20 Oktyabr 2024 08:50
177
CƏMİYYƏT
A- A+
Xatirələrdə yaşayan cəsur kəşfiyyatçı

Xatirələrdə yaşayan cəsur kəşfiyyatçı


Yerişində, duruşunda bir əzəmət, çöhrəsində nuraniyyət, rəftarında ağayanalıq olan şəhid atası Cahan kişinin ürəyi də elə cahan boyda böyükdür. Kövrəkdir, səsi titrəyir, ürəkdən sevinməyi, şadlanmağı unudub. Üzündə ani təbəssüm, gülümsəmək sezərsən ki, bu da yalnız etika, qarşısındakına hörmət üçündür... 

Əvvəllər belə olmasa da, dörd il öncədən - dağ boyda oğlunu itirəndən xeyli dəyişilib, bədbinliyə qapılıb. Amma danışmaq, ünsiyyət qurmaq, dərdləşmək təkcə sözlə deyil ki, həm də gözlədir... Gözlərində dərya dərinliyi, haray, ümid, axtarış, gözlənti var... Fəzailin şəhadətindən sonra, necə deyərlər, vücudunda iki cahanı sığışdırsa da, özü bu cahana sığa bilmir. Ən böyük təsəllisi isə Vətən torpaqlarının düşmən caynağından xilası, əsl sahiblərinə qovuşmasıdır.  

Biz Cahan Əliyevlə Zaqatala rayonunun Bəhmətli kəndindəki həyətində görüşüb ötən acılı-şirinli xatirələrə daldıq. Digər oğlu Fərid də söhbətə qoşuldu. Məlum oldu ki, şəhid Fəzail uşaqlıqdan hərbçi peşəsinə böyük maraq göstərib, özü də ən çətin sahədə çalışmağı, kəşfiyyatçı kimi düşmənin içində fəaliyyət göstərməyi arzulayıb. 5 noyabr 1990-cı il təvəllüdlü gələcək zabit kənd orta məktəbinin VIII sinfini bitirərək, 2004-cü ildə sənədlərini C.Naxçıvanski adına Hərbi Liseyə verib. Burada üçillik təhsil aldıqdan sonra 2007-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olunub. 2011-ci ildə isə leytenant rütbəsində Pirəkəşküldə hərbi xidmətə başlayıb. Elə həmin vaxtda da sevib-seçdiyi Əsmər xanımla ailə həyatı qurub. Qızı Xuşi, oğlu Cahid dünyaya gəlib. 2019-cu ildən kapitan rütbəsində Beyləqanın Haramı adlanan ərazisindəki hərbi hissədə qulluğunu davam etdirib, kəşfiyyat xidməti rəisinin müavini vəzifəsinə yüksəlib. 


14 yaşından hərb sənətinin sirlərinə yiyələnirdi


Cahan kişi deyir ki, Fəzail idmanla məşğul olurdu, dərslərini yaxşı oxuyurdu, xüsusən "Gənclərin ibtidai hərbi hazırlığı" fənninə xüsusi marağı vardı. Məktəbdə keçirilən "Üfüqdə parıltı", "Qartal balası" və sair təlim və yarışmalarda daim fərqlənərdi. Yaşı ötdükcə hərbi sahəyə meylinin ciddi olduğunu gördük. Artıq yeniyetməlik dövründə torpaqlarımızın işğalda qalması ilə heç cür barışa bilmirdi. Mən və anası hərbçi peşəsinin çətinliyindən söhbət açdıq, amma onun seçiminə mane ola bilmədik. Fəzail 14 yaşından peşəkar şəkildə hərb elminin sirlərinə yiyələnməyə başladı.

F.Əliyev hədsiz zəhmətkeş, prinsipial, əqidəli, seçdiyi yolda əziyyətlərə qatlaşmaqdan çəkinməyən insan olub. Daim öz üzərində işləyər, razılaşmadığı tərəflərini kamilləşdirməyə, məqsədinə, məramına çatmağa çalışardı. Azərbaycandakı hərbi təhsilindən əlavə, müxtəlif xarici ölkələrdə - Türkiyə, Macarıstan, Çexiya, Böyük Britaniyada da təkmilləşdirmə kurslarında iştirak etmiş, bilik və bacarıqlarını artırmışdı. İngilis və erməni dillərini mükəmməl bilirdi.

