19 Oktyabr 2024 09:30
410
Mədəniyyət
A- A+
Şəkidə Dadanovların mülkü

Şəkidə Dadanovların mülkü


Bura ənənəvi memarlığın gözəl nümunəsi olmaqla yanaşı, bölgə turizminə də mühüm töhfələr verir 


Şəki "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğu ərazisində yerləşən və dövlət tərəfindən qeydiyyata alınmış yaşayış evlərinin əksəriyyəti şəhərin tanınmış ailələrinə və sənayeləşmə dövrünün sahibkarlarına məxsus olub.

XIX əsrin sonu XX əsrin əvvəllərində Dadanovlar ailəsi Şəkidə tütün istehsalı və ticarəti ilə məşğul idilər. Həsən Dadanovun oğullarından biri Məşədi Xəlil Dadanov Şəkinin xeyriyyəçi sahibkarlarından Məmməd Sadıq Əliyevin qızı Tükəzban xanımla ailə qurduqdan sonra ticarət əlaqələrini daha da genişləndirmişdi. Bölgənin bir çox imkanlı ailələri kimi Dadanovlar da əldə etdikləri gəlirlə məhz bu tarixi şəhərə sərmayə qoymuş, yan-yana beş bina - yaşayış evləri, ticarət kontoru və sairə inşa etmişlər. Dadanovlara məxsus beş ayrıca tikili Şəkinin M.F.Axundzadə prospektində karvansaralardan qala divarlarına doğru qalxan yolda öz memarlıq quruluşu ilə diqqəti çəkir. Ənənəvi Şəki memarlığına uyğun inşa olunmuş, "Dadanovların evi" kimi tanınan mülkdə hər binanın özünəməxsus görkəmi ümumi kompleksin zənginliyinə mühüm təsir göstərir, xüsusi bir ahəng yaradır. 

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi Şəki "Yuxarı Baş" Milli Tarix Memarlıq Qoruğunun əməkdaşları Zəminə Rəsulova və Sehran Məmmədovla söhbətimizdə bildirdilər ki, XIX əsrdə sənayeləşmə və iqtisadi inkişaf Şəkinin memarlığında da yüksəlişə səbəb olmuş, nəticədə ənənəvi memarlıq ünsürlərini özündə qorumaqla dövrün yeniliklərindən təsirlənmiş iki, bəzən üçmərtəbəli yeni tipli binalar meydana gəlmişdir. Nisbətən qiymətli sayılan qırmızı bişmiş kərpic memarlıqda inşaat materialı olmaqla yanaşı, dekorativ elementə çevrilmiş, tikililərin fasad hissəsində müxtəlif kompozisiyaların yaradılmasına rəvac vermişdi: "XIX əsrin sonu XX əsrin əvvəllərində Şəkidə şəhərtipli hasarsız, birbaşa küçəyə açılan yaşayış evləri meydana çıxdı. Bunun nəticəsi olaraq artıq binaların yalnızca bir tərəfinə deyil, küçəyə baxan bütün tərəflərinə əsas fasad kimi yanaşılırdı. Şəkidə fasadlar cəmiyyətin estetik zövqünün formalaşmasında mühüm rol oynamış, bir-birindən yaraşıqlı binaların inşasına səbəb olmuşdur. XIX əsrin sonu XX əsrin əvvəllərində Şəkidə tütün istehsalı ilə məşğul olan ailənin yaşayış və ticarət fəaliyyəti üçün ayrıca binalardan təşkil edilmiş mülk təqribən 6500 kvadratmetr ərazidə yerləşir. Binalardan dördü M.F.Axundzadə prospektinin şərq, biri isə qərb tərəfində inşa edilib.  XX əsrin əvvəllərində tikilmiş mülkün memarı Rza Qafarovdur". 

Hazırda  Şəki şəhər İnteqrasiya təlimli internattipli gimnaziya kimi fəaliyyət göstərən mülk ümumilikdə 39 otaqdan ibarətdir. Binalar çaydaşı və kərpiclə inşa olunmuş, damı rənglənmiş qara dəmirlə örtülmüşdür. "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 noyabr 2021-ci il tarixli qərarına əsasən, mülkə aid beş binanın hər biri yerli əhəmiyyətli abidə kimi dövlət tərəfindən qeydiyyata alınmışdır. 

