20 Oktyabr 2024 08:10
186
SİYASƏT
A- A+
Azərbaycan-Gürcüstan münasibətləri Cənubi Qafqazı cəlbedici regiona çevirib

Azərbaycan-Gürcüstan münasibətləri Cənubi Qafqazı cəlbedici regiona çevirib



Bölgənin gələcəyi də daha çox bu iki dost ölkədən asılıdır


Artıq neçə vaxtdır dünya hegemonluğu uğrunda gedən yeni mübarizə diplomatik müstəvidən çıxaraq açıq müharibəyə çevrilib. Qərb Rusiyanın yenidən güclənib dünyada söz sahibi olmaq ambisiyalarının qarşısını almaq üçün Ukrayna da ona "dərs" vermək istəyir. Amma 2 il yarımdan çox davam edən Rusiya-Ukrayna savaşı göstərir ki, bu, heç də asan iş deyilmiş. 

Bununla belə, Qərb müharibə ilə Rusiyanın başını qatıb müəyyən qədər dünya siyasətindən kənarlaşdırıb və nəticədə, Rusiya Yaxın Şərqdə baş verən proseslərə fəal şəkildə müdaxilə edə bilmir. İş o yerə çatıb ki, Rusiya Suriyanın təhlükəsizliyi barədə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək imkanını itirib. Belə vəziyyət şimal qonşumuza olan güvənin tədricən əriməsinə də səbəb olur.

Yaxın Şərqdə gedən qanlı proseslər də dünya üçün böyük təhdidə çevrilib. Xüsusən İran-İsrail arasında olan gərgin münasibətlərin müharibəyə çevrilməsi ehtimalı az deyil. Bu isə həm də dünya iqtisadiyyatının çökməsi demək olardı. İran açıq şəkildə bildirir ki, əgər İsrail onun neft infrastrukturuna zərbələr endirsə, Hörmüz boğazını bağlayacaq. Bu halda isə bütün dünya ziyan görəcək. Belə ki, dünya neftinin üçdənbiri bu boğaz üzərindən daşınır. Mütəxəssislərin hesablamalarına görə, Hörmüz bağlanarsa, neftin bir barelinin qiyməti 200 dolları ötə bilər. Nəticədə dünya iqtisadiyyatı elə bir zərbə alar ki, onun yenidən dirçəldilməsi üçün ən azı 10 il vaxt lazım olar.

Son günlər ABŞ başqa olmaqla Qərb bloku ilə Çin arasında olan münasibətlər  də gərginləşib. ABŞ Çinin öz ayrılmaz ərazisi hesab etdiyi Tayvanı yenidən silahlandırır. Çin ABŞ-nin addımına qarşı Tayvan ətrafında böyükmiqyaslı hərbi təlimlər keçirməklə cavab verir. ABŞ də Sakit okean regionunda hərbi təlimlərin sayını artırıb. Belə görünür ki, bu ərazinin yeni bir savaş meydanına çevrilmək təhlükəsi gündən-günə artır. Dünyanın isə həmin regionda daha bir savaşın baş verməsindən narahat olmasından başqa çarəsi qalmır. Səbəbi həmin savaşda nüvə silahından istifadənin daha real olmasıdır. 

Qərbin strateji hədəflərindən biri də Cənubi Qafqazdır. Onlar üzdə bunu Rusiyanı bölgədən çıxarmaq kimi qələmə versələr də, əsl hədəf daha böyükdür. Cənubi Qafqaz dünyanın ən əhəmiyyətli geosiyasi məkanıdır və ona görə də  regiona nəzarət etmək Qərbin strateji marağındadır. Qərb yerləşdiyimiz coğrafi məkanı ələ keçirməklə iki mühüm strateji imkan əldə edə bilər - Rusiyaya nəzarət etmək və Çinin Avropaya çıxışının qarşısını almaq. Digər tərəfdən məlumdur ki, Orta Asiya ölkələri zəngin neft, qaz, uran və digər qiymətli resurslara malikdir. Bunlara nəzarət də Qərb üçün xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda Çindən Cənubi Qafqaza qədər uzanan məsafə dünyanın ən əhəmiyyətli ticarət marşrutunun keçdiyi ərazidir. Təbii ki, bütün bunlar Qərbin bölgəmizə marağını artırmaya bilməz.

Bu marağın fonunda Azərbaycan və Gürcüstan Ermənistandan fərqli olaraq öz milli mənafelərini qorumaq üçün mübarizə aparır. O səbəbdən Qərb Azərbaycana və Gürcüstana təzyiq göstərmək üçün əlindəki bütün vasitələrdən istifadə etməyə çalışır. Ermənistan isə nəinki Qərbin şantajlarına boyun əyir, əksinə, bir alət kimi ondan Azərbaycan və Gürcüstana qarşı istifadə olunmasına imkan yaradır. Qərb də, sözsüz ki, bu fürsətdən maksimum yararlanmaq istəyir. Son dövrlər Ermənistanın sürətlə silahlandırılması da həmin istəkdən qaynaqlanır. 