Söhbətə qoşulan şəhidin qardaşı Fərid Əliyev deyir: "Fəzail çox vətənpərvər idi. Zahirən özünü təmkinli, soyuqqanlı göstərsə də, daxilində bir təlatüm, kükrəyiş vardı. İstəyirdi ki, işğalçıların  üzərinə atılsın, müqəddəs torpaqlarımızı azad etsin... Xain ermənilərin cəbhəboyu təxribatları artdıqca savaş yetişirdi. Belə bir şəraitdə kəşfiyyatın, qarşı tərəf haqqında informasiya toplanmasının böyük əhəmiyyəti var idi. Amma özü bu barədə heç nə danışmazdı. Vətənin əsgəri, zabiti kimi həmişə Ali Baş Komandanın əmrinə müntəzir dayanmışdı. O, kəşfiyyatçı olaraq məxfi şəkildə işlərini görürdü. Əsl həqiqətləri biz sonralar döyüş yoldaşlarından öyrəndik. İgidlərimiz 2016-cı ilin Aprel savaşı, 2020-ci ildəki Tovuz döyüşləri ərəfəsində düşmən hücumlarına layiqincə cavab verdilər. Sentyabrın 27-də döyüşə ilk girən də onlar oldular".

Bildiyimiz kimi, yağı düşmənin ən böyük və keçilməz sədlərindən biri Füzuli rayonunda yerləşirdi. Xain ermənilər öz hesablarında buranı alınmaz sayırdılar. Lakin qəhrəman oğullarımızın cəsarəti qarşısında bir neçə saatın içində işğalçıların xam xəyalları puç və tar-mar oldu. Kapitan Fəzail Əliyevin rəhbərlik etdiyi kəşfiyyat dəstəsi əvvəldən düşmənin daxilinə "sızmış", 30 illik divar, səngər, dotların zəif yerlərini öyrənmiş, üzərlərində lazımi qeydiyyat apardıqları xəritə və "dil" ilə qayıtmışdılar. Bu, açıq döyüşdə canlı qüvvəmizin və texnikamızın mümkün qədər qorunması, az itkilərlə böyük qələbələr demək idi. Özü isə Qaraxanbəylidə gedən savaş zamanı qəhrəmanlıqla vuruşaraq şəhidlik məqamına yüksəldi.   


Son danışıqları sentyabrın 27-də oldu


Cahan kişi bildirir ki, oğlu sonuncu dəfə sentyabın 27-si saat 19 radələrində evlə telefon əlaqəsi saxlayaraq üstüörtülü şəkildə bəzi mətləbləri çatdırıb: "Səsində bir fərəh, gümrahlıq vardı. Həmişəki kimi çox danışmadı, hal-əhval tutdu, özü barədə narahat olmamağımızı tapşırdı, ailəsini bizə, bizi də Allaha əmanət etdiyini, tezliklə qələbə müjdələri alacağımızı söylədi. İki gün sonra şəhadət xəbəri gəldi..." Cahan kişi özünü saxlaya bilməyib kövrəlir.

Biz Bəhmətlidə olarkən şəhid Fəzailin ailəsi ilə görüşə bilmədik, həyat yoldaşı Əsmər Əliyeva Səbail bələdiyyəsində çalışdığından, övladları paytaxtda təhsil aldıqlarından Bakıda idilər. Əsmər xanımın qəhrəman əri haqqında sosial şəbəkələrdə müsahibələrini, bitib-tükənməyən xatirələrini oxuduq: "Əgər ikinci dəfə dünyaya gəlsəydim və desəydilər ki, birgə yaşayışınız belə qısa çəkəcək, yenə də  Fəzaillə 9 illik ailə həyatını seçərdim. Çünki o, bu qısa müddət ərzində mənə sonrakı ömrümə bəs olacaq qədər xoşbəxtlik, bəxtiyarlıq yaşatdı..."  