S.Məmmədov dedi: "Bir-nömrəli tikilinin ümumi sahəsi 609 kvadratmetr olub 10 otaqdan ibarətdir. Dövlət tərəfindən qorunur. Binanın ümumi görkəminə Şəki memarlığına xas sütunlu eyvanlar əlavə yaraşıq verir. Hər üç mərtəbədə pəncərə açırımlarının daş və kərpic kombinasiyasından yaradılmış dekorativ elementləri fasadın özünəməxsus görkəmini formalaşdırmışdır. Fasad həllində pəncərə haşiyələri və pəncərələrarası doldurucu elementlər ümumilikdə müəyyən bir kompozisiya yaradır".

Z.Rəsulova isə söhbət zamanı bildirdi: "Mülkə daxil olan 2 nömrəli evin sahəsi 218 kvadratmetrdir, üç otaqdan ibarətdir. Fasad həllində rus memarlığının təsiri hiss olunur. Ümumi sahəsi 763 kvadratmetr olan üçüncü bina üçmərtəbəlidir və on iki otağı var. Binanın fasadının iki tərəfdən küçəyə baxması, üçüncü tərəfinin isə küçədən aydın görünməsi səbəbilə kompozisiyasına xüsusi diqqət yetirilmişdir. Mülkə aid dördüncü binadan vaxtilə tütün-maxorka fabriki kimi istifadə olunub. Digər binalarla oxşar fasad elementləri və eyvanı var. Beşinci bina isə mülkün ən sadə binasıdır. Buna baxmayaraq, onun da pəncərə aşırımlarında Şəki memarlığına məxsus ünsürlərə yer verilib".

Sehran müəllim vurğulayır ki, zamanla aparılan bərpa işləri tarixi binaların görkəminə ciddi zərər verməmiş, ümumi fasad kompozisiyası günümüzə qədər qorunub saxlanılmışdır. Aparılan araşdırmalar zamanı müəyyən olunub ki, tarix boyu osmanlı, Qacar, rus memarlığının təsirinə məruz qalan Şəki öz ənənəvi xalq memarlığını formalaşdıra bilib və müəyyən bir üslub yaradılıb. Maddi-mədəni irsimizin bir parçası olan bu mülkün mühafizəsi və gələcək nəsillərə ötürülməsi olduqca vacibdir. Dadanovlar mülkünün qorunub saxlanılması Şəkinin dayanıqlı turizm potensialına töhfə olmaqla yanaşı, ənənəvi memarlığın da yaşadılması deməkdir.


Qurban MƏMMƏDOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa çempionatı: Azərbaycan boksçusu gümüş medal qazanıb

18:33
20 Oktyabr

“Azərişıq” ASC-dən genişmiqyaslı ağacəkmə aksiyası

17:47
20 Oktyabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

16:59
20 Oktyabr

Azərbaycanın mədəni irsi Berlində təşkil edilən “Nəsrəddin - ailə festivalı”nda təbliğ olunub

16:43
20 Oktyabr

Gürcüstan azərbaycanlılarının ikinci qrupu Şuşa və Ağdama səfər edib

16:20
20 Oktyabr

Mask Harrisin prezident seçiləcəyi təqdirdə, ABŞ-də sərt senzuranın tətbiq olunacağını iddia edib

16:15
20 Oktyabr

Göygöldə kros qaçışı üzrə ölkə çempionatı keçirilib

16:08
20 Oktyabr

MN: Seyfəli poliqonunda istismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək  

15:24
20 Oktyabr

Samuxda zəlzələ olub

15:04
20 Oktyabr

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edəcək

14:33
20 Oktyabr

Prezident Zəngilanın azad olunmasının ildönümü ilə bağlı paylaşım edib

13:04
20 Oktyabr

Şuşada 32 ildən sonra ilk körpə dünyaya gəlib

13:01
20 Oktyabr

Ağalı kəndinə köçürülən sakinlərdən 300-dən çoxunun məşğulluğu təmin edilib

12:59
20 Oktyabr

Kəlbəcərə və Laçına qar yağıb

11:42
20 Oktyabr

Energetiklər Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

11:21
20 Oktyabr

Xınalığa ilk qar yağıb 

11:03
20 Oktyabr

Dermatoloq: Saç tökülməsi qadınların psixi sağlamlığına mənfi təsir göstərir

10:53
20 Oktyabr

Faktiki hava: Bir sıra rayonlara intensiv yağış və qar yağıb

10:47
20 Oktyabr

COP29-la bağlı nəqliyyatın idarə edilməsi üzrə gecə monitorinqləri başa çatıb

10:28
20 Oktyabr

Süni intellektin tətbiqi xərçəngin aşkarlanmasını tezləşdirə bilər

10:09
20 Oktyabr

Gürcüstan azərbaycanlısı: Qarabağa gəlmək sözün əsl mənasında ziyarətə bərabərdir

09:57
20 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!