20 Oktyabr 2024 08:35
179
İQTİSADİYYAT
A- A+
Erməni işğalçılarının qoyub getdikləri "mina tarlası"nda azərbaycanlı energetiklər günəş-elektrik stansiyası inşa edirlər

Erməni işğalçılarının qoyub getdikləri "mina tarlası"nda azərbaycanlı energetiklər günəş-elektrik stansiyası inşa edirlər


Bu, fərqimizi ətraf mühitə münasibətdə də göstərir


Ölkəmizdə mötəbər tədbirə - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri davam edir. Görülən əsaslı, fundamental işlər isə mütərəqqi beynəlxalq ictimaiyyət tərəfindən təqdir olunur, razılıqla qarşılanır. 

İşğaldan azad edilmiş ərazilərin "yaşıl enerji" zonasına çevrilməsi hədəfi çərçivəsində Kəlbəcərdə yeni tikilən "Yuxarı Vəng" Su-Elektrik Stansiyası Vətən müharibəsindəki Zəfərimizdən sonra regionda yaradılan ən böyük "yaşıl enerji" mənbəyidir. Təkcə bu SES-də istehsal edilən "yaşıl enerji" növbəti 5 il ərzində Kəlbəcər rayonunun elektrik enerjisinə yaranacaq tələbatını tam ödəyə biləcək. Ümumi gücü 40 meqavat olan "Kəlbəcər" SES silsiləsi Qarabağ və Şərqi Zəngəzurda 42 meqavatlıq "Zəngilan" SES silsiləsindən sonra tikilən ikinci analoji obyektdir. Sözügedən istiqamətdə atılan başqa addım isə ötən il 230 MVt gücündə Qaradağ Günəş-Elektrik Stansiyasının (GES) istifadəyə verilməsidir. Qaradağ GES Xəzər regionunda və Qafqazda ən böyük günəş-elektrik stansiyasıdır.

Qazıntı yanacaqları ilə zənginliyinə və dünyada bu enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq, bərpaolunan enerji mənbələrindən istifadə Azərbaycan üçün hər zaman prioritet məsələlərdəndir. Məhz bu səbəbdən ölkənin enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri bərpaolunan enerji mənbələrindən istifadənin daha da gücləndirilməsi, həmin mənbələr hesabına elektrik enerjisi istehsalı üçün mümkün potensialdan istifadə imkanlarının artırılmasıdır. "Biz 10 ilə ölkədə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə etməyi və daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırırıq" deyən Prezident İlham Əliyev ölkəmizin bu mühüm yolu qət etməyə başladığını və qarşıya qoyulan hədəfə çatmağa iddialı olduğunu dəfələrlə açıqlayıb. 

Cari ayın əvvəlində bu sahə ilə bağlı daha bir xoş xəbər yayıldı. Cəbrayılda 240 MVt-lıq "Şəfəq" Günəş-Elektrik Stansiyasının tikilməsi məqsədilə BP, SOCAR Green və Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) arasında birgə iştirak müqaviləsi imzalandı, layihəyə aid birgə investisiya fəaliyyətini həyata keçirəcək "Şəfəq (Cəbrayıl) Solar Limited" (SJSL) adlı yeni birgə müəssisə yaradıldı. SJSL səhmdarlarının iştirak payları müvafiq şəkildə BP - 50,01, SOCAR - 39,99 və AİŞ - 10 faiz olacaq. Stansiyada illik 500 mln kVt/saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılır. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsində paylaşım etdi: "Layihə birbaşa xarici investisiyaların cəlb edilməsi ilə ölkəmizin "yaşıl keçid" hədəfinin dəstəklənməsinə, Cəbrayıl rayonunun iqtisadi inkişafı və günəş enerjisi potensialından istifadə ilə bölgənin enerji təminatının gücləndirilməsinə, Xəzər dənizi və Səngəçal terminalında karbon emissiyalarının azaldılmasına töhfə verəcək".

Əslində, AR Energetika Nazirliyi ilə BP arasında "Şəfəq" layihəsinin həyata keçirilməsinə dair icra sazişi və ona bir sıra əlavələr hələ xeyli əvvəl razılaşdırılmışdı. Daha dəqiq, 2021-ci il iyunun 3-də Cəbrayıl rayonunda 240 MVt gücündə günəş-elektrik stansiyasının inşası layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi sahəsində əməkdaşlığa dair icra müqaviləsi imzalanmışdı. Müqaviləyə görə, layihəyə investisiya qoyuluşu 200 milyon dollar məbləğində qiymətləndirilmişdir. 21 sentyabr 2023-cü ildə isə SOCAR və AİŞ arasında Cəbrayıl rayonunda (Şərqi Zəngəzur iqtisadi rayonu) "Şəfəq" Günəş-Elektrik Stansiyası layihəsinə qoşulma sazişi bağlanmışdır. Layihənin ətraf mühitə və sosial-iqtisadi sahəyə təsirinin qiymətləndirilməsi sənədi bu il ictimaiyyətə açıqlanmış, müzakirə edilmiş və Azərbaycan hökuməti tərəfindən təsdiqlənmişdir.

