20 Oktyabr 2024 08:00
278
CƏMİYYƏT
A- A+
COP29-a hazırlıq yekun mərhələsinə qədəm qoyur

COP29-a hazırlıq yekun mərhələsinə qədəm qoyur


Respublikamızın COP Atəşkəsi Qlobal Təşəbbüsünə beynəlxalq səviyyədə böyük dəstək var


Cəmi bir neçə həftədən sonra respublikamız mötəbər beynəlxalq tədbirə - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) evsahibliyi edəcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11-də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub və bu, ölkəmizə göstərilən beynəlxalq etimadın növbəti nümunəsidir. 


Bakıda keçirilən tədbirlər sülhə, mədəniyyətlər və sivilizasiyalararası dialoqa xidmət edir


Öncə onu qeyd edək ki, Bakı artıq uzun illərdir mötəbər tədbirlərin keçirildiyi mərkəzlərdən birinə çevrilib. Son onillikdə paytaxtımız müxtəlif məzmunlu saysız-hesabsız beynəlxalq  tədbirlərə evsahibliyi edib. Xüsusilə qeyd edilməlidir ki, belə tədbirlərin bir qismi ənənə halını alıb və onlara qlobal səviyyədə olduqca böyük maraq var. Buna misal olaraq Qlobal Bakı Forumunu  nümunə göstərə bilərik.  Onu da vurğulamalıyıq ki, Bakının evsahibliyi etdiyi tədbirlər sülhə,  təhlükəsizliyə, mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun inkişafına xidmət edir.

Eyni zamanda Azərbaycanda ən böyük beynəlxalq tədbirlərin keçirilməsi sahəsində böyük təcrübə var. Belə ki, hələ 2012-ci ildə respublikamızda "Avroviziya" Musiqi Yarışması, 2015-ci ildə I Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları kimi geniş iştirakçı və tamaşaçı  tutumuna malik tədbirlər keçirilib. Bu tədbirlərin hər birində Azərbaycan təşkilatçılığın ən gözəl nümunələrini yaradıb.

Qarşıdan isə COP29 gəlir. Dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-un Azərbaycanda keçirilməsi barədə qərar respublikamızın böyük uğurudur. Eyni zamanda bu, Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu, Azərbaycana hörmətin əlamətidir: "COP29-a evsahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən "yaşıl enerji" sahəsindəki fəaliyyətimizə hörmətin əlaməti hesab edirik". 

Hazırda Azərbaycan COP29-a sürətlə hazırlaşır. Prezident İlham Əliyev bu istiqamətdə görülən işləri diqqət mərkəzində saxlayır. Dövlət başçısının oktyabrın 17-də Bakı Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanışlığı da bunu təsdiq edir. Həmin gün Prezident İlham Əliyev ərazidə yaradılmış infrastruktur və qurğular, informasiya texnologiyaları və təhlükəsizliyi sahəsində icra olunan tədbirlər, COP29 məkanının enerji ehtiyaclarının "yaşıl enerji" mənbələrindən qarşılanması üçün tətbiq edilən həllər, iştirakçıların qeydiyyat prosesi və digər sahələrdə görülən işlərlə yaxından tanış olub.


İqlim dəyişmələrinə qarşı mübarizədə Azərbaycan nümunəsi 


COP29-un Azərbaycanda keçirilməsi həm də ölkəmizdə "yaşıl enerji" sahəsində görülən işlərin, respublikamızın qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə verdiyi töhfələrin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsidir. Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarının 40 faiz azaldılmasından ibarətdir.

Prezident İlham Əliyevin 2021-ci ilin fevralında təsdiq etdiyi "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də bu məsələlər öz əksini tapıb. Bundan irəli gələrək, qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməli, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası təşviq edilməlidir. Bu, istilik effekti yaradan qaz emissiyasını beynəlxalq normalara uyğun səviyyədə saxlanılması istiqamətində göstərilən səylərə mühüm töhfə olacaq. 

Son illərin mənzərəsi də ondan ibarətdir ki, respublikamızda "yaşıl texnologiyalar"ın tətbiqi genişləndirilir. Bu, Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq işlərində, enerji istehsalında özünü daha yaxından göstərməkdədir. Prezident İlham Əliyev ölkəmizin işğaldan azad edilmiş torpaqlarını "Yaşıl enerji" zonası elan edib.  Bərpaolunan enerjiyə keçidlə bağlı respublikamız ən mütərəqqi nümunələr yaradır. Əlbəttə, bütün bunlar beynəlxalq səviyyədə də izlənilir və yüksək dəyərləndirilir.


