20 Oktyabr 2024 08:05
238
SİYASƏT
A- A+
Azərbaycanı milli hədəflərə çatdıran Lider

Azərbaycanı milli hədəflərə çatdıran Lider


Azərbaycan Prezidenti İlham Əliyevin ilk dəfə dövlət başçısı seçildiyi gündən bu günədək ölkədə çox mühüm və müsbət dəyişikliklər baş verib. İnstitusional və çoxvektorlu islahatların aparılması ictimai və iqtisadi tərəqqiyə təkan verib, Azərbaycan regionda lider ölkəyə çevrilib.  Bu illər ərzində uğurlarımızın zirvə nöqtəsi isə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi olub. Bununla da Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrilib.

İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində mühüm tədbirlər görülüb. Bunun nəticəsidir ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alıb. 

Ölkəmizin əldə etdiyi uğurlar onun beynəlxalq arenada nüfuzunu artırıb, Azərbaycanı digər dövlətlər üçün istənilən sahədə etibarlı tərəfdaşa çevirib. Azərbaycanda bütün sahələrin inkişaf etməsi respublikamızın bölgədə və dünyada mövqelərini gücləndirməsi ilə müşayiət olunub. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırıb. Azərbaycan dünyada həm də mühüm beynəlxalq tədbirlərin, yarışların keçirildiyi ölkə kimi tanınıb. Bakı "Eurovision" mahnı müsabiqəsinə, ilk Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına, "Formula-1" yarışlarına, futbol üzrə Avropa çempionatının final mərhələsinin bir neçə oyununa evsahibliyi edib. Gələn ay COP29 kimi mötəbər bir beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun bariz nümunəsidir. 

2003-cü ildən 2024-cü illərə qədər dövrü ölkəmiz üçün ictimai-siyasi sahələrlə yanaşı, iqtisadi sahədə də yüksəliş və rifah dövrü hesab etmək olar. Bu dövrdə Azərbaycan dinamik iqtisadi inkişaf mərhələsinə qədəm qoyub. Belə ki, 2003-cü ildə neft gəlirləri hesabına Azərbaycan Dövlət Neft Fondunun aktivləri 815,6 milyon ABŞ dollar təşkil etdiyi halda ötən 21 ildə bu rəqəm 71 dəfədən çox artaraq 58 milyard dollara yüksəlib. Fondun gəlirləri isə 2023-cü ilin sonuna 196,7 milyard dollara çatıb. 2003-2022-ci illər ərzində ölkə iqtisadiyyatına yönəldilən investisiyaların ümumi həcmi 310,4 milyard ABŞ dolları təşkil edib. Ölkə iqtisadiyyatına qoyulmuş birbaşa xarici investisiyaların  həcmi isə 100,7 milyard ABŞ dollarından çox olub. Ötən dövr ərzində Azərbaycanda ümumdaxili məhsulun həcmi (ÜDM) 7,3 milyard ABŞ dollarından 78,7 milyard ABŞ dollarına çatıb. Bu isə real ifadədə 3,6 dəfə artım deməkdir. Adambaşına düşən ÜDM isə 888,5 ABŞ dollarından 7 min 798 ABŞ dollarına yüksəlib.

2003-2024-cü illərdə Azərbaycanın qeyri-neft-qaz iqtisadiyyatı 5 milyard ABŞ dollarından 41,1 milyard ABŞ dollarına çatıb. Kənd təsərrüfatı sektorunda 2,1 dəfə, nəqliyyat sektorunda 4,9 dəfə, turizm və ictimai iaşə sektorlarında 18,9 dəfə, informasiya və rabitə sahəsində isə 23 dəfə artım qeydə alınıb. 2003-cü ildə 1,6 milyard ABŞ dolları təşkil edən Azərbaycanın valyuta ehtiyatları 43 dəfə artaraq 69 milyard ABŞ dollarına yüksəlib. Dövlət büdcəsinin gəlirləri 0,9 milyard manatdan 30,7 milyard manata çatıb.

Bu illərdə Azərbaycanın ticarət əlaqələri də genişlənib. Ölkəmizin ticarət tərəfdaşları olan dövlətlərin sayı 2022-ci ildə 55-dən 185-ə çatıb. Xarici ticarət dövriyyəmiz 3,8 milyard ABŞ dollarından 52,7 milyard ABŞ dollarına yüksəlib. İxrac həcmi isə 2,2 milyard ABŞ dollarından 38,1 milyard ABŞ dollarına çatıb. 2022-ci ildə ölkəmizin xarici ticarət dövriyyəsinin həcmi 2002-ci illə müqayisədə 13,7 dəfə, o cümlədən idxal 8,7 dəfə, ixrac isə 17,6 dəfə artıb.

Dünyada baş verən geosiyasi proseslər və İkinci Qarabağ müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycanın nəqliyyat habına çevrilməsi üçün yeni fürsətlər yaradıb. Çindən Avropaya yüklərin ən qısa zamanda və hazırkı geosiyası proseslər fonunda təhlükəsiz çatdırılması üçün Orta dəhliz ən ideal alternativə çevrilib. Hazırda Orta dəhlizin funksionallığının artmasında mühüm rol oynayan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti məhz Azərbaycanın moderatorluğu ilə inşa olunaraq 2017-ci ildə istifadəyə verilib. Ölkə üzərindən tranzit daşımalar sürətlə artır. Təkcə bu ilin ilk yarısında Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 16,4 milyon tona çatıb. 

