30 Yanvar 2025 08:50
264
CƏMİYYƏT
A- A+
"Bələdiyyə qapısı mənim üçün bir ümid yeridir"

"Bələdiyyə qapısı mənim üçün bir ümid yeridir"


Bu, bələdiyyə üzvlüyünə namizədə evində səs verən sakinin sözləridir 


Bütün seçkilərdə  olduğu kimi, Qaraçuxur sakinləri dünən keçirilən  bələdiyyə seçkisində də fəallıq nümayiş etdirdilər. 31 saylı Suraxanı II Seçki Dairəsində 32 nəfər bələdiyyə üzvlüyünə namizəd qeydə alınmışdı.  

Qeyd edək ki, yerli özünüidarə qurumu olan bələdiyyələrin bütövlükdə ölkənin sosial-iqtisadi inkişafında müəyyən payı var. Ona görə də bələdiyyələr  mövcud şəraiti düzgün  qiymətləndirərək ərazidə yaşayan əhalinin sosial rifah halının yaxşılaşdırılması üçün öz imkanlarından maksimum istifadə etməlidirlər.

Biz dairənin 5 saylı seçki məntəqəsində olarkən sakinlərin fəal səs vermələrinə şahidlik etdik. Bəri başdan bildirək ki, seçkilərdə heç bir qanun pozuntusu faktı qeydə alınmadı. Çünki məntəqədə seçicilərə öz seçimlərini sərbəst və tam şəkildə bildirmək imkanı yaradılmışdı. Müşahidəçilərə seçki prosesini yaxından izləmək  imkanı verilmişdi. 

Əslində, məqsədimiz evdə səs verən seçicilərlə görüşmək, onların  səsvermə prosesində iştirak etmək idi. Məntəqə sədri Aygün Allahverdiyeva dedi ki, bu ərazidə  yalnız bir nəfər var ki, o, məntəqəyə gəlib səsvermədə iştirak edə bilmir. Əlil arabasına məhkum olmuş Əli Kazımovun səs verməsi üçün  hər zaman şərait yaradılır. 

Məntəqənin iki nəfər nümayəndəsi ilə birlikdə Əli Kazımovun evinə yollandıq. O,  istədiyi namizədin adını daşınan seçki qutusuna salıb dedi ki, bir Azərbaycan vətəndaşı olaraq bələdiyyə seçkisində iştirak etməyi özünə borc bilir: "Ona görə də  hələ bir həftə əvvəl məntəqəyə ərizə ilə müraciət etdim. Sağ olsunlar, müraciətimə etinasız yanaşmadılar. Son illər ölkədə keçirilən seçkilərdə bu cür iştirak edirəm. Bu da məni təbii ki, qəlbən ağrıdır. Amma bədbin də deyiləm. Yeri gəlmişkən, deyim ki, bizim Qaraçuxur bələdiyyəsi vətəndaşların tələb, təklif və arzularının, şikayətlərinin operativ həllinə çalışır. Şəxsən mən hansısa bir problemimin həll olunması üçün etdiyim müraciətlərin cavabsız qaldığını görməmişəm. İndi də, əvvəllər də səs verib seçdiyim bələdiyyə üzvlərinin təmizlik, abadlıq-quruculuq işlərinin yerinə yetirilməsində canla-başla iştirak etmələri məni sevindirib. Bilirsinizmi, şəhid ailələrinin, müharibə veteranlarının, qocaların, imkansızların ümidlə açdıqları bələdiyyə qapısından gülərüzlə ayrılmaları necə xoş hissdir?! Ona görə də, nə olur-olsun, bələdiyyə seçkisində iştirak etməliydim".


Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

XX əsr qəzəlimizin Vahidi

09:00
19 Fevral

QƏZƏLLƏR

08:55
19 Fevral

"Xankəndi" iş başında

08:50
19 Fevral

Dövlət növbəti dəfə sahibkara sahib çıxdı

08:45
19 Fevral

Azərbaycan İlahiyyat İnstitutunun tələbələri təhsillərini Türkiyədə davam etdirəcəklər

08:40
19 Fevral

Türkiyədə Xocalı soyqırımına həsr olunmuş konfrans keçirilib

08:35
19 Fevral

ABŞ-nin Mayami-Deyd dairəsində 26 fevral tarixi Xocalının Anım Günü elan edilib

08:30
19 Fevral

İşğaldan azad olunmuş ərazilərimiz geniş tikinti meydanına çevrilib

08:25
19 Fevral

Fransa tarixi haqsızlıq qarşısında utanmalıdır

08:20
19 Fevral

Ermənistan militarizasiya siyasəti həyata keçirir

08:15
19 Fevral

Belə bir məhkəmə bir gün Koçaryan üçün də qurulacaq

08:10
19 Fevral

Avropa Parlamentinin qərəz dolu Cənubi Qafqaz siyasəti

08:05
19 Fevral

Azərbaycan-Çin strateji tərəfdaşlığı - Avrasiyada iqtisadi sabitliyə və inkişafa xidmət edən əməkdaşlıq 

08:00
19 Fevral

Diplomatik xidmət haqqında 

02:14
19 Fevral

"Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 109-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

02:13
19 Fevral

Qazaxıstan Energetika Nazirliyi Xəzər Boru Kəməri Konsorsiumun obyektinə hücumla bağlı məsələyə aydınlıq gətirib  

22:59
18 Fevral

Bakıda NATO-nun mobil təlim qrupunun kursu keçirilir

22:58
18 Fevral

Bolqarıstan mətbuatında azərbaycanlıların doğma torpaqlarına qayıdışı geniş işıqlandırılıb

22:57
18 Fevral

Rusiya-ABŞ danışıqları başa çatıb

20:29
18 Fevral

İstanbulda TÜRKPA-nın Xarici Əlaqələr Komissiyalarının ortaq bəyanatı yayımlanıb

20:29
18 Fevral

Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin ittiham aktının nəticəvi hissəsinin elanı başa çatıb

20:08
18 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
     12
3456789
10111213141516
17181920212223
2425262728  

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!