Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Füzuli şəhərinə köçürülən sakinlərdən isə 1000-dən çox şəxsin məşğulluğu təmin edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunan ərazilərimizdə özünüməşğulluq proqramının icrası işlərini davam etdirir.
Laçın rayonuna və Zəngilanın Ağalı kəndinə köçürülən sakinlərdən daha bir qrup şəxsə agentlik tərəfindən özünüməşğulluq proqramı çərçivəsində aktivlər verilib.
Laçın rayonunda aktivlərin təqdim edilməsi tədbirində iştirak edən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Hüseyn Quliyev proqram iştirakçıları ilə görüşüb, həmin sakinlərin yeni qurduqları təsərrüfatlara dair planları ilə maraqlanıblar.
Verilmiş avadanlıqlar hesabına proqram iştirakçıları un məmulatları istehsalı, qadın gözəllik salonu, dərzi sexi, kişi bərbərxanası, dönərxana və broyler inkubatoru xidmətləri üzrə kiçik biznes sahələrini yaradıblar.
Beləliklə, Böyük qayıdış proqramı çərçivəsində doğma yurdlarına köçürülən sakinlərdən özünüməşğulluq proqramı vasitəsilə kiçik təsərrüfatları yaradılan şəxslərin sayı artıq 131-ə çatıb.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun möhtəşəm Zəfər qazandığı 44 günlük Vətən müharibəsinin 21-ci günü - 2020-ci il oktyabrın 17-si Füzuli şəhərinin və ətraf kəndlərinin erməni işğalından azad edildiyi gün kimi tariximizə yazılıb. Dövlət başçısının 2023-cü il 31 iyul tarixli sərəncamına əsasən, 17 Oktyabr - Füzuli Şəhəri Günü kimi qeyd edilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunan ərazilərimizə köçürülən sakinlərin aktiv məşğulluq proqramları ilə əhatə olunması işlərini aparır. Füzuli şəhərinə köçürülən sakinlərdən də artıq 1018 nəfərin məşğulluğu təmin edilib.
Özünüməşğulluq proqramı çərçivəsində həmin sakinlərdən 35 nəfəri üçün kiçik təsərrüfatlar qurulub, yaxın günlərdə daha bir qrup sakin üçün də təsərrüfatlar yaradılacaq. Sakinlərdən 28 nəfər isə peşə hazırlığı kurslarına cəlb edilib.
Lazım QULİYEV,
"Azərbaycan"
Gürcüstanlı jurnalist: Qarabağda görülən işlər Azərbaycandakı sağlam iqtisadi və siyasi vəziyyətdən xəbər verir
Misli Premyer Liqası: "Neftçi" ilk qələbəsini qazanıb
Alimlər kağızdan daha tez parçalanan plastik hazırlayıblar
İraqın şimalında 11 kürd terrorçusu zərərsizləşdirilib
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
Afrikada bütöv bir ölkə işıqsız qalıb
Gürcüstan azərbaycanlılarının ikinci qrupu Xankəndi şəhərinə gəlib
Kahramanmaraşda 4,4 maqnitudalı zəlzələ olub
“Azərbaycanın yüksəlişi” intellektual yarışı keçirilib
Xəzəryanı ölkələrin idman nazirliklərinin qarşılıqlı fəaliyyət perspektivləri müzakirə olunub
Bakıda COP29-la bağlı nəqliyyatın idarə edilməsi üzrə gündüz monitorinqləri yekunlaşıb
Heydər Əliyev Su Anbarı üzərindəki SES-in istehsalı artırılacaq
Aksiyanın ilk günündə 400 eldar şamı əkildi
Bakıda yeni növ dayanacaq pavilyonları quraşdırılır
Mingəçevir də yaşıllaşır
Çinin hədəfi NASA-ya rəqib olmaqdır
Qaraciyər toxumasını inkişaf etdirən cihaz kəşf edilib
Uçan avtomobil təqdim edilib
“Netflix” satışlarını 9,8 milyarda çatdırdı
Tokioda hakim partiyanın qərargahına 5 ədəd “Molotov kokteyli” atılıb
Mingəçevirlilər Müstəqilliyin Bərpası gününü qeyd etmişlər
Gözlərindəki tiri görməyənlər11 Oktyabr 2024
Tarixi əməkdaşlıq və müttəfiqlik10 Oktyabr 2024
İlham ƏLİYEV: "Artıq status-kvo deyilən məsələ və təmas xətti yoxdur"09 Oktyabr 2024
Milli Məclisdən ABŞ-yə etiraz09 Oktyabr 2024
Moskvada MDB Dövlət Başçıları Şurasının iclası keçirilib Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-408 Oktyabr 2024
Həqiqətlər və oyunbazlıqlar08 Oktyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!