Yatağın ilk neft verməsindən 20 il ötür
İstər 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" imzalanarkən, istərsə də bu mühüm hadisədən əvvəl və sonra Azərbaycanın daxilində və xaricində bəzi qüvvələr gələcək nailiyyətlərə bəri başdan kölgə salmaq üçün müxtəlif şayiələr yayırdılar. Bunlardan biri Azərbaycanın guya deyilən qədər neftinin olmaması barədə səslənən qərəzli fikirlər idi.
Prezident İlham Əliyev keçən il fevralın 7-də keçirilən andiçmə mərasimində bunları bir daha xatırlatdı. Çünki ölkəmiz son üç onillikdə bu sahədə də misilsiz nailiyyətlər əldə edib və beləliklə, həmin qüvvələrin cavabını zaman özü verib.
"Əsrin müqaviləsi" adını almış "Azəri-Çıraq-Günəşli" (AÇG) layihəsinin birinci mərhələsi sayılan İlkin Neft Layihəsi çərçivəsində "Çıraq"dan hasilata 1997-ci ilin noyabrında başlandı. "Azəri"nin işlənməsi isə növbəti mühüm mərhələni təşkil edirdi. Belə ki, "Azəri" AÇG layihəsi daxilində işlənən ən böyük yataqdır. Əslində, o öz hüdudlarında üç böyük yatağı - "Mərkəzi Azəri", "Qərbi Azəri" və Şərqi Azəri"ni birləşdirib.
Azərbaycanı dirçəldən, beynəlxalq enerji "ailə"sinə qovuşduran "Əsrin müqaviləsi"nin salnaməsində 20 il əvvəlin bugünkü günü - fevralıın 18-nin də xüsusi önəmi var. Məhz həmin vaxt AÇG layihəsi özünün kulminasiya nöqtəsinə çatdı."Azəri" yatağından ilk neft alındı.
2005-ci il fevralın 18-də Prezident İlham Əliyev Xəzərdə, Bakıdan təxminən 100 kilometr şərqdə yerləşən "Mərkəzi Azəri" platformasına gəldi. Burada neft hasilatına başlanmasına həsr olunmuş təntənəli mərasimdə çıxış edərkən dövlətimizin başçısı hadisənin əhəmiyyətini vurğuladı: "Bu gün "Azəri" yatağında ilk neftin çıxarılması bir daha onu göstərir ki, qarşıya qoyulmuş bütün vəzifələr, planlar həyata keçirilir. Bütün çətinliklərə, maneələrə baxmayaraq, çətin geosiyasi vəziyyətdə Azərbaycan Xəzər dənizinin özünə məxsus olan sektorunda uğurla işləyibdir, qarşıda duran bütün vəzifələr həyatda öz əksini tapıbdır".
AÇG-nin əməliyyatçısı - BP şirkətinin mütəxəssislərinin sözlərinə görə, "Azəri" hazırda dünyada istismar edilməkdə olan ən böyük yataqlardan biridir. Bu sözləri deməyə yatağa məxsus karbohidrogen ehtiyatlarının həcmi, onun gətirdiyi gəlirlər əsas verir. "Azəri" həmin yataqdır ki, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinə ilk dəfə məhz onun nefti vurulub.
"Azəri"nin sərvətindən Azərbaycan bu gün də bəhrələnir. Belə ki, keçən il bu yatağın mərkəzi hissəsindən gündə orta hesabla 97 min, qərbi hissəsindən 75 min, şərqi hissəsindən 51 min barel neft alınıb. Bütövlükdə isə 2024-cü ildə "Azəri-Çıraq-Günəşli" 125 milyon barel, yəni 16 milyon ton neft verib.
