28 Yanvar 2025 19:17
290
CƏMİYYƏT
A- A+
BAMF-ın Himayəçilik Şurasının illik hesabatı dinlənilib

BAMF-ın Himayəçilik Şurasının illik hesabatı dinlənilib


Yanvarın 28-də Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Himayəçilik Şurasının cari ildə ilk iclası keçirilib.

BAMF-dan AZƏRTAC-a bildirilib ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev təqdimatla çıxış edərək təşkilatın ötən il üzrə yekun hesabatını Himayəçilik Şurasının diqqətinə çatdırıb. O, 2024-cü ilin əvvəlində qarşıya qoyulan hədəflər üzrə fəaliyyətlərin uğurla icra olunduğunu, təşkilatın regionda və beynəlxalq miqyasda həyata keçirdiyi mühüm layihələrin nəticələrini və qazanılan uğurlu tərəfdaşlıqları qeyd edib: “2024-cü il BAMF üçün əlamətdar nailiyyətlərlə yadda qalan bir il olub. Təşkilatımız bu müddət ərzində media və vətəndaş cəmiyyətinin inkişafı, mina aksiyası, dayanıqlı inkişaf məqsədləri və sosial istiqamətlərdə həm yerli, həm də beynəlxalq səviyyədə mühüm fəaliyyətlər həyata keçirib. BAMF olaraq insan hüquqlarının qorunması, sülhməramlı təşəbbüslərin dəstəklənməsi və cəmiyyətlərin hərtərəfli inkişafı üçün bu il də öz töhfəmizi verməyə çalışmışıq”.

Hesabatda BAMF-ın ötən il keçirilən növbədənkənar prezident seçkilərində müşahidəçilik missiyası, ənənəvi olaraq çoxsaylı yerli və xarici jurnalistlərin, diplomatların Qarabağa səfərlərinin təşkili, qadın minaaxtaran komandalarının uğurlu fəaliyyətinin nəticələri, onların işıqlandırılmasında Bakı Media Mərkəzi və digər media qurumları ilə olan əməkdaşlıqlar, Azərbaycanda keçirilən beynəlxalq konfranslarda, tədbirlərdə, o cümlədən COP29-da iştirakçılıq, BMT-nin Cenevrə ofisində yan tədbirin təşkili, “Sülhün Kökləri” təşkilatının rəhbəri və qurucusu Heidi Kuhn, Banqladeş hökumətinin rəhbəri professor Məhəmməd Yunus, BMT-nin QHT bölməsinin rəhbəri Vuk Çin Çanq kimi önəmli şəxslərin səfərləri, 25 ilə yaxındır fəaliyyət göstərən BAMF-ın İcma Mina Aksiyası komandasının statistikası və digər əsas fəaliyyətlər öz əksini tapıb. Təqdimatda, həmçinin BAMF-ın Tərtər regionunda qadın minaaxtaran komandaları üçün inşa etdirdiyi yeni Peşə Tədris Mərkəzinin fotoları da nümayiş etdirilib.

İcra olunan fəaliyyətlər və əldə olunan nəticələr barədə danışan Himayəçilik Şurasının sədri Çingiz Abdullayev hesabatın kifayət qədər zəngin olduğunu vurğulayaraq görülən işləri çox yüksək qiymətləndirib. Şura üzvləri Əflatun Amaşov, Rəşad Məcid və Vaqif Bəhmənli də öz növbələrində BAMF-ın fəaliyyətini təqdirəlayiq hesab etdiklərini bildiriblər.

İllik hesabat dinlənildikdən sonra BAMF-ın 2025-ci il üzrə fəaliyyət istiqamətlərinə uyğun qarşıya qoyulacaq hədəfləri və gələcək fəaliyyət planı müzakirə olunub. Müzakirələr zamanı BAMF-ın beynəlxalq “think tank” analitik düşüncə platformasının yaradılması, milli mətbuatın 150 illik yubileyi ilə əlaqədar mümkün fəaliyyətlərin icrası, COP30-da iştirakı, təmsilçilik imkanları və sair digər mühüm məsələlər ətrafında danışıqlar aparılıb.

Qeyd edək ki, yekun hesabat yaxın günlərdə ictimaiyyətlə paylaşılacaq və BAMF-ın rəsmi saytında yayımlanacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

SOCAR Qazaxıstandan hasil edilən xam neftin tranzitinə başlayır  

10:33
30 Yanvar

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib  

10:28
30 Yanvar

Bu gün Azərbaycanda gömrük əməkdaşları peşə bayramını qeyd edir  

10:23
30 Yanvar

Azərbaycan nefti bahalaşıb  

10:18
30 Yanvar

Şalva Papuaşvili: Ədalətli münasibət olmasa, Gürcüstan AŞPA-da iştirak etməyəcək  

10:13
30 Yanvar

Tramp qanunsuz miqrantlar üçün “Quantanamo” həbsxanasında 30 min nəfərlik mərkəz yaradır  

10:08
30 Yanvar

Dünyanın ən varlı adamlarının sərvəti son sutkada on milyardlarla dollar azalıb  

10:01
30 Yanvar

Özbəkistan XİN rəhbəri: Daşkənd Bakı və Ankara ilə strateji əlaqələrin daha da möhkəmləndirilməsinin tərəfdarıdır  

09:56
30 Yanvar

Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərinin ilkin nəticələrini açıqlayıb  

09:51
30 Yanvar

Türkiyə, Azərbaycan və Özbəkistan arasında imzalanan Ankara Bəyannaməsinin mətni açıqlanıb  

09:46
30 Yanvar

MSK-nın sədri: Seçkilərin nəticələri olaraq 413 bələdiyyə tam formalaşıb

09:41
30 Yanvar

Məzahir Pənahov: Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya heç bir müraciət daxil olmayıb  

09:36
30 Yanvar

Gürcüstan parlament nümayəndə heyəti AŞPA-dakı fəaliyyətini dayandırıb  

09:31
30 Yanvar

Tofiq Bəhramovun xatirəsi yad olunub

09:25
30 Yanvar

Bakı dünyanın ən gözəl şəhərlərindən biridir

09:20
30 Yanvar

"Kaşaqan" neftinin də Avropaya yolu tezliklə BTC-dən keçəcək

09:15
30 Yanvar

AİŞ-in missiyası həm də dayanıqlı infrastruktur yaratmaqdır

09:10
30 Yanvar

Azərbaycan dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqində mühüm rol oynayır

09:05
30 Yanvar

Son 20 ildə Azərbaycanın nəqliyyat infrastrukturu kökündən dəyişib

09:00
30 Yanvar

Veb-kameralar şəffaflığı təmin edir

08:55
30 Yanvar

"Bələdiyyə qapısı mənim üçün bir ümid yeridir"

08:50
30 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!