20 Oktyabr 2024 08:40
158
İQTİSADİYYAT
A- A+
ARDNF yanvar-sentyabr ayları üzrə gəlir və xərclərini açıqlayıb

ARDNF yanvar-sentyabr ayları üzrə gəlir və xərclərini açıqlayıb



Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2024-cü il sentyabr ayının 30-na fondun aktivləri  bu ilin əvvəlinə (56  milyard  69,7 milyon dollar) nisbətən 10 faiz artaraq 61 milyard 697,6 milyon  dolları təşkil etmişdir.

Bu ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin büdcə gəlirləri 15 milyard 4 milyon manat, büdcə xərcləri isə 9 milyard 634,5 milyon manat olmuşdur.

Bu dövrdə ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 9 milyard 424,1 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 8 milyard 641,8 milyon manat, bonus ödənişləri 778,2 milyon manat, tranzit gəlirləri 0,5 milyon manat, akrhesabı ödənişləri 3,6 milyon manat təşkil etmişdir. Fondun vəsaitlərinin idarə olunmasından əldə edilən investisiya gəliri 5  milyard  579,9 milyon manat olmuşdur.

Hesabat dövrü ərzində ARDNF-nin 2024-cü il büdcəsinin icrası çərçivəsində 9 milyard 585,8 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. Cari  ilin yanvar-sentyabr aylarında "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın maliyyələşməsinə 18 milyon manat, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı"nın maliyyələşməsinə isə 10,8 milyon manat yönəldilmişdir. Sözügedən dövrdə ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 19,9 milyon manat təşkil etmişdir. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri hesabat dövrü üzrə 4  milyard  197,6 milyon manat olmuşdur.

Fondun aktivlərinin idarə edilməsindən əldə edilən gəlirlərdə əsas töhfə səhm investisiyalarının payına düşür. İnflyasiyanın sabitləşməsi və iqtisadi artımın dayanıqlı olması fonunda dünyanın aparıcı iqtisadiyyatlarının mərkəzi bankları uçot dərəcələrini aşağı salaraq yumşaq monetar siyasətə doğru keçid etmişlər. Bu siyasət dəyişikliyi sabit gəlirli qiymətli kağızların dəyərinin artmasına və gəlirliliyin yüksəlməsinə səbəb olmuşdur. Yüksək borclanma xərclərinin iqtisadiyyata təzyiqinin azalması ehtimalları investorların davranışına müsbət təsir göstərmişdir ki, bu da öz növbəsində səhm bazarında canlanma ilə nəticələnmiş və əsas səhm indekslərində artımlar müşahidə edilmişdir. Bu, xüsusilə texnologiya və istehlak malları kimi sektorlar üçün faydalı olmuşdur.


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident Zəngilanın azad olunmasının ildönümü ilə bağlı paylaşım edib

13:04
20 Oktyabr

Fransa borc içində batır

09:10
20 Oktyabr

Ömrümüzdən keçən yollar...

09:05
20 Oktyabr

Milli memarlığımızın nadir nümunəsi

09:00
20 Oktyabr

Şəhadətindən 54 gün sonra torpağa tapşırıldı

08:55
20 Oktyabr

Xatirələrdə yaşayan cəsur kəşfiyyatçı

08:50
20 Oktyabr

Xarici ticarətin coğrafiyası genişlənir, çeşidi artır

08:45
20 Oktyabr

ARDNF yanvar-sentyabr ayları üzrə gəlir və xərclərini açıqlayıb

08:40
20 Oktyabr

Erməni işğalçılarının qoyub getdikləri "mina tarlası"nda azərbaycanlı energetiklər günəş-elektrik stansiyası inşa edirlər

08:35
20 Oktyabr

Qəhrəmanlıq salnaməsinin Zəngilan səhifəsi

08:30
20 Oktyabr

İlham ƏLİYEV: "Zəngilan şəhəri işğaldan azad edilib"

08:25
20 Oktyabr

Bərpadan sonra Zəngilan cənnətə dönəcək

08:20
20 Oktyabr

Paşinyanın komandası parçalanır

08:15
20 Oktyabr

Azərbaycan-Gürcüstan münasibətləri Cənubi Qafqazı cəlbedici regiona çevirib

08:10
20 Oktyabr

Azərbaycanı milli hədəflərə çatdıran Lider

08:05
20 Oktyabr

COP29-a hazırlıq yekun mərhələsinə qədəm qoyur

08:00
20 Oktyabr

Gürcüstanlı jurnalist: Qarabağda görülən işlər Azərbaycandakı sağlam iqtisadi və siyasi vəziyyətdən xəbər verir

22:16
19 Oktyabr

Misli Premyer Liqası: "Neftçi" ilk qələbəsini qazanıb

21:29
19 Oktyabr

Alimlər kağızdan daha tez parçalanan plastik hazırlayıblar 

20:42
19 Oktyabr

 İraqın şimalında 11 kürd terrorçusu zərərsizləşdirilib

19:38
19 Oktyabr

Amerikalı üzgüçü dünya rekordunu yeniləyib

19:07
19 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!