İgid kəşfiyyatçı kapitanın Vətən və xalq qarşısındakı xidmətləri layiqincə qiymətləndirilib. O, "Qırmızı Bayraq" ordeni, "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Cahan kişi 2022-ci il avqustun 1-də taleyin daha bir acısını dadıb. Ömür-gün yoldaşı da onları əbədi tərk edərək haqqa qovuşub - 58 yaşlı Validə xanım 30 yaşlı şəhid balasının yoxluğuna cəmi 22 ay tab gətirə bilib. 

***

Cahan Əliyev kənd təsərrüfatı üzrə təhsil alıb, tütün sortçusu, aqronom, anbardar işləyib. İşlə bağlı müraciətini müsbət cavablandırdığına görə hazırda çalışdığı "Zaqatala AGRO İndusty" MMC-nin direktoru E.Əsədova minnətdarlığını bildirir. Ümumiyyətlə, müəssisə rəhbərliyinin şəhid və qazi ailələrinə xüsusi qayğı ilə yanaşdığı, ehtiram göstərdiyi barədə çoxsaylı faktlar var. Cahan kişinin daha bir arzusu isə Göyəm kənd tam orta məktəbinə oğlunun - şəhid Fəzail Əliyevin adının verilməsidir.

Xatırladaq ki, Zaqatala rayonu Bəhmətli kəndinin 9 şəhidi var. Onlardan 7 nəfər Birinci Qarabağ savaşında, kapitan Əliyev Fəzail Cahan oğlu və əsgər Məmmədov Ümid Bəkir oğlu isə 44 günlük Vətən müharibəsində canlarını qurban veriblər.

   

Qurban MƏMMƏDOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident Zəngilanın azad olunmasının ildönümü ilə bağlı paylaşım edib

13:04
20 Oktyabr

Fransa borc içində batır

09:10
20 Oktyabr

Ömrümüzdən keçən yollar...

09:05
20 Oktyabr

Milli memarlığımızın nadir nümunəsi

09:00
20 Oktyabr

Şəhadətindən 54 gün sonra torpağa tapşırıldı

08:55
20 Oktyabr

Xatirələrdə yaşayan cəsur kəşfiyyatçı

08:50
20 Oktyabr

Xarici ticarətin coğrafiyası genişlənir, çeşidi artır

08:45
20 Oktyabr

ARDNF yanvar-sentyabr ayları üzrə gəlir və xərclərini açıqlayıb

08:40
20 Oktyabr

Erməni işğalçılarının qoyub getdikləri "mina tarlası"nda azərbaycanlı energetiklər günəş-elektrik stansiyası inşa edirlər

08:35
20 Oktyabr

Qəhrəmanlıq salnaməsinin Zəngilan səhifəsi

08:30
20 Oktyabr

İlham ƏLİYEV: "Zəngilan şəhəri işğaldan azad edilib"

08:25
20 Oktyabr

Bərpadan sonra Zəngilan cənnətə dönəcək

08:20
20 Oktyabr

Paşinyanın komandası parçalanır

08:15
20 Oktyabr

Azərbaycan-Gürcüstan münasibətləri Cənubi Qafqazı cəlbedici regiona çevirib

08:10
20 Oktyabr

Azərbaycanı milli hədəflərə çatdıran Lider

08:05
20 Oktyabr

COP29-a hazırlıq yekun mərhələsinə qədəm qoyur

08:00
20 Oktyabr

Gürcüstanlı jurnalist: Qarabağda görülən işlər Azərbaycandakı sağlam iqtisadi və siyasi vəziyyətdən xəbər verir

22:16
19 Oktyabr

Misli Premyer Liqası: "Neftçi" ilk qələbəsini qazanıb

21:29
19 Oktyabr

Alimlər kağızdan daha tez parçalanan plastik hazırlayıblar 

20:42
19 Oktyabr

 İraqın şimalında 11 kürd terrorçusu zərərsizləşdirilib

19:38
19 Oktyabr

Amerikalı üzgüçü dünya rekordunu yeniləyib

19:07
19 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!