Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə həsr olunmuş fotosərgi açılıb.
Nümayəndəlikdən AZƏRTAC-a verilən məlumata görə, sərgi Azərbaycandakı minatəmizləmə işlərinə dair vizual səyahət təqdim edir.
Eksponatlar arasında Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) minaaxtaranlarının təsvirləri, aşkar edilmiş və zərərsizləşdirilmiş partlayıcı maddələr və minalar, habelə minaların və müharibənin partlayıcı qalıqlarının törətdiyi dağıntıların və insan iztirablarının əyani sübutları var. Sərgidə Azərbaycanda aparılan genişmiqyaslı minatəmizləmə işlərinin vizual təsviri təqdim olunur, həmçinin minaaxtaranların qəhrəman əməyi, minalarla çirklənmənin faciəvi nəticələri, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası istiqamətində aparılan davamlı səylər işıqlandırılır.
Sərginin məqsədi həm insanlara dəyən zərəri, həm də Azərbaycanın ərazisinin 13 faizdən çoxunu əhatə edən minalarla çirklənmənin miqyasını nümayiş etməklə bu sahədə məlumatlılığı artırmaq, beynəlxalq dəstəyi təşviq etmək və Azərbaycanda minaların və partlayıcı qalıqların mövcudluğundan irəli gələn problemlərlə bağlı geniş kütlənin məlumatlılığını artırmaqdır.
Qeyd olunur ki, təkcə 2020-ci ilin noyabr ayından indiyədək 384 nəfər müharibənin bu təhlükəli qalıqlarının qurbanı olub – onlardan 70 nəfər həyatını itirib, 314 nəfər ağır yaralanıb. Ümumilikdə, 1991-ci ildən bəri minalardan zərər çəkən qurbanların sayı 3463 nəfərə çatıb.
Sərgi ilə yanaşı, 4 aprel tarixində BMT-nin Baş Qərargahında Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi tərəfindən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) ilə birgə “Azərbaycanda humanitar minatəmizləmə fəaliyyəti ilə insanların həyatının xilas edilməsi” adlı brifinq təşkil ediləcək. “Minalarla Mübarizəyə Yardım və Mina Maarifləndirilməsi üzrə Beynəlxalq Gün” münasibətilə keçiriləcək brifinqdə Azərbaycanın humanitar minatəmizləmə işlərinin vacib aspektlərindən bəhs ediləcək. Brifinqin məqsədi həm də minatəmizləmənin “Dayanıqlı İnkişaf Məqsədləri üzrə 2030 Gündəliyi”nə nail olmaq yolunda maneələrin aradan qaldırılması istiqamətində əhəmiyyətini diqqətə çatdırmaqdır.
Beynəlxalq diplomatik ictimaiyyətin minlərlə üzvünün, həmçinin BMT heyətinin və digər ziyarətçilərin tanış olacağı sərgi aprelin 4-dək nümayiş olunacaq.
Azərbaycanla Malayziya arasında elm sahəsində cari əməkdaşlıq müzakirə edilib
Tramp: Qrenlandiya əhalisini ABŞ vətəndaşı olmağa inandırmalıyıq
Ölkə ərazisində qeyri-sabit hava ilə əlaqədar xəbərdarlıq edilib
Samuxda zəlzələ baş verib
Almaniyanın altı əyalətində antiterror əməliyyatları keçirilib
Yaşar Gülər: Türkiyə öz sərhədlərindən kənarda da sülhə və sabitliyə töhfə verir
Qərbi azərbaycanlı: Ən böyük istəyim kəndimizə gedib anamın qəbrini ziyarət etməkdir
Türkmənistanın Prezidenti Ramazan bayramı münasibətilə Prezident İlham Əliyevi təbrik edib
Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovdan
Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan
Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfidən
İcma: ABŞ-ın Dini Azadlıq Komissiyası adlı dövlət qurumunun hesabatı Azərbaycana qarşı qeyri-obyektiv və əsassız iddialarla doludur
Somali Federativ Respublikasının lideri Azərbaycan Prezidentini təbrik edib
Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmuddan
UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu”nda iştirak edən Azərbaycan nümayəndə heyəti Parisdə görüşlər keçirib
Fransa şirkəti hərbi təyyarə istehsalını sürətlə artırmağı planlaşdırır, ancaq hələ sifarişçi yoxdur
Sabah Azərbaycanda havanın temperaturu 20 dərəcəyədək artacaq
İstanbulda bələdiyyə seçkiləri keçirilir
“HaberTürk” telekanalı: Azərbaycana investisiyalar biznes icması üçün böyük faydalar vəd edir
Banqladeş Xalq Respublikasının Prezidenti Zati-aliləri cənab Məhəmməd Şahabuddinə
DİN: Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Yeni strateji hədəflər qarşısında12 Mart 2025
İKİNCİ MÖCÜZƏ11 Mart 2025
Azərbaycan qadını - milli birliyimizin, mənəvi bütövlüyümüzün dayağı08 Mart 2025
Azərbaycan-Türkiyə birliyi türk dünyasına töhfədir07 Mart 2025
Bənzəri olmayan qardaşlıq06 Mart 2025
Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu05 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!