AÇG-dən neftlə bərabər səmt qazı da hasil olunur ki, onun da böyük hissəsi Azərbaycan dövlətinə təmənnasız olaraq təhvil verilir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulur. Keçən il əsasən Səngəçal terminalı, həmçinin "Neft Daşları"ndakı qurğu vasitəsilə gündə orta hesabla 7 milyon kubmetr, ümumilikdə isə 2,5 milyard kubmetr səmt qazı təhvil verilmişdir.
İl ərzində AÇG-də 14 neft hasilatı, 3 su injektoru, bir qaz injektoru quyusu və şlamların yenidən laya vurulması üçün bir quyu tamamlanmışdır.
Onu da xatırladaq ki, hazırda AÇG-də iştirak payları belədir: BP (30,37 faiz), SOCAR (31,65 faiz), MOL (9,57 faiz), İNPEKS (9,31 faiz), "EksonMobil" (6,79 faiz), TPAO (5,73 faiz), İTOÇU (3,65 faiz), ONGCVideş (2,92 faiz).
"Şah damarı"nı "Azəri" təşkil edən AÇG-də yeniliklər də az deyil. 2024-cü ildə burada yeni dördölçülü (4D) yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramına başlanmışdır. Balaxanı və Fasilə lay dəstlərinin tədqiqinə yönəlmiş bu proqram seysmik mənbənin altında 740 kvadratkilometr, qəbuledicilərin altında isə 507 kvadratkilometrlik bir ərazini əhatə edir. Proqramın ümumi dəyəri təxminən 370 milyon dollar, icra müddətinin isə beş il (2024-2028) olacağı planlaşdırılır. Seysmik məlumat toplama üzrə 2024-cü il üçün nəzərdə tutulmuş iş həcmi təhlükəsiz şəkildə və qrafikdən əvvəl tamamlanmışdır. Hazırda əldə olunmuş seysmik məlumatların emalı davam edir.
Keçən ilin aprelində AÇG-də quraşdırılmış yeddinci hasilat platforması - yeni ACE platformasından ilk neft əldə olundu. İlk neft 2023-cü ilin sonunda platformadan qazılmağa başlanmış birinci quyudan alındı. 2024-cü il ərzində platformada daha iki hasilat quyusu istismara verildi və bununla da ACE-dən hasilat artaraq ilin sonuna gündə təxminən 26 min barelə çatdı. ACE platformasının təhlükəsiz şəkildə işə salınması 2017-ci ildə AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin (HPBS) müddətinin uzadılmasından sonra AÇG tərəfdaşlarının qəbul etdiyi ilk böyük investisiya qərarının reallaşması deməkdir.
2024-cü ilin oktyabrında AÇG-də ilk dəfə olaraq lay təzyiqi şəraitində süxur nümunələri (kern) çıxarılması əməliyyatı da uğurla həyata keçirilmişdir. Bu, BP-nin həm Xəzərdə, həm də qlobal miqyasda yerinə yetirdiyi ilk bu cür əməliyyatdır.
Təbii lay təzyiqi altında süxur nümunələri Balaxanı VIII layından götürülmüşdür və bu əməliyyat "Qərbi Azəri" platformasında yeni istifadəyə verilmiş bir quyu vasitəsilə həyata keçirilmişdir. Əməliyyat zamanı süxurdakı bütün mayelər olduğu kimi saxlanmaqla və süxurun ilkin vəziyyəti qorunmaqla tam lay təzyiqli dörd kern nümunəsi uğurla çıxarılmışdır. Bu nümunələr sahənin analizindən əldə edilmiş məlumatlarla birlikdə əlavə təhlil üçün laboratoriyaya göndərilmişdir.
