20 Oktyabr 2024 09:57
573
CƏMİYYƏT
A- A+
Gürcüstan azərbaycanlısı: Qarabağa gəlmək sözün əsl mənasında ziyarətə bərabərdir

Gürcüstan azərbaycanlısı: Qarabağa gəlmək sözün əsl mənasında ziyarətə bərabərdir

“Azərbaycanın dilbər guşəsi Qarabağa olan səfər üçün dəvət aldığımda çox sevindim, həyəcanımın həddi hüdudu olmadı”.

AZƏRTAC-ın bölgə müxbirinə bu sözləri Qarabağa səfər edən Gürcüstan azərbaycanlısı Lətif Əhmədov söyləyib. "Birinci Qarabağ müharibəsi zamanı erməni işğalı nəticəsində azərbaycanlıların öz doğma yurdlarından məcburi köçkün düşməsi bizim ürəyimizdə bir dağ olaraq qalmışdı. Lakin İkinci Qarabağ müharibəsində haqq-ədalət öz yerini tapdı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu öz torpaqlarını azad etdi. Bunun sayəsində biz Qarabağı ziyarətə gəlmişik. Evdən çıxanda məndən hara getdiyimi soruşduqlarında Məkkə və Mədinəyə bərabər olan Qarabağımızı ziyarətə gedirəm deyə cavab verdim".

Lətif Əhmədov Qarabağa gəlməyi sözün əsl mənasında ziyarətə bərabər olduğunu bildirir. "Bu günləri bizlərə bəxş edən Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Ordusuna minnətdarıq, Tanrıdan şəhidlərimizə rəhmət diləyir, qazilərimizə şəfa arzu edirik. Təkcə Gürcüstanda yaşayan azərbaycanlıların deyil, indi bütün dünya azərbaycanlıların başı ucadır" - deyə o, əlavə edib.

Qeyd edək ki, Gürcüstan azərbaycanlıların işğaldan azad edilən ərazilərə üç qrup olmaqla altı günlük səfəri nəzərdə tutulub. İlk qrupun səfəri başa çatıb, qrup üzvləri Şuşa, Xankəndi və Ağdamda olublar. İkinci qrupun səfəri 19 oktyabrdan start götürüb və qrupun ilk səfəri Xankəndidən başlayıb. Qrup üzvləri daha sonra Şuşa və Ağdama baş çəkəcəklər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sandu Moldovada keçirilən prezident seçkilərində liderdir

00:27
21 Oktyabr

Misli Premyer Liqası: “Sabah” və “Zirə” heç-heçə edib, “Turan Tovuz” qalib gəlib

22:31
20 Oktyabr

Azərbaycanın boks millisi Avropa çempionatını 4 medalla başa vurub

21:29
20 Oktyabr

Bakı Avropa Liseyinin “Yaşıl dalğa” hərəkatının VI aksiyası COP29-a həsr olunub

21:07
20 Oktyabr

Azərbaycanın daha bir boksçusu Avropa çempionatında gümüş medal qazanıb

20:37
20 Oktyabr

Gürcü ekspert: Qərb dövlətlərində Gürcüstanın daxili işlərinə maraq həddindən artıq çoxdur

20:24
20 Oktyabr

Avropa çempionatı: Azərbaycan boksçusu gümüş medal qazanıb

18:33
20 Oktyabr

“Azərişıq” ASC-dən genişmiqyaslı ağacəkmə aksiyası

17:47
20 Oktyabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

16:59
20 Oktyabr

Azərbaycanın mədəni irsi Berlində təşkil edilən “Nəsrəddin - ailə festivalı”nda təbliğ olunub

16:43
20 Oktyabr

Gürcüstan azərbaycanlılarının ikinci qrupu Şuşa və Ağdama səfər edib

16:20
20 Oktyabr

Mask Harrisin prezident seçiləcəyi təqdirdə, ABŞ-də sərt senzuranın tətbiq olunacağını iddia edib

16:15
20 Oktyabr

Göygöldə kros qaçışı üzrə ölkə çempionatı keçirilib

16:08
20 Oktyabr

MN: Seyfəli poliqonunda istismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək  

15:24
20 Oktyabr

Samuxda zəlzələ olub

15:04
20 Oktyabr

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edəcək

14:33
20 Oktyabr

Prezident Zəngilanın azad olunmasının ildönümü ilə bağlı paylaşım edib

13:04
20 Oktyabr

Şuşada 32 ildən sonra ilk körpə dünyaya gəlib

13:01
20 Oktyabr

Ağalı kəndinə köçürülən sakinlərdən 300-dən çoxunun məşğulluğu təmin edilib

12:59
20 Oktyabr

Kəlbəcərə və Laçına qar yağıb

11:42
20 Oktyabr

Energetiklər Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

11:21
20 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!