Azərbaycan Olimpiya Oyunlarında olduğu kimi, hərbi əməliyyatları dayandırmağa çağırır


 Ümumiyyətlə, COP29  qlobal iqlim dəyişmələrinə qarşı mübarizə ilə bağlı mühüm qərarların qəbulu ilə əlamətdar olacaq. COP29-da qəbul edilməli olan təxminən 60 qərar var. Onlardan ikisi xüsusilə vacibdir. Bunlardan biri iqlim maliyyəsi, digəri karbon bazarlarının formalaşdırılması və tənzimlənən karbon bazarları ilə bağlıdır. Bu da Paris Sazişinin 6-cı maddəsi ilə əlaqədardır. Həmin iki qərarın qəbul edilməsi COP prosesi çərçivəsində tarixi nailiyyət hesab olunacaq.

Eyni zamanda Azərbaycan COP29-un  sədri qismində bir sıra təhəbbüslərlə çıxış edir. Bunlardan biri Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən COP Atəşkəsi Qlobal Təşəbbüsüdür. Azərbaycan bu təşəbbüsü ilə Olimpiya Oyunlarında olduğu kimi, COP29 tədbiri keçirildiyi müddətdə də dünyada davam edən münaqişələrin tərəflərini hərbi əməliyyatları dayandırmaqla atəşkəsə dəvət edir. 

Qeyd edək ki, ilk dəfədir COP-lar tarixində hərbi fəaliyyətin iqlimə zərər vuran, emissiya yaradan bir fəaliyyət kimi təsbit olunması və buna görə də qlobal atəşkəsin elan olunması barədə qərara gəlinib və belə təşəbbüs irəli sürülüb. Bütün dünya üçün aktual olan bu təşəbbüsə 127 dövlətin, 1100-dən artıq beynəlxalq, qeyri-hökumət təşkilatının, tanınmış şəxslərin, dini liderlərin qoşulması onun əhəmiyyətinin göstəricisidir. 

Beləliklə, iqlim dəyişmələrinə qarşı mübarizədə mütərəqqi nümunələr yaradan Azərbaycan həm də dünyanı atəşkəsə dəvət edir. Bu çağırışa isə beynəlxalq səviyyədə böyük dəstək var.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident Zəngilanın azad olunmasının ildönümü ilə bağlı paylaşım edib

13:04
20 Oktyabr

Fransa borc içində batır

09:10
20 Oktyabr

Ömrümüzdən keçən yollar...

09:05
20 Oktyabr

Milli memarlığımızın nadir nümunəsi

09:00
20 Oktyabr

Şəhadətindən 54 gün sonra torpağa tapşırıldı

08:55
20 Oktyabr

Xatirələrdə yaşayan cəsur kəşfiyyatçı

08:50
20 Oktyabr

Xarici ticarətin coğrafiyası genişlənir, çeşidi artır

08:45
20 Oktyabr

ARDNF yanvar-sentyabr ayları üzrə gəlir və xərclərini açıqlayıb

08:40
20 Oktyabr

Erməni işğalçılarının qoyub getdikləri "mina tarlası"nda azərbaycanlı energetiklər günəş-elektrik stansiyası inşa edirlər

08:35
20 Oktyabr

Qəhrəmanlıq salnaməsinin Zəngilan səhifəsi

08:30
20 Oktyabr

İlham ƏLİYEV: "Zəngilan şəhəri işğaldan azad edilib"

08:25
20 Oktyabr

Bərpadan sonra Zəngilan cənnətə dönəcək

08:20
20 Oktyabr

Paşinyanın komandası parçalanır

08:15
20 Oktyabr

Azərbaycan-Gürcüstan münasibətləri Cənubi Qafqazı cəlbedici regiona çevirib

08:10
20 Oktyabr

Azərbaycanı milli hədəflərə çatdıran Lider

08:05
20 Oktyabr

COP29-a hazırlıq yekun mərhələsinə qədəm qoyur

08:00
20 Oktyabr

Gürcüstanlı jurnalist: Qarabağda görülən işlər Azərbaycandakı sağlam iqtisadi və siyasi vəziyyətdən xəbər verir

22:16
19 Oktyabr

Misli Premyer Liqası: "Neftçi" ilk qələbəsini qazanıb

21:29
19 Oktyabr

Alimlər kağızdan daha tez parçalanan plastik hazırlayıblar 

20:42
19 Oktyabr

 İraqın şimalında 11 kürd terrorçusu zərərsizləşdirilib

19:38
19 Oktyabr

Amerikalı üzgüçü dünya rekordunu yeniləyib

19:07
19 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!