İndi AÇG böyük həcmdə sərbəst təbii qaz (STQ) ehtiyatları da vəd edir. STQ ehtiyatlarının xeyli iri həcmdə - 4 trilyon kub futadək olduğu düşünülür. STQ-nin kəşfiyyatı, qiymətləndirilməsi, işlənməsi və hasilatı ilə bağlı işləri irəlilətmək məqsədilə ötən il sentyabrın 20-də AÇG üzrə mövcud HPBS-yə yeni bir əlavə imzalandı. Sənədə uyğun olaraq, SOCAR və AÇG tərəfdaşları hazırda STQ laylarının işlənməsi üçün növbəti fəaliyyətləri planlaşdırırlar. Bu işlərin bir hissəsi kimi iki prioritet laydan qaz hasil etmək məqsədilə ilkin quyu qazılır. Quyu olduqca əhəmiyyətlidir, çünki o, hasilat vasitəsilə qiymətləndirmə aparmağa da imkan verəcək ki, bunun əsasında da gələcək işlənmə planlarını qurmaq mümkün olacaq.
Quyu mövcud "Qərbi Çıraq" platformasından qazılır və ilk qazın cari ilin sonunadək hasil ediləcəyi gözlənilir. Bu, ölkəmizin neft-qaz sənayesində mühüm bir yenilik olacaq.
Göründüyü kimi, ölkəmiz "yaşıl enerji" sahəsində əhəmiyyətli addımlar atmaqla yanaşı, karbohidrogenlərin axtarışını və hasilatını da uğurla davam etdirir. Prezident İlham Əliyev andiçmə mərasimində bunu vurğulayaraq demişdir: "Ənənəvi yanacaq növləri - neft-qaz sahəsində işlər davam etdiriləcək. Neft hasilatının sabitləşməsi istiqamətində işlər gedir, hesab edirəm ki, yaxın gələcəkdə nəticələr olacaq. Bizə sabit neft hasilatı lazımdır".
AÇG-də, o cümlədən onun əsas hissələrindən biri olan "Azəri"də görülən işlər də məhz bu məqsədə xidmət edir.
Flora SADIQLI,
"Azərbaycan"
Azərbaycandakı dini konfessiya rəhbərləri Böyük Britaniyanın Baş nazirinə müraciət ünvanlayıblar
Bu gün Belarus Prezidentinin andiçmə mərasimi keçiriləcək
Sabah paytaxtda 15, bəzi bölgələrdə isə 18 dərəcə isti olacaq
Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi Moskvada təntənəli iftar mərasimi təşkil edib
Aleksandr Lukaşenko: Belarusla Azərbaycan arasındakı xoşniyyətli münasibətlər ikitərəfli əlaqələrin bundan sonra da genişlənməsinə kömək edəcək
Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovdan
Dünya bazarında Azərbaycan nefti bahalaşıb
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan
Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb
Baş prokuror Kamran Əliyev Vyetnamda bir sıra görüşlər keçirib
Bu gün Azərbaycanın mühacir şairi Almas İldırımın doğum günüdür
Fransada dəmiryolçular tətilə hazırlaşırlar
Agentlik: Dünyada elektrik enerjisindən istifadə rekord həddə çatıb
Serbiyada dəmiryolu vağzalındakı qəzada ölənlərin sayı 16-ya çatıb
Tramp: Ukrayna ilə faydalı qazıntılar üzrə saziş tezliklə imzalanacaq
BMT-də Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə həsr olunmuş fotosərgi açılıb
Ər-Riyadda Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi müzakirə olunub
Ərdoğan: Novruzun Türkiyədə rəsmi bayram elan edilməsini dəstəkləyirik
Türkiyədə 43 mədənçinin ölümü ilə bağlı hökm elan olunub
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənlikləri təşkil edilib
Rusiyada Su-25 təyyarəsi qəzaya uğrayıb
Yeni strateji hədəflər qarşısında12 Mart 2025
İKİNCİ MÖCÜZƏ11 Mart 2025
Azərbaycan qadını - milli birliyimizin, mənəvi bütövlüyümüzün dayağı08 Mart 2025
Azərbaycan-Türkiyə birliyi türk dünyasına töhfədir07 Mart 2025
Bənzəri olmayan qardaşlıq06 Mart 2025
Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu05 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!