Qərbin Azərbaycan və Gürcüstanı hədəf götürməsinin səbəbi isə bu ölkələrin öz milli maraqlarına uyğun siyasət aparmalarıdır. Gürcüstanın mövcud iqtidarı yaxşı bilir ki, vaxtilə Qərbin onlardan Rusiyaya qarşı istifadə etməyinin nəticəsində ölkə bu gün üç yerə parçalanıb. Ona görə də indiki hakimiyyət siyasi yolla ölkənin bütövlüyünü bərpa etmək istəyir. Amma bunun üçün ilk növbədə Gürcüstanın Rusiya ilə münasibətlərinin normallaşması gərəkdir. Həqiqətən, son dövrlər bu ölkələr arasında münasibətlərin normallaşması istiqamətində tərpənişlər hiss olunur. Bu isə Qərbin region üçün hazırladığı geosiyasi strategiyaya ziddir. Buna görə Qərb dairələri son vaxtlar açıq şəkildə Gürcüstanın daxili işlərinə qarışır. Məqsəd də mövcud iqtidarı hakimiyyətdən uzaqlaşdırmaq və onu özünə yaxın qüvvələrə təhvil verməkdir. Qərb yalnız belə olan halda regionumuzla bağlı strateji planlarını həyata keçirə bilər, yəni Çindən Avropaya qədər uzanan bütün infrastruktur layihələrinə nəzarəti ələ keçirməklə böyük bir ərazidə olan ölkələrə öz şərtlərini diktə etmək imkanı qazanmış olar.

Bu səbəbdən Gürcüstanın hazırkı iqtidarının hakimiyyətdə qalması ölkəmizin də milli maraqlarına uyğundur. Azərbaycan dost ölkənin mövcud iqtidari ilə iki ölkənin milli maraqları çərçivəsində uğurlu əməkdaşlıq edir. Dövlət və hökumət başçıları qarşılıqlı səfərlər edir, iki ölkə arasında siyasi və iqtisadi münasibətlər daha da dərinləşir. Bu gün Azərbaycan Gürcüstan iqtisadiyyatına ən çox sərmayə qoyan ölkədir. Ölkələrimizi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, "Cənub qaz dəhlizi" kimi nəhəng layihələr birləşdirir. Azərbaycan və Gürcüstan beynəlxalq təşkilatlarda həmişə bir-birilərinin ərazi bütövlüyünü dəstəkləyir. Prezident İlham Əliyev bunu yüksək qiymətləndirərək demişdir: "Eyni zamanda bu gün biz ölkələrimizin ərazi bütövlüyü, suverenliyi ilə bağlı bir daha qarşılıqlı dəstək ifadə etdik və bu gün mətbuat qarşısında mən bunu bir daha demək istəyirəm. Biz bütün dövrlərdə bir-birimizin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını dəstəkləyən açıqlamalar vermişik, müvafiq beynəlxalq təşkilatlarda səsvermə zamanı bir-birimizi dəstəkləmişik, bundan sonra da bu dəstək davam edəcək. Heç bir ölkənin suveren ərazisi zor gücü ilə dəyişdirilə bilməz. Beynəlxalq hüququn normaları hər bir ölkə üçün əsas olmalıdır və burada heç bir ayrı-seçkilik ola bilməz".


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident Zəngilanın azad olunmasının ildönümü ilə bağlı paylaşım edib

13:04
20 Oktyabr

Fransa borc içində batır

09:10
20 Oktyabr

Ömrümüzdən keçən yollar...

09:05
20 Oktyabr

Milli memarlığımızın nadir nümunəsi

09:00
20 Oktyabr

Şəhadətindən 54 gün sonra torpağa tapşırıldı

08:55
20 Oktyabr

Xatirələrdə yaşayan cəsur kəşfiyyatçı

08:50
20 Oktyabr

Xarici ticarətin coğrafiyası genişlənir, çeşidi artır

08:45
20 Oktyabr

ARDNF yanvar-sentyabr ayları üzrə gəlir və xərclərini açıqlayıb

08:40
20 Oktyabr

Erməni işğalçılarının qoyub getdikləri "mina tarlası"nda azərbaycanlı energetiklər günəş-elektrik stansiyası inşa edirlər

08:35
20 Oktyabr

Qəhrəmanlıq salnaməsinin Zəngilan səhifəsi

08:30
20 Oktyabr

İlham ƏLİYEV: "Zəngilan şəhəri işğaldan azad edilib"

08:25
20 Oktyabr

Bərpadan sonra Zəngilan cənnətə dönəcək

08:20
20 Oktyabr

Paşinyanın komandası parçalanır

08:15
20 Oktyabr

Azərbaycan-Gürcüstan münasibətləri Cənubi Qafqazı cəlbedici regiona çevirib

08:10
20 Oktyabr

Azərbaycanı milli hədəflərə çatdıran Lider

08:05
20 Oktyabr

COP29-a hazırlıq yekun mərhələsinə qədəm qoyur

08:00
20 Oktyabr

Gürcüstanlı jurnalist: Qarabağda görülən işlər Azərbaycandakı sağlam iqtisadi və siyasi vəziyyətdən xəbər verir

22:16
19 Oktyabr

Misli Premyer Liqası: "Neftçi" ilk qələbəsini qazanıb

21:29
19 Oktyabr

Alimlər kağızdan daha tez parçalanan plastik hazırlayıblar 

20:42
19 Oktyabr

 İraqın şimalında 11 kürd terrorçusu zərərsizləşdirilib

19:38
19 Oktyabr

Amerikalı üzgüçü dünya rekordunu yeniləyib

19:07
19 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!