Azərbaycanda aparılan sosial siyasət nəticəsində xalqımızın rifahı yaxşılaşıb, yoxsulluq səviyyəsi azalıb, yeni iş yerləri açılıb. İlham Əliyevin strateji inkişaf kursunun nəticəsində Azərbaycan 2002-2022-ci illərdə yuxarı orta gəlirli ölkələr qrupuna daxil olub. Hər il dövlət büdcəsi tərtib edilərkən büdcənin sosial-yönümlü olmasına xüsusi diqqət yetirilib. Bunun nəticəsidir ki, 2003-2023-cü illərdə sosial təyinatlı büdcə xərcləri 20 dəfədən çox artıb. 2003-cü ildə dövlət büdcəsindən sosial xərclərə 678,2 milyon manat, 2022-ci ildə 11,6 milyard manat yönəldilib.

İqtisadi sektorun bir parçası olaraq qiymətləndirmə sahəsində də ölkəmizdə önəmli addımlar atılıb. Son dövrlər bu sahədə yeni reallıqlar müşahidə edilir. Belə ki, ötən il Azərbaycanda "Qiymətləndirmə fəaliyyəti haqqında" yeni qanun qəbul edilib. Qanunun müddəaları əsasında, Azərbaycan Qiymətləndiricilər Palatası yaradılacaq. Artıq ölkədə qiymətləndirmə fəaliyyəti göstərmək istəyən şəxslərin ixtisas imtahanlarına qeydiyyat elan edilib. Bu il oktyabrın 27-də sözügedən ixtisas imtahanlarının ilk mərhələsi baş tutacaq. İmtahandan keçən qiymətləndiricilər ixtisas şəhadətnaməsi əldə edəcək və Azərbaycan Qiymətləndiricilər Palatasının üzvü olacaqlar.

Prezident İlham Əliyev Azərbaycan xalqına uğurlu hədəfləri göstərən milli liderdir. Dövlətimizin başçısının qətiyyətli siyasəti təkcə Azərbaycanın inkişafına deyil, həm də türk dövlətləri arasında ictimai, iqtisadi və siyasi münasibətlərin daha da yüksəlməsinə mühüm töhfə verir. Azərbaycanın təşəbbüsləri, həyata keçirdiyi layihələr türk dövlətlərinin birliyinin formalaşmasında müstəsna rol oynayır. Təsadüfi deyil ki, türk dünyasının birliyinin güclənməsinə əhəmiyyətli təsir edən  Türk Dövlətləri Təşkilatı məhz 2009-cu ildə imzalanmış Naxçıvan sazişi ilə yaradılıb. Türk dövlətləri ilə əməkdaşlığın inkişafı xarici siyasətimizin əsas istiqamətlərindəndir. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bu əməkdaşlıq mahiyyətcə yeni mərhələyə keçib. Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfər ümumən türk dünyasının nüfuzunun artmasına səbəb olub. Bu, bütün türk dünyasının zəfəridir. Bu il fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimində Prezident İlham Əliyev bizim ailəmizin türk dünyası olduğunu bəyan edib. 

Bu gün Azərbaycan öz tarixinin ən şərəfli dövrlərindən birini yaşayır. Əminliklə söyləmək olar ki, dövlət başçısı İlham Əliyevin müstəsna liderlik bacarığı və siyasi məharəti ölkəmizin uğurlarını bundan sonra da davam etdirməyə imkan yaradacaq. 


Vüqar ORUC, 

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birliyi Şurasının prezidenti

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident Zəngilanın azad olunmasının ildönümü ilə bağlı paylaşım edib

13:04
20 Oktyabr

Fransa borc içində batır

09:10
20 Oktyabr

Ömrümüzdən keçən yollar...

09:05
20 Oktyabr

Milli memarlığımızın nadir nümunəsi

09:00
20 Oktyabr

Şəhadətindən 54 gün sonra torpağa tapşırıldı

08:55
20 Oktyabr

Xatirələrdə yaşayan cəsur kəşfiyyatçı

08:50
20 Oktyabr

Xarici ticarətin coğrafiyası genişlənir, çeşidi artır

08:45
20 Oktyabr

ARDNF yanvar-sentyabr ayları üzrə gəlir və xərclərini açıqlayıb

08:40
20 Oktyabr

Erməni işğalçılarının qoyub getdikləri "mina tarlası"nda azərbaycanlı energetiklər günəş-elektrik stansiyası inşa edirlər

08:35
20 Oktyabr

Qəhrəmanlıq salnaməsinin Zəngilan səhifəsi

08:30
20 Oktyabr

İlham ƏLİYEV: "Zəngilan şəhəri işğaldan azad edilib"

08:25
20 Oktyabr

Bərpadan sonra Zəngilan cənnətə dönəcək

08:20
20 Oktyabr

Paşinyanın komandası parçalanır

08:15
20 Oktyabr

Azərbaycan-Gürcüstan münasibətləri Cənubi Qafqazı cəlbedici regiona çevirib

08:10
20 Oktyabr

Azərbaycanı milli hədəflərə çatdıran Lider

08:05
20 Oktyabr

COP29-a hazırlıq yekun mərhələsinə qədəm qoyur

08:00
20 Oktyabr

Gürcüstanlı jurnalist: Qarabağda görülən işlər Azərbaycandakı sağlam iqtisadi və siyasi vəziyyətdən xəbər verir

22:16
19 Oktyabr

Misli Premyer Liqası: "Neftçi" ilk qələbəsini qazanıb

21:29
19 Oktyabr

Alimlər kağızdan daha tez parçalanan plastik hazırlayıblar 

20:42
19 Oktyabr

 İraqın şimalında 11 kürd terrorçusu zərərsizləşdirilib

19:38
19 Oktyabr

Amerikalı üzgüçü dünya rekordunu yeniləyib

19:07
19 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!