Lakin layihənin icrasına başlamasına ermənilərin ərazidə basdırdıqları minalar imkan vermirdi. Bəli, bədnam qonşularımız 30 illik işğal müddəti ərzində ilhaq etdikləri torpaqlarda ölüm toxumları əkmişdilər. Bu azmış kimi, mina xəritələrini verməkdən də imtina edirdilər. Ümid özümüzə qalmışdı. Bununla bağlı jurnalistlərlə söhbətində BP-nin Yaxın Şərq və Xəzər Regionunda Kommunikasiyalar və Xarici Əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli demişdir: "Hazırlıq işləri artıq tamamlanmaq üzrədir. Lap tezliklə Cəbrayıl rayonunda minatəmizləmə işləri başa çatacaq. Artıq yekun investisiya qərarı (FID) ilə əlaqədar texniki və kommersiya aspektləri var və ilin ikinci yarısında təsdiqlənəcək. Bundan sonra GES-in təməlinin qoyulması və tikintisi üzrə işlər başlayacaq".

"Şəfəq" layihəsində virtual enerji ötürmə mexanizmi adlanan yeni kommersiya modelindən ilk dəfə istifadə olunacağı gözlənilir. Bu mexanizm Cəbrayıl rayonunda istehsal olunacaq günəş enerjisinin ölkənin elektrik enerjisi şəbəkəsinin operatoru olan "Azərenerji"yə həmin yerdə çatdırılmasını, "Azərenerji"nin isə sonra eyni həcmdə elektrik enerjisini Səngəçal terminalına ötürməsini təmin edəcək ki, bu da öz növbəsində terminalın həmin bərpaolunan elektrik enerjisindən öz ehtiyacı üçün istifadəsinə şərait yaradacaq. 

"Şəfəq" stansiyasının tikintisinin Səngəçal terminalının elektrik enerjisi ilə təminatına, onların istifadə etdiyi qazın isə Avropaya ixracına imkan verəcəyi dövlət başçısı tərəfindən də dəfələrlə bəyan olunmuşdur. Göründüyü kimi, Azərbaycan öz ehtiyacları, qayğıları qədər başqalarını da düşünür, özü də qlobal iqlim dəyişikliyi ilə mübarizə zəminində və ətraf mühitə zərər yetirmədən. Yetər ki, bu səmimi cəhdlər obyektiv qiymətləndirilsin.

  

Qurban MƏMMƏDOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident Zəngilanın azad olunmasının ildönümü ilə bağlı paylaşım edib

13:04
20 Oktyabr

Fransa borc içində batır

09:10
20 Oktyabr

Ömrümüzdən keçən yollar...

09:05
20 Oktyabr

Milli memarlığımızın nadir nümunəsi

09:00
20 Oktyabr

Şəhadətindən 54 gün sonra torpağa tapşırıldı

08:55
20 Oktyabr

Xatirələrdə yaşayan cəsur kəşfiyyatçı

08:50
20 Oktyabr

Xarici ticarətin coğrafiyası genişlənir, çeşidi artır

08:45
20 Oktyabr

ARDNF yanvar-sentyabr ayları üzrə gəlir və xərclərini açıqlayıb

08:40
20 Oktyabr

Erməni işğalçılarının qoyub getdikləri "mina tarlası"nda azərbaycanlı energetiklər günəş-elektrik stansiyası inşa edirlər

08:35
20 Oktyabr

Qəhrəmanlıq salnaməsinin Zəngilan səhifəsi

08:30
20 Oktyabr

İlham ƏLİYEV: "Zəngilan şəhəri işğaldan azad edilib"

08:25
20 Oktyabr

Bərpadan sonra Zəngilan cənnətə dönəcək

08:20
20 Oktyabr

Paşinyanın komandası parçalanır

08:15
20 Oktyabr

Azərbaycan-Gürcüstan münasibətləri Cənubi Qafqazı cəlbedici regiona çevirib

08:10
20 Oktyabr

Azərbaycanı milli hədəflərə çatdıran Lider

08:05
20 Oktyabr

COP29-a hazırlıq yekun mərhələsinə qədəm qoyur

08:00
20 Oktyabr

Gürcüstanlı jurnalist: Qarabağda görülən işlər Azərbaycandakı sağlam iqtisadi və siyasi vəziyyətdən xəbər verir

22:16
19 Oktyabr

Misli Premyer Liqası: "Neftçi" ilk qələbəsini qazanıb

21:29
19 Oktyabr

Alimlər kağızdan daha tez parçalanan plastik hazırlayıblar 

20:42
19 Oktyabr

 İraqın şimalında 11 kürd terrorçusu zərərsizləşdirilib

19:38
19 Oktyabr

Amerikalı üzgüçü dünya rekordunu yeniləyib

19:07
19 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!