20 Oktyabr 2024 08:55
176
CƏMİYYƏT
A- A+
Şəhadətindən 54 gün sonra torpağa tapşırıldı

Şəhadətindən 54 gün sonra torpağa tapşırıldı


Vətən uğrunda canlarını quban verənlərə ən böyük ehtiram onların unudulmamaları, daim xaırlanmaları, şücaətlərinin təbliğ olunaraq gənc nəsillərə çatdırılmasıdır. Haqq savaşımızın dördüncü ildönümündə Suraxanı rayonunda yerləşən Şəhidlər xiyabanında da bir izdiham vardı. 

Xətai rayon ictimaiyyətinin nümayəndələri, icra hakimiyyətinin əməkdaşları, qazilər və şəhid ailələrinin üzvləri, Müdafiə Sənayesi Nazirliyi Elmi-Tədqiqat İnstitutunun, 5 saylı Peşə Təhsili Mərkəzinin kollektivləri, şəhidin doğmaları, dostları, cəbhə yoldaşları igid döyüşçü Vüsal Tofiq oğlu Rzayevin əziz xatirəsini anmaq üçün onun müqəddəs məzarının başına toplaşmışdılar. Rayon icra hakimiyyətinin başçısı Rafiq Quliyev, Milli Məclisin deputatı Vüqar Rəhimzadə və digər çıxış edənlər ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin bərpa olunmasında Azərbaycan gənclərinin rolundan, Qarabağda, Şərqi Zəngəzurda həyata keçirilən tikinti-quruculuq işlərindən söhbət açdılar, şəhid Vüsalın şərəfli ömür və döyüş yoluna nəzər saldılar. Şəhidin atası Tofiq Rzayev övladının və digər şəhidlərin Vətən qarşısındakı xidmətlərini yüksək qiymətləndirən dövlətə, xalqa, şəxsən Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. 

Xatırladaq ki, Vüsal Rzayev 1996-cı il aprelin 14-də Şabran rayonunda dünyaya göz açıb. Sonradan Rzayevlər ailəsi paytaxta köçüb. Vüsal 2003-cü ildə 5 nömrəli liseydə ibtidai təhsilə başlayıb. Orta məktəb illərində dərsləri ilə yanaşı, idmana da maraq göstərib, güləşlə məşğul olub. 2015-ci ildə Bakı Peşə Liseyini bitirib. Bundan sonra həqiqi hərbi xidmətə çağrılıb. Təlimdə çevikliyinə, fiziki göstəricilərinə görə fərqlənib, baş atıcı vəzifəsində peşəkarlığı, nizam-intizamı ilə seçilib, verilən tapşırıqları vaxtında, dəqiq yerinə yetirib. Ən yüksək mövqe sayılan Koroğlu postunda erməni kəşfiyyatçıların yaxalanıb zərərsizləşdirilməsi məhz onun ayıq-sayıqlığı sayəsində baş tutub. Fəal döyüş qabiliyyətinə görə komandanlığın təşəkkürnamələri və fəxri fərmanı ilə təltiflənib. 2017-ci ilin yanvarına qədərki həmin ilyarımlıq zaman kəsiyi, xüsusən də müzəffər Aprel döyüşlərində iştirakı Vətənə məhəbbət, düşmənə nifrət hissləri daşıyan Vüsalın dünyagörüşündə yeni səhifə açıb, Lələtəpə, Cocuq Mərcanlı və digər strateji məkanların azadlığı sevincini yaşayıb, son və qəti hücuma daha da artan inamla həqiqi hərbi xidmətini Murovda başa vurub.   

Vüsal 2020-ci ilin sentyabrında Vətən müharibəsinə könüllü qatılaraq, Füzulinin Kürdmahmudlu kəndində rəşadət göstərib, bir neçə yaşayış məntəqəsini düşmən caynağından xilas edib. Oktyabrın 1-2-də Seyidəhmədli, Alxanlı, Qaraxanbəyli kəndləri istiqamətində qəhrəmanlıqla döyüşüb. Aşağı Seyidəhmədlidəki Betonluq deyilən ərazidə erməni postunun üzərinə hücum zamanı şəhidlik məqamına yüksəlib. Dekabrın 10-da - şəhadətindən 54 gün sonra müqəddəs nəşi tapılaraq dəfn olunub. 

Vüsal Rzayevin Vətən qarşısındakı xidmətləri dövlətimiz tərəfindən də layiqincə qiymətləndirilib. O, ərazi bütövlüyümüzün təmini uğrunda döyüş əməliyyatlarında iştirakı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltiflənib.

Vüsalın və digər şəhidlərimizin ən böyük mükafatı isə təbii ki, canları, qanları bahasına düşmən tapdağından qurtulan, azad nəfəs alan, ölkə rəhbərinin qayğısı ilə dirçəldilən, yenidən qurulan Vətən torpaqlarıdır.


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident Zəngilanın azad olunmasının ildönümü ilə bağlı paylaşım edib

13:04
20 Oktyabr

Fransa borc içində batır

09:10
20 Oktyabr

Ömrümüzdən keçən yollar...

09:05
20 Oktyabr

Milli memarlığımızın nadir nümunəsi

09:00
20 Oktyabr

Şəhadətindən 54 gün sonra torpağa tapşırıldı

08:55
20 Oktyabr

Xatirələrdə yaşayan cəsur kəşfiyyatçı

08:50
20 Oktyabr

Xarici ticarətin coğrafiyası genişlənir, çeşidi artır

08:45
20 Oktyabr

ARDNF yanvar-sentyabr ayları üzrə gəlir və xərclərini açıqlayıb

08:40
20 Oktyabr

Erməni işğalçılarının qoyub getdikləri "mina tarlası"nda azərbaycanlı energetiklər günəş-elektrik stansiyası inşa edirlər

08:35
20 Oktyabr

Qəhrəmanlıq salnaməsinin Zəngilan səhifəsi

08:30
20 Oktyabr

İlham ƏLİYEV: "Zəngilan şəhəri işğaldan azad edilib"

08:25
20 Oktyabr

Bərpadan sonra Zəngilan cənnətə dönəcək

08:20
20 Oktyabr

Paşinyanın komandası parçalanır

08:15
20 Oktyabr

Azərbaycan-Gürcüstan münasibətləri Cənubi Qafqazı cəlbedici regiona çevirib

08:10
20 Oktyabr

Azərbaycanı milli hədəflərə çatdıran Lider

08:05
20 Oktyabr

COP29-a hazırlıq yekun mərhələsinə qədəm qoyur

08:00
20 Oktyabr

Gürcüstanlı jurnalist: Qarabağda görülən işlər Azərbaycandakı sağlam iqtisadi və siyasi vəziyyətdən xəbər verir

22:16
19 Oktyabr

Misli Premyer Liqası: "Neftçi" ilk qələbəsini qazanıb

21:29
19 Oktyabr

Alimlər kağızdan daha tez parçalanan plastik hazırlayıblar 

20:42
19 Oktyabr

 İraqın şimalında 11 kürd terrorçusu zərərsizləşdirilib

19:38
19 Oktyabr

Amerikalı üzgüçü dünya rekordunu yeniləyib

19:07
19 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!