət aparmaqla iqtisadi gücünə güc qatır. Azərbaycanın ticarət apardığı ölkələrin coğrafiyası da göstərir ki, bizim xarici ticarətdə heç bir problemimiz yoxdur. 

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin yanvar-avqust aylarında Azərbaycanda fəaliyyət göstərən hüquqi və fiziki şəxslər dünyanın 172 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişlər. 117 ölkəyə məhsul ixrac edilmiş, 161 ölkədən müxtəlif çeşidli mallar idxal olunmuşdur. 

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla cari ilin  yanvar-avqust aylarında xarici ticarət dövriyyəsi 30 milyard 212,3 milyon, o cümlədən ixracın dəyəri 17 milyard 448,4 milyon, idxalın dəyəri 12 milyard 763,9 milyon dollar təşkil etmiş, nəticədə 4 milyard 684,5 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır.

Xarici ticarətdə 88,5 faiz payla Avropa ölkələri öndədir. Əsas ticarət partnyorlarımız İtaliya, Türkiyə, Rusiya, Çin, İsrail, Almaniya, Avstraliya, Hindistan, Çexiya, ABŞ, Xorvatiya, Birləşmiş Krallıq, Yunanıstan, Portuqaliya, Bolqarıstan, Gürcüstan, İran, Rumıniya, Ukrayna, Belarus, İsveçrə, Türkmənistan, Tailand və Koreyadır.

Hesabat dövründə idxalda maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, nəqliyyat vasitələrinin, qiymətli və ya azqiymətli daşların, qiymətli metallar və onlardan hazırlanan məmulatların, mineral məhsulları, içkilər və tütün məmulatlarının, bitki mənşəli məhsulların, plastik kütlə və ondan hazırlanan məmulatların dəyəri üstünlük təşkil etmişdir. Cari ilin yanvar-avqust aylarında ölkəyə 53006 minik avtomobili, 5465 yük avtomobili, 165 avtobus idxal olunmuşdur. Hesabat dövründə bir çox məhsulun ölkədə istehsalı və ya tələbatın azalması səbəbindən idxalın həcmi azalmışdır.

İxracın strukturunda xam neft, təbii qaz və neft-qaz məhsullarının, meyvə və tərəvəzlərin, plastik kütlə və ondan hazırlanan məmulatların, kimya sənayesi məhsullarının, pambıq lifi və ipliyinin, alüminium və ondan hazırlanan məmulatların, qara metallar və ondan hazırlanan məmulatların, alkoqollu və alkoqolsuz içkilərin, şəkərin, bitki yağlarının payı daha çox olmuşdur. 


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident Zəngilanın azad olunmasının ildönümü ilə bağlı paylaşım edib

13:04
20 Oktyabr

Fransa borc içində batır

09:10
20 Oktyabr

Ömrümüzdən keçən yollar...

09:05
20 Oktyabr

Milli memarlığımızın nadir nümunəsi

09:00
20 Oktyabr

Şəhadətindən 54 gün sonra torpağa tapşırıldı

08:55
20 Oktyabr

Xatirələrdə yaşayan cəsur kəşfiyyatçı

08:50
20 Oktyabr

Xarici ticarətin coğrafiyası genişlənir, çeşidi artır

08:45
20 Oktyabr

ARDNF yanvar-sentyabr ayları üzrə gəlir və xərclərini açıqlayıb

08:40
20 Oktyabr

Erməni işğalçılarının qoyub getdikləri "mina tarlası"nda azərbaycanlı energetiklər günəş-elektrik stansiyası inşa edirlər

08:35
20 Oktyabr

Qəhrəmanlıq salnaməsinin Zəngilan səhifəsi

08:30
20 Oktyabr

İlham ƏLİYEV: "Zəngilan şəhəri işğaldan azad edilib"

08:25
20 Oktyabr

Bərpadan sonra Zəngilan cənnətə dönəcək

08:20
20 Oktyabr

Paşinyanın komandası parçalanır

08:15
20 Oktyabr

Azərbaycan-Gürcüstan münasibətləri Cənubi Qafqazı cəlbedici regiona çevirib

08:10
20 Oktyabr

Azərbaycanı milli hədəflərə çatdıran Lider

08:05
20 Oktyabr

COP29-a hazırlıq yekun mərhələsinə qədəm qoyur

08:00
20 Oktyabr

Gürcüstanlı jurnalist: Qarabağda görülən işlər Azərbaycandakı sağlam iqtisadi və siyasi vəziyyətdən xəbər verir

22:16
19 Oktyabr

Misli Premyer Liqası: "Neftçi" ilk qələbəsini qazanıb

21:29
19 Oktyabr

Alimlər kağızdan daha tez parçalanan plastik hazırlayıblar 

20:42
19 Oktyabr

 İraqın şimalında 11 kürd terrorçusu zərərsizləşdirilib

19:38
19 Oktyabr

Amerikalı üzgüçü dünya rekordunu yeniləyib

19:07
19 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!