Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Dövlət müstəqilliyinin bərpasının 33-cü ildönümü ilə əlaqədar Mingəçevir şəhər İcra Hakimiyyəti və YAP şəhər təşkilatının birgə elmi-nəzəri konfransı keçirilib.
Konfransı şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov açaraq bildirdi ki, Azərbaycanın dövlət müstəqilliyini bərpa etdiyi tarixdən 33 il keçir. Əlamətdar bayram münasibətilə mingəçevirliləri təbrik edən şəhər rəhbəri əsrlər boyu müstəqillik arzusu ilə yaşayan xalqımızın ayrı-ayrı dövrlərdə müxtəlif imperiyaların və böyük dövlətlərin tərkibində olmasına baxmayaraq, milli-mənəvi dəyərlərini, dilini, mədəniyyətini qoruyub saxladığını və dünya mədəniyyəti xəzinəsinə töhfələr verdiyini qeyd etdi: “XX əsrin əvvəllərində Şərqdə ilk demokratik respublika kimi qurulan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay mövcud oldu və 70 il Sovetlər rejiminin tərkibində yaşadı. 1991-ci il oktyabrın 18-də müstəqilliyimizin bərpası bizə dünyəvi dövlət qurmaq və dünya birliyində mühüm yer tutmaq imkanı yaratdı”.
İ.İsmayılov əlavə etdi ki, ötən illər ərzində aparılan uğurlu daxili və xarici siyasət sayəsində dövlətçilik ənənələrimiz möhkəmlənib, iqtisadiyyatımız inkişaf edib, mədəniyyətimiz zənginləşib: “Müstəqilliyimizin ilk illərində ölkəmiz siyasi, iqtisadı və sosial böhranla yanaşı, Ermənistanın hərbi təcavüzü, azərbaycanlılara qarşı yürütdüyü etnik təmizləmə siyasəti və keçmiş Dağlıq Qarabağ problemi ilə üz-üzə qalmışdı. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı, müdrik siyasəti nəticəsində ölkə vətəndaş müharibəsindən, müstəqilliyinin itirilməsi təhlükəsindən qurtuldu. Dövlətlə xalq birliyi təmin edildi, ictimai-siyasi sabitlik bərpa olundu. Bu gün isə Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz inkişaf edir, möhkəmlənir, beynəlxalq sahədə nüfuzu artır. Enerji sektorunun inkişafı, sənaye zonalarının yaradılması, aqrar sahədə, ordu quruculuğu sahəsində aparılan islahatlar ölkəmizin sürətli inkişafına şərait yaratmış, ərzaq təhlükəsizliyi təmin edilmiş, regionların inkişafında irəliləyişlər olmuşdur. Azərbaycan dünya ölkələri arasında layiqli yerini tutmuş, regionun lider dövlətinə çevirilmişdir. Bu inkişaf göstərir ki, Azərbaycan Prezidentin rəhbərliyi altında daha da inkişaf yeni edərək uğurlar qazanacaqdır”.
Natiq daha sonra dedi: “30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımız 44 gün ərzində şanlı ordumuzun şücaəti ilə azad olundu, sərhədlərimiz bərpa edildi. 2020-ci il Azərbaycan tarixinə zəfər ili kimi daxil oldu. 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə mənfur qonşularımız Laçın, Kəlbəcər, Daşkəsən istiqamətində törətdiyi təxribatın qarşısını Qəhrəman Azərbaycan Ordusu müvəffəqiyyətlə aldı. 2023-cü ilin 19 sentyabrında Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə Qarabağ iqtisadi rayonunun sülhməramlıların nəzarəti altında olan ərazilərində antiterror əməliyyatları, 23 saat 43 dəqiqə ərzində 90-a yaxın strateji əhəmiyyətli ərazilər nəzarətə götürüldü. Antiterror əməliyyatlarından sonra bütün Qarabağ torpağı azad olundu, suverenliyimiz tam bərpa edildi. Artıq bütün ərazilərimizdə Azərbaycan bayrağı dalğalanır”.
Tədbirdə YAP şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi mühüm tarixi hadisədir”, MDU-nun baş müəllimi Aygün Qədirova “Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini əbədi edən tarixi şəxsiyyətdir”, Turizm kollecinin tarix müəllimi Eldar Dərişov “Ulu öndər Heydər Əliyevin dövlət quruculuğu sahəsində gördüyü işlər müstəqilliyimizin möhkəmlənməsinə xidmət etmişdir”, Mingəçevir Tibb Kollecinin ictimai elmlər üzrə müəllmi Afaq Cəfərova “Azərbaycanın müasir zəfərləri Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik ənənələrinin nəticələridir” məruzələri ilə çıxış etmişlər.
Lazım QULİYEV,
“Azərbaycan”
Gürcüstanlı jurnalist: Qarabağda görülən işlər Azərbaycandakı sağlam iqtisadi və siyasi vəziyyətdən xəbər verir
Misli Premyer Liqası: "Neftçi" ilk qələbəsini qazanıb
Alimlər kağızdan daha tez parçalanan plastik hazırlayıblar
İraqın şimalında 11 kürd terrorçusu zərərsizləşdirilib
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
Afrikada bütöv bir ölkə işıqsız qalıb
Gürcüstan azərbaycanlılarının ikinci qrupu Xankəndi şəhərinə gəlib
Kahramanmaraşda 4,4 maqnitudalı zəlzələ olub
“Azərbaycanın yüksəlişi” intellektual yarışı keçirilib
Xəzəryanı ölkələrin idman nazirliklərinin qarşılıqlı fəaliyyət perspektivləri müzakirə olunub
Bakıda COP29-la bağlı nəqliyyatın idarə edilməsi üzrə gündüz monitorinqləri yekunlaşıb
Heydər Əliyev Su Anbarı üzərindəki SES-in istehsalı artırılacaq
Aksiyanın ilk günündə 400 eldar şamı əkildi
Bakıda yeni növ dayanacaq pavilyonları quraşdırılır
Mingəçevir də yaşıllaşır
Çinin hədəfi NASA-ya rəqib olmaqdır
Qaraciyər toxumasını inkişaf etdirən cihaz kəşf edilib
Uçan avtomobil təqdim edilib
“Netflix” satışlarını 9,8 milyarda çatdırdı
Tokioda hakim partiyanın qərargahına 5 ədəd “Molotov kokteyli” atılıb
Mingəçevirlilər Müstəqilliyin Bərpası gününü qeyd etmişlər
Gözlərindəki tiri görməyənlər11 Oktyabr 2024
Tarixi əməkdaşlıq və müttəfiqlik10 Oktyabr 2024
İlham ƏLİYEV: "Artıq status-kvo deyilən məsələ və təmas xətti yoxdur"09 Oktyabr 2024
Milli Məclisdən ABŞ-yə etiraz09 Oktyabr 2024
Moskvada MDB Dövlət Başçıları Şurasının iclası keçirilib Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-408 Oktyabr 2024
Həqiqətlər və oyunbazlıqlar08 Oktyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!